Məhkəmə qərarları › İş №2(014)-28/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-28/2025

29.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-28/2025 29.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçılar İddiaçı11, İddiaçı10, İddiaçı4 Niyazi qızı, İddiaçı12, İddiaçı15, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı13, İddiaçı1, İddiaçı9, İddiaçı14, İddiaçı2, X4, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4 Niyazi qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 Cavabdeh2 qarşı "zəbt edilmiş gediş-gəliş yolunun cavabdehin hesabına açılaraq bərpa olunmasına, həmin yoldan istifadə ilə əlaqədar törədilən maneələrin aradan qaldırılmaqla qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması" tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4 Niyazi qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 Cavabdeh2 qarşı "zəbt edilmiş gediş-gəliş yolunun cavabdehin hesabına açılaraq bərpa olunmasına, həmin yoldan istifadə ilə əlaqədar törədilən maneələrin aradan qaldırılmaqla qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmasına dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişlər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən X5 mülkiyyətində olan 5 metr enində 50 metr uzunluğunda gediş-gəliş yolunun servitut olaraq yüklü edilməsi və gediş-gəliş yolunun açılması barədə qərar qəbul edilsin. İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşuluqda Ağdaş şəhəri, Türyançay qəsəbəsi ünvanında yaşayan şəxs X7 onların şəxsi mülkiyyətlərinə girişlərinə, gedişgəlişlərinə, illərdir ki, gediş-gəliş yolu olaraq istifadə etdikləri qəsəbə yolundan istifadəyə maneəçilik törədir. Belə ki, X7 qəsəbənin tarixən mövcud olan gediş-gəliş yolunu bağlamışdır. X5 ucbatından onlar on dörd ailə əziyyət çəkirlər, o, onların şəxsi mülkiyyətlərindən istifadəyə, həmçinin rayona gediş-gəlişlərinə böyük çətinlik törətməklə süni maneələr yaradır. X6 törətdiyi əməlin qanunsuz olduğunu bildirərək, ondan gedişgəliş yolunu bağlamağa, sakinləri incitməyə son verməsini tələb etsələr də, sonuncu əməlindən əl çəkməmişdir. X7 torpaq sahəsinin ona məxsus olmasını və digər əsassız bəhanələr gətirir, torpaq sahəsini mənimsəyəcəyini, istifadələrinə icazə verməyəcəyini bildirir. Həmçinin, həmin sahədən kommunal xətlər, işıq və qaz xəttləri keçir. X7 həmin kommunal xəttləri öz ərazisinə salaraq kənarlarını bağlamışdır. Hazırda gediş-gəliş yolları tamamilə tutulmuşdur. X1 50 metr uzunluğunda, 5 metr enində gediş-gəliş yolunu dəmir tor ilə hasarlamaqla onların torpaq sahələrinə girişlərinə ondan istifadələrinə maneəçilik törədir. Hazırda həmin gediş-gəliş yolu 3-cü şəxsin torpaq sahəsindədir. Bu səbəbdən də onların torpaq sahələrində girib-çıxmaqları, rayon ərazilərinə gedib-gəlməkləri üçün heç bir yol yoxdur. Hazırda həmin 50 metr uzunluğunda, 5 metr enində gediş gəliş yolu, torpaq sahələrinə və rayon ərazisinə gediş gəlişləri, istifadələri üçün zəruridir. Bu səbəbdən də onların cavabdehin mülkiyyətində və istifadəsində olan 50 metr uzunluğunda, 5 metr enində olan gediş gəliş yoluna ehtiyacları var. Onlar torpaq sahələrinə və rayon ərazisinə gediş-gəlişləri gediş-gəliş yolu ilə ancaq 3-cü şəxsin istifadəsində olan torpaq sahəsindən mümkündür. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4 Niyazi qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə verərək, hazırki iş üzrə cavabdeh DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin əsl cavabdeh iş üzrə üçüncü şəxs X8 ilə əvəz edilməsini və həmin şəxsin əsl cavabdeh qismində həmin işə cəlb edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbləri üzrə mülki işə məhkəmədə baxılan zaman məlum olmuşdur ki, mübahisə predmeti olan 5 metr enində, 50 metr uzunluğunda olan gediş-gəliş yolu üçüncü şəxs X5 mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşmir və qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün mövcud olan yoldur. Həmin hallar məhkəmənin qərardadı ilə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi mübahisələndirdikləri yol sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün mövcud olan yoldur və X7 tərəfindən qanunsuz olaraq özbaşına zəbt edilmişdir. Ona görə də hesab edirlər ki, iş üzrə cavabdeh DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi iş üzrə üçüncü şəxs X7 ilə əvəz edilməlidir və X7 əsl cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4 Niyazi qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 məhkəməyə iddianın predmetinin dəyişdirilməsinə dair ərizə verərək bildirmişdir ki, iddianın predmetinin dəyişdirilməsinə dair ərizələrini nəzərə alaraq Ağdaş rayonu Türyançay qəsəbəsi ərazisində qəsəbə üzrə elektron xəritə məlumat bazasına əsasən qəsəbə sakinlərinin, o cümlədən də iddiaçıların ümumi istifadəsinə verilmiş gediş-gəliş yolunun cavabdeh tərəfindən qanunsuz, zəbt edilmiş eni 5 metr, uzunluğu 50 metr hissəsinin cavabdeh X5 öz hesabına açılaraq bərpa olunmasına, həmin yoldan istifadə ilə əlaqədar törədilən maneələr aradan qaldırılmaqla qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbləri üzrə mülki işə məhkəmədə baxılan zaman məlum olmuşdur ki, mübahisə predmeti olan 5 metr enində 50 metr uzunluğunda olan gediş-gəliş yolu üçüncü şəxs X5 mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşmir və qəsəbə sakinlərilərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün mövcud olan yoldur. Həmin hallar məhkəmənin qərardadı ilə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ona görə də onlar cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh DƏDKR publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin iş üzrə üçüncü şəxs X7 ilə əvəz və əsl cavabdeh qismində həmin işə cəlb edilməsini xahiş etmişlər. Göründüyü kimi mübahisələndirdikləri yol sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün mövcud olan yoldur və X7 tərəfindən qanunsuz olaraq özbaşına zəbt edilmişdir. Ağdaş rayonu Türyançay qəsəbəsi ərazisində qəsəbə sakinlərinin, o cümlədən iddiaçıların ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün mövcud olan yol cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına zəbt edildiyinə görə də iddia tələbinin predmetinin dəyişdirilməsinə, həmin yolun cavabdehin öz hesabına açılmasına, həmin yoldan istifadələrinə cavabdeh X7 tərəfindən yaradılan maneələrin aradan qaldırılmaqla qanunsuz və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı11 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 40 ildir həmin yoldan istifadə edirlər. Orada onun torpağı vardır. O, öz torpağına gedib-gələ bilmir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı10 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, neçə illərdir orada yaşayır və həmin yoldan istifadə etmişdir. Yolun açılmasını istəyir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 Niyazi qızı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, torpaq sahəsi cavabdehin adına olsa da, həmin yoldan neçə illərdi ki onlar istifadə edirlər. Həmin yolda 50-60 nəfərin gediş-gəliş yolu vardır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı12 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun 64 yaşı var, uzaq yolu gedə bilmir. O, gözünü açandan həmin yoldan istifadə edir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı15 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 60 ildir orada yol var, yolun açılmasını istəyir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X9 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin yol ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin yol ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur. Həmin sənədləri cavabdeh əldə edibsə saxta yolla əldə edib. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı7 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin yol onların yoludur, öz qanuni yollarından istifadə edə bilmirlər. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı13 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 26 ildir orada yaşayır. Hamı həmin yoldan gedib-gəlmişdir. Qayınanası həmin yerə gəlin gələndən o yoldan istifadə etmişdir. Sonradan necə olur ki, həmin yol satılmışdır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh onların yolunu bağlamışdır. Həmin yer yol yeridir. Hər kəs həmin yoldan istifadə edir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı9 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, yol onların yoludur, açılmasını istəyir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı14 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ora onların yoludur, heçkimin yolunu yox, öz qanuni yollarından keçid istəyirlər. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin yer üzüm bağı olmuşdur. Oradan həmişə gedişgəliş yolu olmuşdur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirdi ki, torpaq sahəsi ona məxsusdur. Onun həmin torpaq sahəsinə sənədi var. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, müdafiə etdiyi şəxsin yəni X5 torpaq sahəsinin ona məxsus olmasına dair dövlət reyestrindən çıxarışı vardır. İddiaçılar cavabdehə məxsus olan torpaq sahəsini ələ keçirtmək istəyirlər. Hər kəsin mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsi də Rəvanın xüsusi mülkiyyətindədir. Ekspert rəyini verərkən cavabdehin torpağına baxış keçirməmiş, cavabdehə məxsus heç bir sənəd ilə tanış olmadan rəy vermişdir. Ona görə də ekspert rəyi ilə razı deyildir. Torpaq sahəsi cavabdehə qanunsuz verilməmişdir. Mütəxəssis rəyi vardır ki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətindədir və istifadəsindədir. İddiaçılar yollarını qısaltmaq üçün cavabdehin yolunu istəyirlər. Gedişgəliş yolunun üzərində servitut qoyulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Buna görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların, cavabdehin, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Dəhnəxəlil kənd Bələdiyyəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 48 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Türyançay qəsəbə sakinlərinin iştirakı ilə 24 may 2024-cü il tarixdə bağlanmış aktda əsasən qəsəbə sakini X7 tərəfindən bağlanmış ərazinin həqiqətən qəsəbə sakinləri tərəfindən uzun illər gediş-gəliş yolu kimi istifadə etdikləri məlum olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası İqtiasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsi 25 iyun 2024-cü il tarixdə 3- 21-3-35/2-2519/22024 saylı məktub verərək, iddia ərizəsinə münasibət bildirmişdir ki, iddia ərizəsinin əsaslarına görə iddiaçılar cavabdeh şəxs X5 qəsəbənin tarixən mövcud olan gediş gəliş yolunun bağlanmasını iddiaçıların öz şəxsi mülkiyyətlərindən istifadə edə bilməmələrini cavabdehin torpaq sahəsinin ona məxsus olmamasının iddiaçılara süni maneələr yaratdığını qeyd etmişlər. Ərazi İdarəsi bildirməyi zəruri hesab edir ki, iddia ərizəsinin məzmunundan məlum olur ki, mübahisələndirilən torpaq sahəsinin kimə məxsus olması və mülkiyyət növü dəqiq müəyyən deyildir. Belə olan halda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə zəb olunmuş hər hansı hissənin birləşdirilməsini, yaranmış faktiki vəziyyət üzrə servitutun tətbiqinin mümkünlüyü aydınlaşdırmamışdır. Mülki işin qanuni əsaslı həlli üçün hesab edilir ki, ilk öncə xüsusi bilik tələb edilən halların aydınlaşdırılması üçün ekspertiza təyin edilərək rəy alınmalı və həmin rəyə Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymət verilməsi təmin olunmalıdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli AN-464280 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 28 avqust 2009-cu il tarixli 2 nömrəli qərarı ilə Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən 1878.41 hektar torpaq sahəsi X5 hüquqi sahibliyindədir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli ********** saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən 0.1878 hektar torpaq sahəsi X5 hüquqi sahibliyindədir. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli AZ-İİ 411743 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-66/2021 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı3 Cavabdeh2 məxsus Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən 0.1878 hektar torpaq sahəsinin istifadə etdiyi 137 kv.metr (0.0137 ha) hissəsindən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh İddiaçı3 tutularaq X6 verilməsi qət edilmişdir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 71.20 manat cavabdeh İddiaçı3 tutulması qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(107)-64/2022 saylı qətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-66/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində məhkəmə xərci cavabdeh İddiaçı3 tutularaq Ədliyyət Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtiasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli 542 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonun Türyançay qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirak ilə baxış keçirilərək, cavabdehin faktiki istifadə etdiyi (meyvə bağı salınmış) torpaq sahəsinin koordinatları müəyyən edildi. Həmin koordinatlar Ağdaş rayonu Aşağı Ağcayazı yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında yerləşdirdikdə cavabdehin istifadə etdiyi torpaq sahəsinin 137 kv.metr hissəsi, iddiaçının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********7 reyestr nömrəli çıxarışla mülkiyyətinə qeydiyyata alınmış, “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar daxilində yerləşən 0.1878 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtiasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3321/2024 saylı mütəxəssis rəyindən görünür ki, üçüncü şəxs Cavabdeh2 tərəfindən təqdim olunmuş çıxarışdakı torpaq sahəsi ilə iddia tələbində mübahisələndirilən qəsəbə sakinlərinin ümumi istifadəsində olan giriş yolu üst-üstə düşmür. Belə ki, ərazidə elektron uçot işləri aparılan zaman vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrində çöl ölçü işləri aparılmış və TEKUİS məlumat bazası yaradılmışdır. TEKUİS-də üçüncü şəxs X5 faktiki istifadəçiliyi tam təsbit edilmiş və qeydə alınmamışdır. Həyətyanı torpaq sahəsində hər hansı bir azalma qeydə alınmamışdır. İddia olunan və mübahisələndirilən torpaq sahəsi qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün nəzərdə tutulmuş yol yeridir. İddia tələbində mübahisələndirilən torpaq sahəsi qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün mövcud olan yoldur. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5531 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtiasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, üçüncü şəxs Cavabdeh2 tərəfindən təqdim olunmuş çıxarışdakı torpaq sahəsi ilə iddia tələbində mübahisələndirilən qəsəbə sakinlərinin ümumi istifadəsində olan giriş yolu üst-üstə düşmür. Belə ki, ərazidə elektron uçot işləri aparılan zaman vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrində çöl ölçü işləri aparılmış və TEKUİS məlumat bazası yaradılmışdır. TEKUİS-də üçüncü şəxs X5 faktiki istifadəçiliyi tam təsbit edilmiş və qeydə alınmamışdır. Həyətyanı torpaq sahəsində hər hansı bir azalma qeydə alınmamışdır. İddia olunan və mübahisələndirilən torpaq sahəsi qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün nəzərdə tutulmuş yol yeridir. Azərbaycan Respublikası İqtiasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddia tələbində mübahisələndirilən torpaqsahəsi qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş gəliş üçün mövcud olan yoldur. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16- 16/2-10/5531 saylı Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli 3-16-16/2-10/2538/2025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 oktyabr 2020-ci il tarixli mütəxəssi rəyi naturada faktiki istifadəçilik vəziyyəti nəzərə alınmadan, mülki iş materiallarında təqdim olunmuş çıxarışda göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsinə uyğun tərtib edildiyindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş 5 avqust 2024-cü il tarixli mütəxəssis rəyi arasında ziddiyyət təşkil edir. Çıxarışda göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi reallığı əks etdirmir. üçüncü şəxs Cavabdeh2 tərəfindən təqdim olunmuş çıxarışdakı torpaq sahəsi ilə iddia tələbində mübahisələndirilən qəsəbə sakinlərinin ümumi istifadəsində olan giriş yolu üst-üstə düşmür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasına torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında Torpaqların elektron kadastr uçotu infotmasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastr uçotu məlumat bazasına yerləşdirilmişdir. Cavabdeh X5 həyətyanı torpaq sahəsinin naturadakı faktiki istifadəçiliyi tam təsbit edilmiş və TEKUİS-də qeydə alınmışdır. Həyətyanı torpaq sahəsində hər hansı bir azalma qeydə alınmamışdır. İddia olunan və mübahisələndirilən torpaq sahəsi qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün nəzərdə tutulmuş yol yeridir. Üst-Üstə düşmür və mübahisləndirilən torpaq sahəsi iddiaçıların gediş gəlişinə maneə olur. Mübahisələndirilən torpaq sahəsi (gediş gəliş üçün mövcud yol yeri) cavabdeh X7 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunmadığından, sözügedən torpaq sahəsi TEKUİS-də qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün nəzərdə tutulmuş yol-yeri olmuş və qeydə alınmışdır. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2538 saylı Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların iddia etdikləri sözügedən torpaq sahəsi TEKUİS-də qəsəbə sakinlərinin ümumi istifadəsinə verilmiş gediş-gəliş üçün nəzərdə tutulmuş yol-yeridir, cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuşdur və həmin yoldan istifadə ilə əlaqədar cavabdeh tərəfindən maneələr törədilir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağdaş rayonu Türyançay qəsəbəsi ərazisində qəsəbə üzrə elektron xəritə məlumat bazasına əsasən qəsəbə sakinlərinin, o cümlədən də iddiaçıların ümumi istifadəsinə verilmiş gediş-gəliş yolunun cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş eni 5 metr uzunluğu 50 metr hissəsi cavabdeh X5 öz hesabına açılaraq bərpa olunmalı, cavabdeh tərəfindən həmin yoldan istifadə ilə əlaqədar törədilən maneələr aradan qaldırılmaqla qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdeh X3 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ağdaş rayonu Türyançay qəsəbəsi ərazisində qəsəbə üzrə elektron xəritə məlumat bazasına əsasən qəsəbə sakinlərinin, o cümlədən də iddiaçıların ümumi istifadəsinə verilmiş gediş-gəliş yolunun cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş eni 5 metr uzunluğu 50 metr hissəsi cavabdeh X5 öz hesabına açılaraq bərpa olunsun. Cavabdeh X7 tərəfindən həmin yoldan istifadə ilə əlaqədar törədilən maneələr aradan qaldırılmaqla cavabdehin qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdeh X3 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar