Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-251/2021 05.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şəxsi əşya» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «şəxsi əşya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qədimi samovar-2 ədəd, indesit markalı soyuducu-1 ədəd, Mis qazan-2 ədəd, böyük aliminium qazan-1 ədəd, böyük nikel çarpayı-2 ədəd, içi şəxsi əşya və paltarlarla dolu olan sandıq-1 ədəd, mətbəx mebeli, mətbəxdə olan məişət əşyaları (elektrikli alətlər və s.) və qab qacaqlar, yemək dəstləri, çay dəstləri, pərdələr, həyət üçün məişət əşyaları, eyvanda oturacaq stolu və iki ədəd iki nəfərlik oturacaqla, mətbəx üçün böyük qab qaşıq rəfi, dörd gözlü qaz plitəsi (sobası), qədimi paltar rəfi-2 ədəd, kitab rəfi-1 ədəd, xalça-2 ədəd (6*5m), stolüstü oyunlar, şahmat, şaşki, domino, loto, nərd, 2ədəd böyük çaydan, 1 ədəd çaynik, 1 ədəd qədimi sex üçün tikiş maşını və şəxsi geyim əşyalarının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, Cavabdeh onun keçmiş gəlinidir. O, oğlu Rəhimlə 2002-ci ildə rəsmi nikaha girmiş və xx.xx.2010-cu ildə nikahları məhkəmə qaydasında pozulmudşur. O buna baxmayaraq nəvələrinə xatir onu evdən çıxartmamış və müəyyən müddətədək mənzildə yaşamasına icazə vermişdir.Əvvəllər ehtiyat edən cavabdeh uşaqlara görə onun mənzilndə yaşamasınada istifadə edərək məzildə yaşaya yaşaya mənzilə köçürülmə tələbi ilə bağlı Ağdaş rayon Məhkməsinə müraciət edərək həmin mənzilə köçməyi xaiş etmiş, Ağdaş rayoo Məhkəməsinin qətnaməsi ilə iddiasının təmin edilməsi qət edilmişdir.Bu səbəbdən də onun 3 illik mənzildən istifadə etməsinə icazə versə də cavabdeh artıq 9 ildir ki, mənzilində təkbaşına istifadə edir və artıq onun bütün sənədləri və şəxsi əşyalarını da mənimsəyərək satır və ya gizlədir.Cavbdehdən sənədlərini tələb etdikdə onda olmadığını bildirdi.Bundan sonra təkrar-təkrar olmuş bu tipli söhbətlərdə hər dəfə müxtəlif yalan və bəhanələr uydurmuş, polisə müraciətində isə onda olmadığını bildirsədə telefondakı danışığında onu təhqir edərək verməyəcəyini bildirmişdir.Birlikdə yaşadıqları zaman mənzilin sənədlərini və bir neçə əşyanı gözlətdiyi halda ondan tələb etdiyindən qaytarmayan cavabdehlə bağlı şikayətdə həmin əşyaları və sənədləri götürmədiyini iddia etmiş və bunu danmışdır.Əşyaları mənzildə yerləşdirildiyi halda cavabdeh onların bəzilərini gizlətmiş və ya satmışdır. Qədimi samovar-2 ədəd, indesit markalı soyuducu-1 ədəd, Mis qazan-2 ədəd, böyük aliminium qazan-1 ədəd, böyük nikel çarpayı-2 ədəd, içi şəxsi əşya və paltarlarla dolu olan sandıq-1 ədəd, mətbəx mebeli, mətbəxdə olan məişət əşyaları (elektrikli alətlər və s.) və qab qacaqlar, yemək dəstləri, çay dəstləri, pərdələr, həyət üçün məişət əşyaları, eyvanda oturacaq stolu və iki ədəd iki nəfərlik oturacaqla, mətbəx üçün böyük qab qaşıq rəfi, dörd gözlü qaz plitəsi (sobası), qədimi paltar rəfi-2 ədəd, kitab rəfi-1 ədəd, xalça-2 ədəd (6*5m), stolüstü oyunlar, şahmat, şaşki, domino, loto, nərd, 2 ədəd böyük çaydan, 1 ədəd çaynik, 1 ədəd qədimi sex üçün tikiş maşını. İddiaçı məhkəmə iclasına ərizə ünvanlayaraq, iddianın təmin edilməsini və bu barədə qətnamə çxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, iddiaçıya məxsus əşyalar Cavabdeh məxsus yaşayış evindədir. İddiaçının istədiyi vaxt əşyalarını həmin yaşayış evindən götürə biləcəyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, S.Səlimoğlu küçəsi, ev 81-də yerləşən 88.47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Əhmədiyə qızının mülkiyyətindədir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı məxsus əşyalar Cavabdeh məxsus yaşayış evindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycam Respublikası Ailə Məcəlləsinin 32.1-ci mad. göstərilir ki, nikan müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci mad. göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir(ər-arvadın hər birinin əmlakıdır.) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh qədimi samovar-2 ədəd, indesit markalı soyuducu-1 ədəd, Mis qazan-2 ədəd, böyük aliminium qazan-1 ədəd, böyük nikel çarpayı-2 ədəd, içi şəxsi əşya və paltarlarla dolu olan sandıq-1 ədəd, mətbəx mebeli, mətbəxdə olan məişət əşyaları (elektrikli alətlər və s.) və qab qacaqlar, yemək dəstləri, çay dəstləri, pərdələr, həyət üçün məişət əşyaları, eyvanda oturacaq stolu və iki ədəd iki nəfərlik oturacaqla, mətbəx üçün böyük qab qaşıq rəfi, dörd gözlü qaz plitəsi (sobası), qədimi paltar rəfi-2 ədəd, kitab rəfi-1 ədəd, xalça-2 ədəd (6*5m), stolüstü oyunlar, şahmat, şaşki, domino, loto, nərd, 2ədəd böyük çaydan, 1 ədəd çaynik, 1 ədəd qədimi sex üçün tikiş maşını və şəxsi geyim əşyaları alınaraq İddiaçı qaytarılmalıdır. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və quymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” x xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X3rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq Qət etdi : İddia təmin edilsin. Ağdaş şəhər, S.Səlimoğlu küçəsi 81-də yerləşən Cavabdeh yaşadığı evdən qədimi samovar-2 ədəd, indesit markalı soyuducu-1 ədəd, Mis qazan-2 ədəd, böyük aliminium qazan-1 ədəd, böyük nikel çarpayı-2 ədəd, içi şəxsi əşya və paltarlarla dolu olan sandıq-1 ədəd, mətbəx mebeli, mətbəxdə olan məişət əşyaları (elektrikli alətlər və s.) və qab qacaqlar, yemək dəstləri, çay dəstləri, pərdələr, həyət üçün məişət əşyaları, eyvanda oturacaq stolu və iki ədəd iki nəfərlik oturacaqla, mətbəx üçün böyük qab qaşıq rəfi, dörd gözlü qaz plitəsi (sobası), qədimi paltar rəfi-2 ədəd, kitab rəfi-1 ədəd, xalça-2 ədəd (6*5m), stolüstü oyunlar, şahmat, şaşki, domino, loto, nərd, 2ədəd böyük çaydan, 1 ədəd çaynik, 1 ədəd qədimi sex üçün tikiş maşını və şəxsi geyim əşyaları və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-251/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-251/2021
05.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver