Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-80/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X3 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı özbaşına tikilinin məcburi qaydada sökülməsi, paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasdakı mülkiyyət paylarının birlikdə naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın ayrılması, tikilinin sökülməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X3 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı özbaşına tikilinin məcburi qaydada sökülməsi, paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasdakı mülkiyyət paylarının birlikdə naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-3/2024 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X6 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı özbaşına tikilinin məcburi qaydada sökülməsi, paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasdakı mülkiyyət paylarının birlikdə naturada ayrılıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarasi tarafindən ünvan 1 ünvanında 0.1031 ha torpaq sahəsində yerləşən yaşayış evinda onların, həmçinin də cavabdehlərin hər birinin payıları torpaq sahəsinin 0,0104 ha, yaşayış evinin ümumi sahəsinin isə 13,28 kv.m. olmaqla müəyyən edilmiş və bu daşınmaz əmlakın dövlət reyestrinda nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış verilməklə rəsmiləşdirilmişdir. Həmin çıxarış verildikdən sonra X12 ölmüş və onun mülkiyyət payına hazırkı iddia üzrə onlara - X21, X7, X13 və X4 adları daxil edilməklə xx.xx.2022-ci il tarixli yeni çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən bərabər paylı mülkiyyətimizdə olan yaşayış evinin və həyətyanı torpaq sahəsinin aramızda bərabər bölünməsi və həmin hissələrin naturada ayrılıb bizə verilməsinə dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət ediblər. Bərabər paylı mülkiyyətlərinin olmasına baxmayaraq faktiki olaraq həmin evdə hələlik yalnız öz ailə üzvləri ilə birlikdə yaşayan Cavabdeh5 qəti şəkildə yaşayış evindən və həyətyanı torpaq sahəsindən istifadələrinə imkan vermir, aralarındaa mübahisələr yaranır, Cavabdeh5 və ailə üzvləri həyətdən və evdən necə gəldi, öz istədikləri kimi özbaşına istifadə edir, onların paylı mülkiyyətçi kimi hüquqlarına çox hörmətsiz yanaşırlar. Belə ki, iddiaçılar xüsusən Zenfira va Böyükxanım atalarının yurdu olmasına baxmayaraq oraya baş çəkmək, Ağdaş şəhərində olarkən müəyyən vaxt öz evlərində qalmaq əvəzinə Ağdaş rayonunun Hüşün və Bulaqotağı kəndlərində uzaq qohumlarının evində qalmağa məcbur olaraq paylarına düşən hissədə yaşamaq imkanlarından va digər hüquqlarından məhrum vəziyyətdə qalmışlar. Qeyd olunan yaşayış evi və həyətyanı torpaq sahəsinin birgə bərabər paylı mülkiyyətlərində olan əmlak olmasına baxmayaraq cavabdeh X14 Aynur adlı qızı bunun qəti şəkildə yolverilməz olmasına baxmayaraq həmin ünvandakı həyətyanı torpaq sahəsinin boş hissəsinin düz ortasında özbaşına tikinti işləri aparmışdır. Odur ki, Aynur adlı şəxsin həmin özbaşına tikintisi atasının hesabına məcburi şəkildə sökülməklə həyətyanı torpaq sahəsi öz əvvəlki vəziyyətinə qaytarılmalı və ardınca iddiaçıların payları birlikdə (yaşayış sahəsi və həyətyanı torpaq sahəsi) natura şəklində ayrılmaqla onlara təhvil verilməlidir. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən bərabər paylı mülkiyyətimizdə olan yaşayış evinin yerləşdiyi hayətyanı torpaq sahəsində iddia tələbi üzrə Cavabdeh5 qızı X22 tərəfindən aparılmış özbaşına tikintinin onların öz hesabına məcburi qaydada sökülməsinə, həyətyanı torpaq sahəsinin öz əvvəlki vəziyyətinə qaytarılmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış verilməklə rəsmiləşdirilmiş, ünvan 2 ünvanında 0.1031 ha torpaq sahəsində yerləşən yaşayış evindən 2 nəfər payçıiddiaçılara yaşayış evinin ümumi sahəsindən hər birinə çatası 13,28 kv.m hissənin birlikdə olmaqla cəmi 26,56 kv.m hissəsinin, hər birnə çatası 0,0104 ha torpaq sahəsinin bizə birlikdə cəmi 0,0208 kv.m. hissəsinin naturada ayrılıb verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı1, onun və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər iddiaçıların və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-3/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 137,1 kv.m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası paylar birlikdə nəzərə alınmaqla cəmi 26,56 kv.m hissə və 0,0208 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekspert rəyinə uyğun olaraq naturada ayrılması, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin naturada bölgüsündən sonra iddiaçılara aid edilən hissəsində olan özbaşına tikintinin Cavabdeh5 tərəfindən onun öz hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
6. Birinci intansiya məhkəməsimüəyyən etmişdir ki, iş üzrə tərəflərin paylı mülkiyyətində olan ümumi əmlakları vardır. İddiaçılar onlara aid payların birlikdə naturada ayrılaraq onlara verilməsini tələb edir. Eyni zamanda, onlara naturada paylar ayrılarkən cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehlərin öz hesabına sökülməsini də xahiş edirlər. Hazırda iddiaçılar ilə cavabdehlər arasında həmin evin çıxarışda olan paylara uyğun ayrılmasına dair mübahisə vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekpsert rəyindən görünür ki, mübahisəli torpaq sahəsi daxilində yerləşən özbaşına inşa edilmiş tikili sökülməklə iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 0,0208 kv.m torpaq sahəsinə ayrılması texniki cəhətdən mümkündür. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən 26 aprel 2024-cü il tarixdə ünvan 4 prospekti 9-cu dalan, 36 nömrəli ev ünvanına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həyətə giriş qapısı ilə üzbəüz yarımçıq özbaşına tikili vardır. Bundan başqa, həyətə giriş hissədə sağ tərəfdə dalan küçə yerləşir. Çıxarış üzrə ümumi sahəsi 137,1 kv.m olan yaşayış evinin giriş hissədində zal, zalın sağ tərəfində, mətbəx, ondan solda yataq otağı, zalın sol tərəfində digər bir başqa otaq və həmin otağın daxilindən keçməklə digər bir yataq otağı vardır.
8. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 137,1 kv.m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası paylar birlikdə nəzərə alınmaqla cəmi 26,56 kv.m hissə və 0,0208 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9255 nömrəli ekspert rəyinə uyğun olaraq naturada ayrılmalı, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin naturada bölgüsündən sonra iddiaçılara aid edilən hissəsində olan özbaşına tikinti Cavabdeh5 tərəfindən onun öz hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1, 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 157.2, 213.1, 220.1, 220.2, 220.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qətnaməsindən narazıdır və aşağıda göstərdiyi işin faktiki hallarına görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
12. Bildirir ki, mərhum valideynlərinin ölümündən sonra onlar-bacı qardaşlar onlardan miras qalmış əmlaklara, yəni fərdi yaşayış evinə və yerləşdiyi həyətyanı torpaq sahəsinə vərəsəlik işi açdıraraq paylarını müəyyən etmişlər. Sonra da şəxsən iddiaçıların təkidi ilə fərdi yaşayış evinin 70.7 kv.metr, torpaq sahəsinin isə 0.0511 ha hissəsini X1 və həmin satılan əmlaka görə pulun hamısını iddiaçılar özlərinə götürmüş və ona bildirmişlər ki, onlarda qalan 0.0520 ha həyətyanı torpaq shəsində hər birinin payı olan 0.0104 ha torpaq sahəsini və fərdi yaşayış evində hər birinin payı 13.28 kv.metr hissələrini ona bağışlayacaqlar. İddiaçılar özləri də yaxşı bilirlər ki, valideynləri ölən günə onların yaşayış sahələri cəmi 12 kv.metr olmuşdur. Onların ölümündən sonra vərəsəlik işi açılanadək o, şəxsən özü həmin evdə ailəsi ilə birlikdə yaşadığından müəyyən təmir işləri aparmaqla artırmalar etmişdir. Məhz ona görə də onlar satılan əmlkın pulunu götürəndə onunla yuxarıda göstərdiyi qaydada razılaşmışlar.
13. Bundan başqa bildirir ki, həyətyanı torpaq sahəsində olan tikililərə və yaşayış otaqları iç-içə olduğuna görə və DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunun “Tikintilərin mərtəbələr üzrə planı” ilə ekspert rəyinə əlavə olunmuş “Yaşayış evinin və torpaq sahəsinin bölgü sxemi” bir-birinə ziddiyyət təşkil etdiyinə görə iddiaçıların yaşayış evində 26.56 kv.metr, həyətyanı torpaq sahəsində isə 0.0208 ha hissəsini naturada ayırmaq mümkün deyildir. Belə ki, “Tikintilərin mərtəbələr üzrə planı”nda 5 və 5 saylı otaqlardan sonra torpaq sahəsinin olması, “Yaşayış evinin və torpaq sahəsinin bölgü sxemi”ndə isə 5 və 6 saylı otaqların 7 saylı otaqla arakəsməsinin olması göstərilmişdir. Həyətdə sonradan inşa etdirdiyi yaşayış evini o, həyətin Ehtibar Əliyevin mülkiyyətində olan torpaq sahəsi ilə sərhədin bir metrliyində tikmişdir. Ekspertizanın rəyinin “Yaşayış evinin və torpaq sahəsinin bölgü sxemi”ndən də göründüyü kimi həyətlərində ümumi istifadədə olan bələdiyyə torpaq sahəsi də həyətə girişindən ev istiqamətinə münasibətdə sağ tərəflərində yaşayan qonşu ilə sərhəd tərəfindən göstərilmişdir. Həmin torpaq sahəsinin onun vəsati hesabına alınaraq iddiaçılara bağışlanması təklifini iddiaçılara bildirsə iddiaçılar bundan imtina etmişdir. Əgər iddiaçılar həmin təklifini qəbul etmiş olsaydılar onun minbir əzab əziyyətlə tikdirdiyi yaşayış evinin bir hissəsinin sökülməsinə zərurət yaranmazdı. Lakin bütün bunlra baxmayaraq işə baxan məhkəmə tərəfindən işin bu kimi faktiki hallarına fikir verilməmiş, işə baxan məhkəmə yalnız əvvəlki ekspert rəyi ilə ziddiyyət təşkil edən sonuncu ekspert rəyini əsas götürməklə məlum qətnaməsini qəbul etmişdir.
14. O, birinci instansiya məhkəməsində izahat verərkən bunları məhkəmənin nəzərinə çatdırsa da, işə baxan məhkəmə işin həmin faktiki hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, fərdi yaşayış evinin texniki pasportunun “Tikintilərin mərtəbələr üzrə planı” ilə ekspert rəyinə əlavə olunmuş “Yaşayış evinin və torpaq sahəsinin bölgü sxemi” bir-birinə ziddiyyət təşkil etsə də işə baxan məhkəmə qətnaməsində bütün bunlara münasibətini bildirməmiş və hüquqi qiymət verməmiş, qətnaməsində düzgün əsaslandırmamış, işin faktiki halları iddia ərizəsində qeyd edilən formada olmadığı halda, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmasını və ekspertin rəyini əsas göstərməklə 06 may sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etməklə mülkiyyətçi və istifadəçi kimi onun qanunla qorunan hüquqlarını, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
15. İşə baxan birinci instasiya məhkəməsi valideynləri ölən günə fərdi yaşayış evinin cəmi 12 kv.metr olmasını, sonradan şəxsən özünün vəsaiti hesabına müəyyən artırmalar aparmağını, mülkün yarı hissəsi satılarkən iddiaçıların sonradan onlara çatası paylarını ona bağışlayacaqlarını öhdələrinə götürmələrini, onlara inamından sui-istifadə etmələrini, yaşayış evi köhnə və yararsız olduğundan həyətin qapıdan girişin sol tərəfində yeni yaşayış evi tikdirməyini, yeni evin tikilisinin sökülməməsi üçün bələdiyyə torpağını öz vəsaiti hesabına iddiaçıların adına alınması kimi təkliflərini nəzərə almayaraq iddia tələbini qismən təmin etməklə mülkiyyət hüququnu pozmuşdur.
16. İddiaçı tərəf mülkün yarı hissəsi satılan zaman üzərilərinə götürdükləri öhdəlikdən imtina etməklə ona zərər vurduqlarına görə mülki hüquqi məsuliyyət daşıyır. Lakin iş baxan bunları nəzərə almamışdır. İşə baxılan zaman işin yuxarıda göstərilən faktiki hallarına dair sübutlarını məhkəməyə təqdim etsə də işə baxan məhkəmə iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
17. İşə baxan məhkəmə təqdim olunmuş sənədləri ekspert və mütəxəssis rəyləri ilə birlikdə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, düzgün araşdırmamış yalnız ekspert rəyinə əsaslanmaqla bir tərəfli mövqe tutaraq iddia tələbini qismən təmin etməklə digər tərəf kimi onun qanunla qorunan hüquqlarımı pozmuşdur. Belə ki, bir-biri ilə ziddiyyət təşkil edən sübutların müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi işə baxan məhkəmə yalnız yaşayış evinin texniki pasportu ilə ziddiyyət təşkil edən ekspert rəyinə əsaslandırmaqla normanın həmin tələblərini pozmuşdur. İşə baxan Ağdaş Rayon Məhkəməsi iddianı qismən təmin edilməsi barədə qətnaməsini yuxarıda göstərdiyi işin faktiki halları tam, obyektiv və hərtərəfli aydınlaşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianın qismən təmin edilməsi yox, iddia tələbi əsassız olduğundan rədd edilməsi nəticəsinə gələrdi. İşə baxan məhkəmənin iddia tələbinin qismən təmin etməsi qənaətinə gəlməsi yuxarıda göstərilən işin faktiki halları ilə sübut edilmir. İşə baxan məhkəmə iddia tələbinin təmin edilməsi barədə qəbul etdiyi qətnaməsi, qeyd etdiyi işin faktiki hallarına uyğun gəlmir.
18. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X3 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı özbaşına tikilinin məcburi qaydada sökülməsi, paylı mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və mirasdakı mülkiyyət paylarının birlikdə naturada ayrılıb verilməsi tələbi”nə dair 2(014)-3/2024 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)- 3/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddia ərizəsində ünvan 2 ünvanında yerləşən bərabər paylı mülkiyyətimizdə olan yaşayış evinin yerləşdiyi hayətyanı torpaq sahəsində iddia tələbi üzrə Cavabdeh5 qızı X22 tərəfindən aparılmış özbaşına tikintinin onların öz hesabına məcburi qaydada sökülməsi qeyd edilsə də, əslində həmin tikililərin Cavabdeh5 tərəfindən inşa edildiyini, tikililərin X22 tərəfindən aparılmasına dair fikrin texniki yanlışlıq olaraq iddia ərizəsinin yekununda əksini tapdığını göstərmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı3, İddiaçı5, X6, cavabdehlər Cavabdeh5, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
24. “X8rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
29. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh5 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-3/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın digər cavabdehlər Cavabdeh2 Niyazi qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı təmin edilmiş, həmçinin iddianın rədd edilmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh5 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş **********31-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 prospekti 9-cu dalan ev 36 ünvanında yerləşən ümumi sahəsi 137.1 kv/m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0863 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında yaşayış evi 13.28 kv/m, torpaq sahəsi 0.0104 ha hissədə X15, yaşayış evi 13.28 kv/m, torpaq sahəsi 0.0104 ha hissədə Cavabdeh1, yaşayış evi 13.28 kv/m, torpaq sahəsi 0.0104 ha hissədə Cavabdeh5, yaşayış evi 13.28 kv/m, torpaq sahəsi 0.0104 ha hissədə İddiaçı1, yaşayış evi 70.70 kv/m, torpaq sahəsi 0.0343 ha hissədə X11, yaşayış evi 3.32 kv/m, torpaq sahəsi 0.0026 ha hissədə İddiaçı2, yaşayış evi 3.32 kv/m, torpaq sahəsi 0.0026 ha hissədə İddiaçı3, yaşayış evi 3.32 kv/m, torpaq sahəsi 0.0026 ha hissədə İddiaçı5, yaşayış evi 3.32 kv/m, torpaq sahəsi 0.0026 ha hissədə İddiaçı4 mülkiyyətlərindədir. Paylı mülkiyyətçilərdən X25 26 oktyabr 2020-ci il tarixdə ölmüşdür. Həmçinin paylı mülkiyyətdə olan torpaq sahəsində Cavabdeh5 tərəfindən digər mülkiyyətçilərin əvvəlcədən məlumatı və razılığı olmadan tikinti işləri aparılmışdır. Aparılan tikinti gələcəkdə inşası nəzərdə tutulmuş fərdi yaşayış evinin kənar divar hissələrindən ibarətdir. Paylı mülkiyyətdə olan əmlakdan paylarının ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərinə istinad edən iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh5 tərəfindən iddia tələbi qəbul edilməmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
35. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunun “Tikintilərin mərtəbələr üzrə planı” ilə ekspert rəyinə əlavə olunmuş “Yaşayış evinin və torpaq sahəsinin bölgü sxemi” bir-birinə ziddiyyət təşkil etdiyinə görə iddiaçıların yaşayış evində 26.56 kv.metr, həyətyanı torpaq sahəsində isə 0.0208 ha hissəsinin naturada ayırmağın mümkün olmaması, işə baxan məhkəmənin yalnız əvvəlki ekspert rəyi ilə ziddiyyət təşkil edən sonuncu ekspert rəyini əsas götürməklə məlum qətnaməsini qəbul etməsi, ekspertin rəyini əsas göstərməklə 06 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etməklə mülkiyyətçi və istifadəçi kimi onun qanunla qorunan hüquqlarını, maddi və prosessual hüquq normalarının tələblərini pozması, işə baxan məhkəmənin təqdim olunmuş sənədləri ekspert və mütəxəssis rəyləri ilə birlikdə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaması, düzgün araşdırmaması, yalnız ekspert rəyinə əsaslanmaqla bir tərəfli mövqe tutaraq iddia tələbini qismən təmin etməklə digər tərəf kimi onun qanunla qorunan hüquqlarını pozmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə tam, hərtərəfli və obyekti araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi məhkəmə tikinti texniki ekspertizasının təyin edilməsi barədə qərardadlar qəbul etmiş, əldə edilmiş rəylər iş materiallarına əlavə edilmişdir.
36. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 10/2526 nömrəli rəydə göstərilmişdir:
37. ünvan 6 ünvanda yerləşməklə hazırda cavabdehlərin istifadəsində olan 66.4 kv/m yaşayış sahəsindən (137.1 kv/m (yaşayış evinin ümumi sahəsi)-70.70(X2 və heç bir mübahisə predmeti olmayan hissə=66.4 kv/m) digər paylar nəzərə alınmadan, 3 nəfər iddiaçılardan hər birinə çatası 13.28 kv/m hissəsinin, yəni cəmi 39.84 kv/m hissəsinin birlikdə və yaşayış evinin yerləşdiyi 0.052 ha (cəmi 0.1031-0.0511 (Ə.Ehtibara satılmış)=0.052 ha (bölünəsi torpaq sahəsi) həyətyanı torpaq sahəsi daxilində yerləşən, qeyri-qanuni, özbaşına inşa edilmiş tikili sökülməklə 3 nəfər iddiaçıların hər birinə çatası 0.0104 ha torpaq sahəsinin onlarla birlikdə olmaqla, cəmi 0.0312 ha payın ayrılması mümkündür. (bax rəyə əlavə olunmuş sxemə).
38. Bunun üçün texniki pasportda göstərilən 5 və 6 saylı otaqların arasında olan arakəsmə boyunca 7 saylı tikiliyə doğru 3.5 m enində arakəsmə və küçə ilə əhatə olunan hasara doğru sərhəd hasarı yaradılmalı, həyətyanı sahəyə qapı açılmalı və yaranmış ikinci hissədən küçəyə qapı açılmalıdır. Eyni zamanda yaranmış ikinci hissədə sanitar qovşağı yaradılmalıdır.
39. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 10/646 nömrəli rəydə göstərilmişdir:
40. ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 137.1 kv/m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası pay ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 39.84 kv/m hissəsini və 0.0863 ha torpaq sahəsi daxilində yerləşən, qeyri-qanuni, özbaşına inşa edilmiş tikili sökülməklə iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 0.0208 kv/m torpaq sahəsini ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və məhkəmə tikinti texniki ekspertizasının həlli metodllarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. (bax rəyə əlavə olunmuş plan sxemə)
41. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/9255 nömrəli rəydə göstərilmişdir:
42. ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 137.1 kv/m olan yaşayış sahəsindən iddiaçıların hər birinə çatası ayrı ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 26.56 kv/m hissəsini və 0.0863 ha torpaq sahəsi daxilində yerləşən, qeyri-qanuni, özbaşına inşa edilmiş tikili sökülməklə iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla, cəmi 0.0208 kv/m torpaq sahəsinin ayrılması AzDTN2.7-2 “Yaşayış binaları. Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7 və 5.8. bəndlərinin və məhkəmə tikinti texniki ekspertizasının həlli metodllarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. (bax rəyə əlavə olunmuş plan sxemə)
43. Kollegiya qeyd edir ki, iş materiallarında olan DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunun “Tikintilərin mərtəbələr üzrə planı” ilə ekspert rəylərinə əlavə olunmuş “Yaşayış evinin və torpaq sahəsinin bölgü sxem”lərinin bir-birinə ziddiyyət təşkil etməsi halı müəyyən edilməmiş, əksinə ekspertiza tədqiqatı aparılarkən ekspert tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilməklə yanaşı, işdə olan sənədlər, o cümlədən fərdi yaşayış evinin hüquqmüəyyənedici və texniki sənədləri də diqqətə alınmışdır. Eyni zamanda verilmiş ekspertiza rəyləri bir-birini tamamlamaqla, onların arasında ziddiyyətin olması halı müəyyən edilməmişdir.
44. Həmçinin birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatları ilə özbaşına inşa edilmiş tikili sökülmədən iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda paylar nəzərə alınmaqla cəmi 0.0208 kv/m torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilmədiyindən, həmin məsələ üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyasının 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, əldə edilmiş 22 yanvar 2025-ci il tarixli, 10/8625 nömrəli rəy iş materiallarına əlavə edilmişdir.
45. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 10/8625 nömrəli rəydə göstərilmişdir:
46. Azərbаycаn Respublikаsı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin məktubunda qeyd edilir ki, ünvan 6 ünvanda yerləşən 0.0863 ha torpaq sahəsindən iddiaçılara aid ümumilikdə 0.0208 ha hissəsinin həmin həyətdə inşa edilmiş tikilinin sökülmədən naturada ayrılması və bölgüsünün aparılması mümkün deyil.
47. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
48. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
50. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekpsert rəylərndə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instasiya məhkəməsinin valideynləri ölən günə fərdi yaşayış evinin cəmi 12 kv.metr olmasını, sonradan şəxsən özünün vəsaiti hesabına müəyyən artırmaların aparılmasını nəzərə almamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.2-ci maddəsinin tələbindən də göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Əgər apellyator həqiqətən də artırmalar aparmışdırsa və həmin artırmalar da paylı mülkiyyətin tərkib hissəsini təşkil etmişlərsə o halda həmin hissələrin də ayrılmalı əmlakda nəzərə alınmalı olması qanunvericiliyin tələbidir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bələdiyyə torpaq sahəsinin onun vəsati hesabına alınaraq iddiaçılara bağışlanması təklifinin qəbul ediləcəyi halda inşa etdirdiyi yaşayış evinin bir hissəsinin sökülməsinə zərurətin yaranmayacağına işə baxan məhkəmə tərəfindən fikir verilməməsi, yeni evin tikilisinin sökülməməsi üçün bələdiyyə torpağını öz vəsaiti hesabına iddiaçıların adına alınması kimi təkliflərinin nəzərə alınmamaqla mülkiyyət hüququnun pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, uzun müddət ərzində məhkəmə mübahisəsinin davam etdiyi halda iş materiallarından tərəflər arasında hər hansı bir barışığın əldə edilməsi, yaxud da bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin apellyasiya şikayəti vermiş cavabdehin özü tərəfindən əldə edilərək, barışıq məqsədi ilə iddiaçı tərəfə təklif edilməsi halı müəyyən edilməmişdir.
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə iddiaya düzgün hüquqi qiymət verilmişdir.
55. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisələndirilən hissədə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)- 3/2024 nömrəli qətnaməsi Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab etmədiyindən iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarından biri üzrə dəyərinin alınması qət edilməmiş 100 manat olmaqla, cəmi 200 manat ekspertiza xərci Cavabdeh5 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-3/2024 nömrəli qətnaməsi Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 200 manat ekspertiza xərci Cavabdeh5 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.