Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-3/2024 06.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı özbaşına tikilinin məcburi qaydada sökülməsi, paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasdakı mülkiyyət paylarının birlikdə naturada ayrılıb verilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı özbaşına tikilinin məcburi qaydada sökülməsi, paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasdakı mülkiyyət paylarının birlikdə naturada ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarasi tarafindən ünvan 1 ünvanında 0.1031 ha torpaq sahəsində yerləşən yaşayış evinda onların, həmçinin də cavabdehlərin hər birinin payıları torpaq sahəsinin 0,0104 ha, yaşayış evinin ümumi sahəsinin isə 13,28 kv.m. olmaqla müəyyən edilmiş və bu daşınmaz əmlakın dövlət reyestrinda nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış verilməklə rəsmiləşdirilmişdir. Həmin çıxarış verildikdən sonra X5 ölmüş və onun mülkiyyət payına hazırkı iddia üzrə onlara - X10, X4, X6 və X1 adları daxil edilməklə xx.xx.2022-ci il tarixli yeni çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən bərabər paylı mülkiyyətimizdə olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin aramızda bərabər bölünməsi və həmin hissələrin naturada ayrılıb bizə verilməsinə dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət ediblər. Bərabər paylı mülkiyyətlərinin olmasına baxmayaraq faktiki olaraq həmin evdə hələlik yalnız öz ailə üzvləri ilə birlikdə yaşayan Cavabdeh5 qəti şəkildə yaşayış evindən və həyətyanı torpaq sahəsindən istifadələrinə imkan vermir, aralarındaa mübahisələr yaranır, Cavabdeh5 və ailə üzvləri həyətdən və evdən necə gəldi, öz istədikləri kimi özbaşına istifadə edir, onların paylı mülkiyyətçi kimi hüquqlarına çox hörmətsiz yanaşırlar. Belə ki, iddiaçılar xüsusən Zenfira va Böyükxanım atalarının yurdu olmasına baxmayaraq oraya baş çəkmək, Ağdaş şəhərində olarkən müəyyən vaxt öz evlərində qalmaq əvəzinə Ağdaş rayonunun Hüşün və Bulaqotağı kəndlərində uzaq qohumlarının evində qalmağa məcbur olaraq paylarına düşən hissədə yaşamaq imkanlarından va digər hüquqlarından məhrum vəziyyətdə qalmışlar. Qeyd olunan yaşayış evi və həyətyanı torpaq sahəsinin birgə bərabər paylı mülkiyyətlərində olan əmlak olmasına baxmayaraq cavabdeh X7 Aynur adlı qızı bunun qəti şəkildə yolverilməz olmasına baxmayaraq həmin ünvandakı həyətyanı torpaq sahəsinin boş hissəsinin düz ortasında özbaşına tikinti işləri aparmışdır. Odur ki, Aynur adlı şəxsin həmin özbaşına tikintisi atasının hesabına məcburi şəkildə sökülməklə həyətyanı torpaq sahəsi öz əvvəlki vəziyyətinə qaytarılmalı və ardınca iddiaçıların payları birlikdə (yaşayış sahəsi və həyətyanı torpaq sahəsi) natura şəklində ayrılmaqla onlara təhvil verilməlidir.Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən bərabər paylı mülkiyyətimizdə olan yaşayış evinin yerləşdiyi hayətyanı torpaq sahəsində iddia tələbi üzrə Cavabdeh5 qızı X11 tərəfindən aparılmış özbaşına tikintinin onların öz hesabına məcburi qaydada sökülməsinə, həyətyanı torpaq sahəsinin öz əvvəlki vəziyyətinə qaytarılmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış verilməklə rəsmiləşdirilmiş, ünvan 2 ünvanında 0.1031 ha torpaq sahəsində yerləşən yaşayış evindən 2 nəfər payçı-iddiaçılara yaşayış evinin ümumi sahəsindən hər birinə çatası 13,28 kv.m hissənin birlikdə olmaqla cəmi 26,56 kv.m hissəsinin, hər birnə çatası 0,0104 ha torpaq sahəsinin bizə birlikdə cəmi 0,0208 kv.m. hissəsinin naturada ayrılıb verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1, onun və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər iddiaçıların və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 137,1 kv, 0,0863 ha olan xüsusi mülkiyyətin yaşayış evinin ümumi sahəsinin 13,28 kv.m hissəsi, torpaq sahəsinin 0,0104 ha hissəsi X14, ümumi sahəsinin 13,28 kv.m hissəsi, torpaq sahəsinin 0,0104 ha hissəsi Cavabdeh1, yaşayış evinin ümumi sahəsinin 13,28 kv.m hissəsi, torpaq sahəsinin 0,0104 ha hissəsi Cavabdeh5, yaşayış evinin ümumi sahəsinin 13,28 kv.m hissəsi, torpaq sahəsinin 0,0104 ha hissəsi İddiaçı1, yaşayış evinin ümumi sahəsinin 70,70 kv.m hissəsi, torpaq sahəsinin 0,0343 ha hissəsi X12, yaşayış evinin ümumi sahəsinin 3,32 kv.m hissəsi, torpaq sahəsinin 0,0026 ha hissəsi İddiaçı2, yaşayış evinin ümumi sahəsinin 3,32 kv.m hissəsi, torpaq sahəsinin 0,0026 ha hissəsi İddiaçı3, yaşayış evinin ümumi sahəsinin 3,32 kv.m hissəsi, torpaq sahəsinin 0,0026 ha hissəsi İddiaçı5, yaşayış evinin ümumi sahəsinin 3,32 kv.m hissəsi, torpaq sahəsinin 0,0026 ha hissəsi X2 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekpsert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 137,1 kv.m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 26,56 kv.m hissəsini və 0,0863 ha torpaq sahəsi daxilində yerləşən, qeyriqanuni, özbaşına inşa edilmiş tikili sökülməklə iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 0,0208 kv.m torpaq sahəsinə ayrılması AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərinin və Məhkəmə Texniki-Tikinti Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflərin paylı mülkiyyətində olan ümumi əmlakları vardır. İddiaçılar onlara aid payların birlikdə naturada ayrılaraq onlara verilməsini tələb edir. Eyni zamanda, onlara naturada paylar ayrılarkən cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehlərin öz hesabına sökülməsini də xahiş edirlər. Hazırda iddiaçılar ilə cavabdehlər arasında həmin evin çıxarışda olan paylara uyğun ayrılmasına dair mübahisə vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekpsert rəyindən görünür ki, mübahisəli torpaq sahəsi daxilində yerləşən özbaşına inşa edilmiş tikili sökülməklə iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 0,0208 kv.m torpaq sahəsinə ayrılması texniki cəhətdən mümkündür. Eyni zamanda, məhkəmə tərəfindən 26 aprel 2024-cü il tarixdə ünvan 3 prospekti 9-cu dalan, 36 nömrəli ev ünvanına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həyətə giriş qapısı ilə üzbəüz yarımçıq özbaşına tikili vardır. Bundan başqa, həyətə giriş hissədə sağ tərəfdə dalan küçə yerləşir. Çıxarış üzrə ümumi sahəsi 137,1 kv.m olan yaşayış evinin giriş hissədində zal, zalın sağ tərəfində, mətbəx, ondan solda yataq otağı, zalın sol tərəfində digər bir başqa otaq və həmin otağın daxilindən keçməklə digər bir yataq otağı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 137,1 kv.m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası paylar birlikdə nəzərə alınmaqla cəmi 26,56 kv.m hissə və 0,0208 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekspert rəyinə uyğun olaraq naturada ayrılmalı, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin naturada bölgüsündən sonra iddiaçılara aid edilən hissəsində olan özbaşına tikinti Cavabdeh5 tərəfindən onun öz hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 137,1 kv.m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası paylar birlikdə nəzərə alınmaqla cəmi 26,56 kv.m hissə və 0,0208 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekspert rəyinə uyğun olaraq naturada ayrılsın. ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin naturada bölgüsündən sonra iddiaçılara aid edilən hissəsində olan özbaşına tikinti Cavabdeh5 tərəfindən onun öz hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-3/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-3/2024
06.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver