Məhkəmə qərarları › İş №2(014)-282/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-282/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-282/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət X3 Yevlax RQİ və TBŞ-ə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət X3 Yevlax RQİ və TBŞ-ə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-BF-*** nömrəli VAZ 2106 markalı avtomobilin texniki pasportunun etibarsız hesab edilməsi,ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması və bu öhdəliyin Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət X3 Yevlax RQİ və TBŞ-in üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, **-BF-*** nömrəli VAZ 2106 markalı avtomobilə dair İddiaçı1 adına texpasport olmasına baxmayaraq qeyriqanuni olaraq başqasının adına keçmişdir. Avtomobilin Elgizə qaytarılmasına köməklik edilməsini xahiş edirlər. Yevlax DYP sənədləşmə şöbəsi bir sıra qanunsuzluqlar etmişdir. İddiaçı1 adına sistemin işləmədiyi bəhanəsi ilə müvəqqəti texpasport vermiş,daimi texpasport verilməsi üçün həmin şöbəyə müraciət etdikdə onun əlində olan texpasportu alaraq başqasının adına texpasport verildiyini bildirmişlər. Qeyd edir ki,avtomobil İddiaçı1 adına olmasına və üzərində cərimələr olmasına baxmayaraq başqasının adına keçirilməsi qanunsuzdur. Bu işdə əli olanların başında Cavabdeh2 gəlir. Avtomobili onlar pul ilə satın almalarına baxmayaraq Cavabdeh2 avtomobil sahibi Cavabdeh3 yanına gedərək İddiaçı2 xəstə olduğunu,can verdiyini və adına sərəncam vermək barədə etibarnamə verilməli olmasını vəsiyyət etdiyini bildirmişdir. Lakin həmin vaxtı artıq İddiaçı1 öz adına atası İddiaçı2 avtomobillə bağlı etibarnamə almışdır. İddiaçı1 Yevlax merosuna gedəndə ilk dəfə avtomobilin İddiaçı1 olduğunu bildirsələr də, daha sonra gedəndə isə onu qovaraq avtomobilin Cavabdeh2 adına,daha sonra isə Cavabdeh1 adına olduğunu bildirmişlər. Cavabdeh3 avtomobili onlar pul müqabilində satın alanda etibarnamə onlara Cavabdeh4 vasitəsi ilə verilmişdir. Belə ki, Elçin etibarnaməni tanışı Qismətə vermişdir ki,onun əvəzinə sənədləşməni o,aparsın. Elçin və Qismət təsdiq edə bilər ki,onlar avtomobilə görə pul vermişlər. Həmçinin Elçin təsdiq edə bilər ki,Məhəməd İddiaçı2 xəstə olması,can verməsi və Məhəmmədə avtomobillə bağlı vəsiyyət etməsi barədə yalan məlumat vermişdir. Belə ki, Məhəmməd inandırıcı tərzdə dediyi üçün Elçin Məhəmmədə inanmış və avtomobil üzərində sərəncam vermək barədə etibarnamə vermişdir. Tərəflərindən pul verilməsə idi İddiaçı2 etibarnamə verilməzdi. Qeyd edir ki,avtomobil sahibi iki nəfərə etibarnamə verə bilər,lakin əvvəl verdiyi şəxsi bu barədə xəbərdar etməlidir. Onlar isə bu barədə bir il sonra bilmişlər. İki nəfərə etibarnamə vermək saxtakarlığa bənzəyir,belə ki, bir avtomobilə görə iki adamdan pul almaq, qeyd edirlər ki, etibarnamə avtomobili satmaq hüququ verir,pulsuzda o,etibarnaməni heç kəs verməz. Ona görə bilmirlər ki,kim saxtadı,ya da kim düz, odur ki, pullarını və ya avtomobillərini geri istəyirlər. Məhəmməd onların dost münasibətlərindən istifadə edərək atasının aldığı avtomobili öz adına etibarnamə alaraq başqasının adına rəsmiləşdirmişdir. Onlar bu barədə müvafiq orqanlara müraciətlər etsələr də heç bir nəticəsi olmamışdır. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək,iddia ərizəsində yazılanlara uyğun izahat verdi və bildirdi ki, atası Yaqut, Məhəmməd və Ceyhunun iştirakı ilə Cavabdeh3 avtomobil satın almışdır. Sonradan avtomobili adına keçirmək istəyəndə,avtomobilin Cavabdeh1 adına olması müəyyən olunmuşdur. Bu vaxta qədər mübahisəli avtomobilin cərimələrini o,ödəmişdir. Hətta hazırda avtomobillə bağlı üzərində 6 ballıq cərimə vardır. Hesab edir ki,iddiaları əsaslıdır. Odur ki,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək,iddia ərizəsində yazılanlara uyğun izahat verdi və bildirdi ki, Sumqayıtda avtomobil bazarında Ceyhun və Məhəmmədin adına Cavabdeh4 avtomobil almışdır. Ona bu barədə etibarnamə verəcəklərini bildirmişlər. Daha sonra o,xəstə olub komaya düşmüş və bundan istifadə edən Cavabdeh2 avtomobili öz adına sənədləşdirərək satmışdır. Avtomobil müqabilində 3500 manat pul vermiş, 1500 manatı Cavabdeh2 borc almış,daha sonra bankdan kredit götürüb həmin borc Məhəmmədə qaytarmışdır. Hesab edir ki,iddiaları əsaslıdır. Odur ki,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Sumqayıt avtomobil bazarına o,İddiaçı2 və Cavabdeh2la birgə getsələr də, mübahisəli avtomobili o, Cavabdeh2 qızıl-zinət əşyaları müqabilind satın almışdır. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 və İddiaçı2la birgə Sumqayıt avtomobil bazarına iki ədəd avtomobil almağa getmişlər. Orada bir VAZ 2106 markalı avtomobil görmüşlər. Həmin avtomobili o satın almış, avtomobil müqabilində 3500 manat vermiş,1500 manatı isə İddiaçı2 almışdır. Daha sonra o pulu qaytarmışdır. Həmçinin bildirmək istəyir ki, İddiaçı2la o,dost olmuşlar və aralarında daim hörmət və güvən olmuşdur. Odur ki, etibrnamənin kimin adına olmasının onun üçün hər hansı bir əhəmiyyəti olmamışdır. Beləliklə, İddiaçı2 avtomobil bazarından avtomobil tapa bilmədikləri üçün,İddiaçı2 bu səbəbdən pis olmamasına görə avtomobili o,alsa da etibarnaməni İddiaçı2 adına etmişdir. Sürmək üçün isə öz adına etibarnamə almışdır. Həmçinin qeyd etmək istəyir ki,İddiaçı2 ona borcu var idi. İddiaçı2 xəstələnib komaya düşüb ölüm təhlükəsi ilə üz-üzə qaldıqda o,borcu əvəz eləmək üçün avtomobilin sahibi olan Cavabdeh3 yanına gedərək öz adına avtomobilə dair sərəncam vermək barədə etibarnamə almış, həmin avtomobili də Cavabdeh1 sataraq İddiaçı2 ona olan borcunu əvəz etmişdir.Hesab edir ki,iddia əsassızdır,odur ki,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq bildirir ki, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu onu göstərir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi maşının bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən maşının mülkiyyət hüququ ilə iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bununla aşağıda şərhini yazaqdır ki, nə üçün iddiaçı sahiblik hüququna malik olsa da, bu tip iddialarda bu məsələ subyektiv hüquqa aid edilə bilməz və formallıq baxımından məhkəmə iddiaçının subyektiv hüquqa malik olduğunu bildirirək işə baxmamalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Əvvəla onu qeyd edir ki, iddia ərizəsində qeyd olunan avtomobilin mülkiyyət sənədləri iddiaçılara aid deyilsə, onlar necə ola bilər ki, sənədlərin ləğvi ilə bağlı iddia qaldıra bilərlər? Subyektiv hüququ olmayan şəxs məhkəmədə necə iddia tələbini müdafiə edə bilər? Sənədlərin ləğvi ilə bağlı iddianı ancaq sənədi verən şəxs qaldıra bilər. Sənədləşmədə saxtakarlıq olubsa və iddiaçıların hüquqları pozulubsa bununla bağlı aidiyyəti orqanlar vasitəsiylə həll olunan məsələdir. O ki, qaldı iddia tələbinə ki, etibarnamə verən şəxs onları xəbərdar etməlidir, bu gülünc məsələdir. Mülkiyyətçi istənilən sayda istənilən şəxsə etibarnamə verə bilər və bunun üçün əvvəlki etibar edilən şəxsə məlumat verməyə borclu deyil. Bu asıllıq yaradar və mülkiyyət hüququnun tam formada həyata keçirilməsinə ziddiyyət təşkil edər. İddia ərizəsinə əlavə olunmuş vəsatət də onu göstərir ki, iddiaçı sanki maşının mülkiyyətçisidir. Bəli qanuni sahibin hətta mülkiyyətçinin qanunsuz müdaxiləsindən əmlakı qorumaq hüququ vardır. Səhv etmirəmsə MM-nin 157-ci maddəsi buna əsasdır. Amma qeyd olunan hal normaya aid edilə bilməz çünki etibarnamə hər hansı öhdəlik səbəbindən verilməyib və istənilən an mülkiyyətçi tərəfindən etibarnamə ləğv edilə bilər. Bu prizmadan yanaşsalar da qanuni sahib iddiaçı sahibliyini müdafiə etməsindən irəli gələrək mülkiyyətdə olan əmlaka dair məhdudiyyət tətbiq etməsi yolverilməz sayılmalıdır. İddia ərizəsinə hüquqi müəyyənlik prinsipindən yanaşsalar da iddia ərizəsi anlaşılmaz şəkildə yazılıb və başa düşülən səviyyədə deyil ki, iddiaçıların tələbi və əsaslandırdıqları hallar nədir. Üstəlik iddiaçılar iddia tələbində onlara pul və ya maşın qaytarılmalı olduqlarını bildirirlər. Bu tələbin xahiş etdi hissəsi ilə zidiyyət təşkil edir. Pul və ya əmlakın qaytarılması üçün müqavilənin olması lazımdır, bunun üçünsə tərəflər arasında alqı-satqı müqaviləsi olmalıdır ki, qeyd olunan müqavilə etibarsız sayıldıqda tərəflərin bir-birinə verdiklərini geri ala bilsinlər. Çünki tərəflərin əvvəlki vəziyyətə gətirilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5. maddəsinə uyğun həyata keçirilir. Həmin normaya görə (Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə) əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddia ərizəsi söz yığınından başqa bir şey deyil. İddia tələbinin əsasını təşkil edəcək hallar və sübutlar, arqumentlər, faktlar və sənədlər iddia ərizəsinə əlavə olunmayıb. İddia ərizəsində iddiaçılar qeyd edirlər ki, əgər pul verilməsəydi onlara etibarnamə verilməzdi. Sadəcə gülməli haldır ki, iddiaçılar ona pulun verilməsini sübut edə bilmirlər və gümanla danışırlar. Qanunvericilik bir çox sahələrdə əsaslı şübhələrin olduğu halda belə onu sübut kimi qəbul etmir, amma iddiaçılar ona pul verilməsini prezumpsiya edərək pullarını istəyirlər. Bu hal qəbulolunmazdır. İddiaçıların o vaxt uzaq yol gəldiyini, artıq mülkiyyətimdə olan maşını etibarnamə əsasında sataraq pulumu aldığıma görə və maşının bir neçə əl dəyişdirdiyinə görə, sonda iddiaçının mənə bildirdiyinə görə ki maşının sonuncu sahibyəm mən tərəddüd etmədən ona etibarnamə verdim ki, əziyyət çəkməsin, halallıq olsun insandır. AR MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü ədalətli məhkəmə icraatının bel sütunlarından biridir. Məhkəməyə müraciət iddia tələbinə dair sübutetmə yükünü tərəflərə görə dəyişir. Bu əsassız iddia tələbinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Amma iddiaçılar gümana əsaslanaraq sübutetmə vəzifəsini həyata keçirirlər. Təkcə bir sübutla iddia ərizəsi təmin oluna bilməz. Bəli iddia tələbləri vardır ki, orada təkcə bir sübut kifayət edir. Məsələn ekspert rəyi məcburi qüvvəyə malik olmasa da xüsusi biliklərə bağlı iddialarda əsas sübutlardan sayılır və iddia tələbinin təmin olunmasında önəmli rol oynayır. Amma bu tip iddialar bircə sübutla həll olunan iddialardan deyil və bununla bağlı iddiaçı bir neçə sübut təqdim etməlidir, təqdim olunan sübutlar əlaqəli və obyektiv şəkildə qiymətləndirilməlidir. İddiaçı iddia ərizəsində onu cavabdeh kimi yazmağı, üstəlik mənə böhtan ataraq etibarnaməni ona pulla verdiyini və kimin saxta və kimin düz olduğunu bildirməklə onun qanunla qorunan şərəf və layaqətini təhqir etmişdir. Çünki Astara şəhəri balaca ərazidir və kimin necə olduğunu əhali gözəl bilir. O, düz adamdır, sakit həyatı xoşlayır və kimləsə işi olmaz. Əgər iddiaçılar barəsində dediklərini təkzib etməsələr onlar barəsində şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəmə müraciət etmək məcburiyyətində qalacaqdır. Bundan başqa onu qeyd etmək istəyir ki, ədalət işə baxan hakim daxili inamı da rəhbər tuturaq işə bağlı qərar verməlidir. Qeyd olunan məsələ konstitutsiyada da qeyd olunub və 127-ci maddə ilə tənzimlənir. Bundan əlavə qeyd etmək istəyir ki, sizə tərəfindən ünvanlanan etirazında qeyd olunan halları əsassız sayarsanızsa əsaslandıraraq bu prosessual hərəkəti edin və prosessual qənaət prinsipini əsas götürərək işin ədalətli həlli üçün qeyd etdiyi halların araşdırılmasından yayınmayın. Çünki qətnamə maddi və prosessual cəhətdən əsaslandırılmalıdır. Məhkəmə iclasında maddi durumu və rayonlararası məsafə çox olduğundan məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Odur ki, işə iştirakı olmadan baxıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Baş Dövlət X3 Yevlax RQİ və TBŞ tərəfindən məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Nuriyev X1 Elgiz Yaqut oğluna VAZ2106 MİNİK avtomobilinə dair xx xxx 2019-cu il tarixdə nəqliyyat vasitəsini idarə etmək etibarnaməsi vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Cavabdeh2 VAZ 2106 MİNİK avtomobilinə dair xx xxx 2018-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək etibarnaməsi vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarına əlavə edilmiş Nuriyev X1 Yaqut Bəhrəm oğluna VAZ 2106 MİNİK avtomobilinə dair xx xxxxx 2018-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək,üzərində sərəncam vermək etibarnaməsi vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı1 adına verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsi xx xxx 2019-cu ildə verilmiş xx xxx 2029-cu il tarixədək müddətidir. İş materiallarına əlavə edilmiş İddiaçı2 adına verilmiş B kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsi xx xxxx 2013-cü ildə verilmiş xx xxxx 2023-cü il tarixədək müddətidir. İşdə olan xx xxxx 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 adından VAZ-2106 markalı avtomobil barədə xx xxxx 2019-cu il tarixdə sərəncam vermək üzrə etibarnamə alan (həmin etibarnamənin müddəti xx xxxx 2020-ci il tarixdədək qüvvədə olan) Cavabdeh2 və Cavabdeh1 arasında VAZ-2106 markalı 07BF416 dövlət nömrə nişanlı avtomobil barəsində alqı satqı müqaviləsi bağlanmış, Cavabdeh1 avtomobil müqabilində Cavabdeh2 4500 manat pul vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.2-ci maddəsinə əsasən Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsində əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan 5 bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 195.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıları mübahisə predmeti olan avtomobilə dair iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçılar avtomobil üzərində qanunla nəzərdə tutulmuş qaydada etibarnamə əsasında idarə etmək hüququ əldə etmişlər. İddiaçılarla avtomobilin sahibi Cavabdeh3 arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamış, Cavabdeh3 məhkəməyə göndərdiyi etiraz ərizəsində avtomobilin iddiaçılara satılmasını təkzib etmişdir. Cavabdeh3 bu faktı etiraf etmədiyi halda, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi bu halı mötəbər sübutla təsdiq etməlidir,bu barədə isə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki,iddiaçı tərəfdən mülkiyyət sənədi kimi Cavabdeh3 İddiaçı2 verdiyi avtomobili idarə etmə barədə etibarnamə təqdim edilmişdir, lakin etibarnamə mülkiyyət sənədi kimi qəbul edilə bilməz. Belə ki, əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 223-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət X3 Yevlax RQİ və TBŞ-ə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar