Məhkəmə qərarları › İş №2(014)-328/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-328/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-328/2020 08.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə İddiaçılar: X7 və İddiaçı2 Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılarX7 və İddiaçı2 Cavabdeh qarşı “tikinti normativlərinə cavab verməyən inşaat işlərinin dayandırılması“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 və İddiaçı2 Cavabdeh qarşı “tikinti normativlərinə cavab verməyən inşaat işlərinin dayandırılması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən evlərinin arxa hissəsində ev divarlarından 40-50 sm məsafədə inşa edilən evin tikintisinin dayandırılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2iddianı müdafiə edərək izah etdi ki, evlərinin arxa hissəsində ev divarları ilə 40- 50 sm məsafədə qonşuları Cavabdeh tərəfindən ev binası qazılaraq mişar daşından ev barısı çəkilir. Bu isə bütün mənalarda yol verilməz olmaqla paralel olaraq evlərinin havalandırılmasına, rütubətin yaranmasına, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasına və digər qanunvericiliklə tənzimlənən hüquqi normativ aktlarının tələblərinin pozuntularına səbəb olur. Onlar qonşuları ilə məsələnin danışıqlar yolu ilə həll olunması üçün imkanları çərçivəsində bütün fürsətlərdən yararlanmaq istəsələrdə, qarşı tərəf buna razı olmamaqla paralel olaraq əxlaqi cəhətdən yol verilməyən vasitələrə əl ataraq və hətta şaiyələr yayımlamaqla onların ailələrinin şərəf və ləyaqətinə dil uzatmaqdan çəkinməmişdir.Hesab edirlər ki, bütün mənalarda bu kimi halların baş verməsi yol verilməzdir. Öz növbələrində məsələnin danışıqlar yolu ilə həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısına, Rayon Prokuroruna və Rayon Polis şöbəsinə rəsmi məktubla müraciət edərək məsələnin nizama salınmasını xahiş etsələr də, rayon polis şöbəsindən Polis şöbəsinin rəisi Polis Polkovniki cənab Rasim Mustafayevin imzası ilə xx.xx.2020-ci il tarixli 25/132-18842/2 B-32D saylı məktub daxil olaraq iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 X2nun izahatına uyğun uzahat verərək iddianın təmin edilməsini və bu barədə qətanmə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, aparılan tikinti işləri onun həyat yoldaşı X5 məxsus torpaq sahəsində aparıldığından iddiaçılar tikinti işlərinin dayandırılmasını ondan tələb edə bilməzlər. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 25/**********/2B 322 saylı arayışdan məlum olur ki, aparılmışaraşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Prokurorluğu tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 12/30ş-20 saylı məktubdan məlum olur ki, Ağdaş şəhəri, Y. Nəbiyev küçəsi, dalan 2, ev 8-də yaşayan X4 xx xxxxxx 2020-ci il tarixində rayon prokurorluğuna müraciət daxil olmuşdur. Sonuncu müraciətində “tikinti normativlərinə cavab verməyən inşaat işlərinin dayandırılmasına dair” məhkəməyə iddia ərizəsi verdiyini, həmin işlə əlaqədar olaraq qonşuları Cavabdeh tərəfindən inşa edilən tikintinin dayandırılmasını xahiş etmişdir. Odur ki, X4 müraciəti mülki xarakterli olduğundan, həmçinin, hazırda məhkəmənin icraatında qeyd edilən hallarla bağlı işə baxıldığı üçün sonuncunun müraciəti baxılması üçün göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/424 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən məlum olur ki, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, dalan 2,26 saylı evin ərazisində aparılmalı tikinti işlərinə dair hər hansı bir icazə, layihə sənədləri olmadığı üçün həmin aparılmalı tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1. bəndinin tələblərinə görə Cavabdeh tərəfindən inşa olunmalı tikili qonşu torpaq sahəsinin sərhəddindən evin divarının hündürlüyünün 0.3 hissəsindən az olmayan məsafədə inşa olunmalıdır. Tədqiq olunan inşa olunmalı tikili tam inşa olunmadığı (bünövrəsi tökülmüşdür) və layihə sənədləri olmadığı üçün cavabdeh tərəfindən ara məsafəsini pozub-pozması yalnız tikilinin hündürlüyü barədə məlumat əldə edildikdən sonra müəyyən edilə bilər. Cavabdeh özünə məxsus torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti işinin tələblərinə uyğun hazırlanmış layihə əsasında yerli icra orqanları ilə razılaşdırıldıqdan sonra tikili inşa etdirə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Y.Nəbiyev küçəsi, dalan 2, ev 26-da yerləşən 0.0602 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2. bəndlərdində göstərilir. 4.1.- bəndi –(bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu məqsədi barədə şəhər (rayon) yerli icra hkimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomunqərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır.Müraciətəyerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və müətəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. bəndi –şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişiklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndlərində göstərilir. 69.4. bəndi –ara məsafəsi divarın hündürlüynə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonunaqədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. bəndi ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1. divar hündürlüyünün 0.6 hissəsi. 69.5.2-1. bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə -divar hündürlüyünün 0.3 hissəsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2001-ci il tarixli 2718 nömrəli şəhadətnamə əsasında qeydə alınmış “Dövlət şəhərsalma norma və qaydaları” 4.7. bəndinə görə, Yaşayış zonasında layihələndirilən binaların mərtəbəlik hündürlüyü (az-çoz hündürmərtəbəliyi) memarlıq-kompozisiya, sosial-məişət, gigiyena, demoqrafik tələblər, relyef və yerli şərait, tikintibazasının və mühəndis avadanlığı səviyyəsinin xüsusiyyətləri nəzərə alınmaqla, texniki-iqdisadi hesablamalar əsasında müəyyənləşdirilməlidir. 4.12-ci bəndinə görə Yaşayış, ictimai və istehsalat binaları arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП İİ-4) göstərilən insolyasiya normalar əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır. Həmin qaydaların 4.14.-cü bəndinə görə Birinci mərtəbəsində mənzil olan yaşayış binalarını bir qayda olaraq, qırmızı xətdən- kənarda, ondan 6 m-dən az olmayan məsafədə yerləşdirmək lazımdır. Birinci mərtəbələrində yerləşən və ya onlara bitişdirilmiş ictimai təyinatlı otaqları olan yaşayış binaları, mövcud yaşayış zonasının yenidənqurulması şəraitində isə birinci mərtəbəsində mənzil olan yaşayış binalarnı da yerli əhəmiyyətli küçlərdə yerləşdirmək olar. Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evləri yerli ənənələr nəzərə alınmaqla qırmızı xətdə yerləşdirilə bilər. Bina tikilərkən ətraf mühitə, o cümlədənqonşuya təsirinin qiymətləndirilməsi, sanitar gigenik məsələlərin nəzərə alınmasını, yanğın təhlükəsizliyininin və digər Fors-major hadisələrinin diqqətə alınmasını zəruri edir. Həmçinin, mikroiqlimin tənzimlənməsinin qiymətləndirilməsi həyata keçirilməlidir. Eləcə də, yanğın əleyhinə tələblərə riayət edilməsi məcburi xarakter daşımaqla yaşayış və köməkçi binaların dam örtükləri odadavamlılıq- yanğıntəhlükəli olmayan binalarda ara məsafə 9 metr, dam örtüyü yanan materiallardan olduqda isə ara məsafə 15 metradan əksik olmamalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri müəyyənləşdirilir: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin məcəllənin 9.1. -ci maddəsinə görə Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. 9.2.-ci maddisinə görə bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Tikinti obyektinə dair tələblər irəli sürülməklə aşağıdakılar müəyyənləşdirilmişdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasma.xidmət.etməlidir; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs . fyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Həmin Məcəllənin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Beləliklə məhkəmədə aydın oldu ki, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, dalan 2, 26 saylı evin ərazisində aparılmalı tikinti işləri şəhərsalma və tikinti norma və qaydalarının tələbləri pozulmaqla aparılmış, cavabdeh torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti işinin tələblərinə uyğun hazırlanmış layihə olmadan və həmin layihə əsasında yerli icra orqanları ilə razılaşdırılmadan tikili inşa etməyə çalışmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının qonşuluğunda Cavabdeh tərəfindən Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, dalan 2, 26 saylı evin ərazisində inşası nəzərdə tutulan tikili ilə bağlı tikinti işləri dayandırılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən aparılan inşaat işləri dayandırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamə alındığı vaxtdan 1 ay müddətinə Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar