Məhkəmə qərarları › İş №2(014)-27/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-27/2021

16.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-27/2021 16.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X12 İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı «ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair işə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı «ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş 23.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.51 hektar həyətyanı torpaq sahəsindən onlar X4 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evləri, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kəndində yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi 0,51 hektar həyətyanı torpaq sahəsi cavabdehin, mərhum ailə başçıları X3 və onların- İddiaçı1 və X4 mülkiyyətinə verilmişdir və bu barədə adlarına 22 iyul 2005-ci il tarixdə kitabda qeydə alınmış JN - 028A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. X3 ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən ona çatası payına vərəsəlik işi açdırmışlar və həmin payı onlar qəbul etmişlər. Cavabdeh həmin həyətdə onların yaşadıqları yaşayış evindən aralıda özünə yaşayış evi tikdirərək həmin evdə yaşayır. Onlar isə cavabdehin və mərhum Xudaverdi Muxtarovun valideynləri tərəfindən tikilmiş evdə yaşayırlar. X1 miras qalmış torpaq sahəsini qəbul etdikdən sonra həyətyanı torpaq sahəsini paylı mülkiyyət hüququ əsasında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində 113 nömrəli reyestr kitabında 79 nömrəli vərəqində adlarına qeydə aldırmışlar və bu barədə adlarına 23.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 0.51 hektar həyətyanı torpaq sahəsində cavabdehin payı 4/16 hissədə, iddiaçılar X4 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı isə 1/16 hissədə müəyyən edilmişdir. Həmin hissələrə uyğun olaraq 0.51 hektar həyətyanı torpaq sahəsində cavabdehin payı 0.1275 hektar, onların birlikdə payları 0.3825 hektar təşkil edir. Hazırda payların düşən torpaq sahəsi naturada bölünərək tanıdılmadığına görə torpaqdan istifadə ilə əlaqədar cavabdehlə aralarında mübahisə yaranır. Ona görə də 0.51 hektar torpaq sahəsindən onların mülkiyyətlərinə düşən ümumilikdə 12/16 hissəsindən, yəni 0.3825 hektarından istəklərinə uyğun istifadə edə bilmir, yəni cavabdehlə birgə paylı mülkiyyətlərində olan torpaq sahələri üzərində hüquqlarını hər kəs öz istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi onların payına düşən torpaq sahəsi üzərində hüquqlarını öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehə paylarına düşən torpaq sahələrinin ayrılıb verilməsini təklif etsələr də, torpaq sahələrinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onların mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Torpaq sahələrində paylarını yaşadıqları fərdi yaşayış evlərini, gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada bölmək mümkündür. Cavabdehlə payların ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Ona görə də cavabdehlə ümumi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində qanunla müəyyən edilmiş paylarının naturada ayrılmasına zərurət yaranmışdır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçıların izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü” nün surətindən məlum olur ki, Ağdaş rayon, Qoşaqovaq kəndində yerləşən 0.51 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 5/16 hissəsi İddiaçı1, hissəsi 1/16 İddiaçı3, 1/16 hissəsi İddiaçı2, 4/16 hissəsi X6 və 5/16 hissəsi isə X4 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş 02 oktyabr 2018-ci il tarixli 2(014)-1947/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, mərhum X3 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu, Qoşaqovaq kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.51 hektar həyətyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh X13 tərəfindən yaradılan süni maneələr aradan qaldırılması, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli 2(014)-1006/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddiaçı X6 cavabdeh İddiaçı1, X7 və İddiaçı2 qarşı «vərəsəlik hüququnun tanınması və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli 2(107)- 424/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(014)-1947/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 08 may 2018-ci il tarixli **********50 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum İddiaçı3 Paşa oğlunun və ailə üzvləri X8, X3, İddiaçı1 və X4 adlarına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə və çıxarışın təsdiq edilmiş surətinin verilməsi barədə 27.04.2018-ci il tarixli 10 nömrəli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan şəxslərin adlarına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-028A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də Ağdaş rayonu, Qoşaqovaq kəndində X11 və ailə üzvlərinin adına ümumbirgə (4 nəfər) mülkiyyət hüququ ilə 0.51 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-0039 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” da Ağdaş rayonu, Qoşaqovaq kəndində X10 və ailə üzvlərinin adına ümumbirgə (4 nəfər) mülkiyyət hüququ ilə 3.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 14 may 2018-ci il tarixli **********69 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində 0.51 ha torpaq sahəsi üzərində İddiaçı1 (5/16 hissəsi) və ailə üzvlərinin paylı (5 nəfər) mülkiyyət hüququ 23.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 aprel 2020-ci il tarixli 10/3179 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(014)-514/2020 nömrəli mülki iş üzrə 30.06.2020-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektinə baxışın keçirilməsi barədə 29.10.2020-ci il tarixdə ekspert vəsatəti verilmişdir. Baxışın keçirilməsi 05.04.2021-ci il tarixə təyin edilmişdir nvə həmin tarixdə eskpert tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi məqsədi ilə göstərilən ünvana gedilməsinə baxmayaraq cavabdeh tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə müdaxilə edilmişdir və baxış keçirilməsi baş tutmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestr xidməti tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli **********99 saylı mütəxəssis rəyindən məlum olur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********47 reyestr nömrəli çıxarışla, İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış 0.51 ha həyətyanı torpaq sahəsindən, X5 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evlərinin, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli 10/2555 saylı ekspert rəyindən məlum olur ki, 1-ci sual üzrə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələrləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 15.10.2020 il tarixli ********** saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********47 reyestr nömrəli çıxarışla, İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış 0.51 ha həyətyanı torpaq sahəsindən, X5 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evlərinin, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi mümkün olmadığı müəyyən edilmişdir, 2-ci və 3-cü suallar üzrə Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsi tərəflərin paylarına uyğun şəkildə bölünmədiyindən qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd eməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr,hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə görə Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının hazırkı iddia tələbi ilə bağlı müəyyən edilmiş işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı «ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş 23.01.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.51 hektar həyətyanı torpaq sahəsindən onlar X4 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evləri, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb onlara verilməsini tələb etsələr də, iş materiallarına əlavə edilmiş ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələrləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 15.10.2020 il tarixli ********** saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********47 reyestr nömrəli çıxarışla, İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış 0.51 ha həyətyanı torpaq sahəsindən, X5 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evlərinin, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara obyetktiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı «ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı «ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 119.40 (yüz on doqquz 40 qəpik) manat ekspertiza xərci isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınıb KapitalBank ASC-nin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar