Məhkəmə qərarları › İş №2(014)-279/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-279/2021

25.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-279/2021 25.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə Ərizəçilər Ərizəçi3 Yədulla qızı,Ərizəçi4,Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3 Yədulla qızı,Ərizəçi4,Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsi tələbi haqqında ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iş üzrə ərizəçilər işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmamış, yəni işin məhkəmədənkənar həlli qaydasına əməl edilməsi barədə sənədi,yəni Maraqlı şəxs imtina məktubunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümum qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iş üzrə iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi3 Yədulla qızı,Ərizəçi4,Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsi tələbi haqqında ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar