Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-45/2025 15.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən, JN- 235 saylı, KOD 90312028 dövlət aktı əsasında Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızının mülkiyyətinə Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərə münasibətdə ½ hissədə pay müəyyən edilməsi və həmin torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu Kükəl kəndində qeydiyyatdadır. Cavabdeh onun keçmiş əri olub. Ağdaş rayon Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən verilmiş JN-235 saylı, KOD 90312028 dövlət aktı əsasında Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızının mülkiyyətinə Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı bildirir ki, hazırda digər mülkiyyətçi ilə aralarında narazılıq var. Buna görə də həmin torpaq sahəsində ona çatası payın ayrılaraq müəyyən edilməsi və naturada ayrılması zərurəti yaranmışdır. Buna görə də iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı hesab edir ki, Ağdaş rayon Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən verilmiş J N 235 saylı, KOD 90312028 dövlət aktı əsasında Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızının mülkiyyətinə Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərə münasibətdə ½ hissədə pay müəyyən edilməli və həmin torpaq sahəsi naturada ayrılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, torpaq payının ayrılıb verilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, torpaq onlarındır, anasına məxsusdur, həmin torpaq sahəsindən onlara düşən payın bölünməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, İddia tələbi ilə razıdır. Ağdaşda 2 otaqlı ev almış, həmin evi də onlara vermişdir. İddiaçı ilə ayrıldıqları vaxt heç bir şey götürmədən evdən çıxmışdır. Həmin evi də analarının adına sənədləşdirmişlər. Hazırda tələb olunan torpaq payının bölünməsinə də etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon İcra hakimiyyətinin başçısının Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 10 iyun 2024-cü il tarixli, 5-32-12/2-232/2024 saylı arayışdan görünür ki, Ağdaş rayon Kükəl kənd sakini xx.xx.1978-ci il təvəllüdlü X1 hal-hazırda Kükəl kəndində qeydiyyatdadır. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-235 KOD 90312028 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş Ağdaş rayonu Hüşün kəndində 0.70 ha torpaq sahəsi X3 və Cavabdeh mülkiyyətindədir. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 3-21-3-35/2-5434/2024 saylı mütəxəssis rəyinin surətindən görünür ki, 1-ci: Ağdaş rayonu, Hüşün kəndi ərazisində yerləşən TEKUİS qeydə alınmış 0.55 ha (iki hissəli 235 - 0.22 ha və 235Z - 0.33 ha) torpaq sahəsi sənəd üzrə naturada bölgüsü mümkündür. 2-ci: tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Əlavə məlumat üçün bildirilir ki, tərəflərin naturada göstərdikləri və iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etmir. Sənəd üzrə ayrılmış iki hissəli torpaq sahəsi ilə tərəflərin naturada göstərdikləri və iddia etdiyi torpaq sahəsi başqa ərazidə yerləşir. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 3-16-16/2-10/857/2025 saylı ekspert rəyindən görünür ki, 1-ci sual: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin məktubunda qeyd edilir ki, Ağdaş rayonu, Hüşün kəndi ərazisində yerləşən TEKUİS qeydə alınmış 0.55 ha (iki hissəli 235 0.22 ha və 235Z 0.33 ha) ) torpaq sahələri üzrə naturada bölgüsü mümkündür. 2-ci sual: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin məktubunda qeyd edilir ki, tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İşin materiallarında olan Tobolsk VVAQ şöbəsi tərəfindən verilmiş, 17 mart 2015-ci il tarixli, İİ-ФР- 603088 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxx 2004-cü il tarixində X8 Tobolsk şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən, JN-235 saylı, KOD 90312028 dövlət aktı əsasında Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızının mülkiyyətinə Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərə münasibətdə 1/2 hissədə pay müəyyən edilməsi və həmin torpaq sahəsinin naturada ayrılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə etirazının olmadığını bildirmişdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 3-16-16/2-10/857/2025 saylı ekspert rəyindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldəniz Hacıyevin mütəxəssis rəyindən də məlum olur ki, Ağdaş rayonu, Hüşün kəndi ərazisində yerləşən TEKUİS qeydə alınmış 0.55 ha (iki hissəli 235 0.22 ha və 235Z 0.33 ha) ) torpaq sahələri üzrə naturada paylara uyğun bölünməsi və tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən, torpağa mülkiyyət hüququna dair JN-235 KOD 90312028 saylı dövlət aktı əsasında Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızının mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsi iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətlərində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən, torpağa mülkiyyət hüququna dair JN- 235 KOD 90312028 saylı dövlət aktı əsasında Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 nəfərin (Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızı) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/2 hissədə müəyyən edilməli və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 3-21-3-35/2- 5434/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən, torpağa mülkiyyət hüququna dair JN-235 KOD 90312028 saylı dövlət aktı əsasında Ağdaş rayonu Hüşün kəndində 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 nəfərin (Cavabdeh və Soltanova (Zülfüqarova) Bəsti Vəkalətnamə qızı) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/2 hissədə müəyyən edilsin. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 3-21-3-35/2-5434/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-45/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-45/2025
15.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver