Məhkəmə qərarları › İş №2(014)-460/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-460/2024

01.03.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-460/2024 01.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 15 fevral 2024-cü il tarixə vergi ödəyicisi olan Ağdaş rayon Mənzil Təsərrüfat İstismar Təmir Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 13374,22 manat, icbari Tibbi Sığorta Fonduna 35,14 manat, işsizlikdən sığorta fonduna 2,9 manat, dövlət büdcəsinə 5590,38 manat məbləğində (o cümlədən, vergilər üzrə 3581,08 manat, faizlər üzrə 2009,3 manat) olmaqla, ümumilikdə 19002,64 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********710100, xx.xx.2023cü il tarixli **********714400, xx.xx.2023-cü il tarixli **********707900, xx.xx.2023-cü il tarixli **********173000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunanlara əsasən hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5590,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 13374,22 manat, işsizlikdən sığorta fonduna olan 2,9 manat, icbari Tibbi Sığorta Fonduna olan 35,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Aqşin Mustafayev məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, o, həmin idarədə 2022-ci ilin sentyabr ayından işləyir. O, idarəni təhvil alarkən idarənin 32740 manat məbləğində borcu vardır. Onların hesabları hazırda Kapital Bank və Azərpoçtun sərəncamına əsasən bağlıdır. Mövcud borcun hansı səbəbdən yaranması ona məlum deyildir və borcun yaranma səbəbini maraqlanmamışdır. Həmin borc onların əmək haqqısından tutulurdu. Borcun ödənilməsi üçün ona vaxt verilməsini bildirdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs Ağdaş rayon Mənzil Təsərrüfat İstismar Təmir Müəssisəsi vergi uçotuna alınıb ona VÖEN: ********** kimi qeydiyyata alınmışdır. İşin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 5 iyul 2013-cü il tarixli elektron sənəd mübadiləsinə dair müqavilə formasından görünür ki, 9 saylı Ərazi Vergilər İdarəsi ilə Ağdaş rayon MTİ təmir müəssisəsi arasında elektron kabinet vasitəsi ilə sənəd və məlumatların elektron üsulla mübadilə edilməsini, o cümlədən Azərbaycan Respublikası 27 iyul 2007-ci il tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydasın”da uygun olaraq vergi ödəyicisi kod-parol gücləşdirilmiş elektron imzadan istifadə edilməklə bəyannaməllərin (hesabatların) göndərilməsini, həmçinin vergi orqanı tərəfindən onların qəbulunu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsini müəyyən edir. İşin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İcra Edilməsi Baş İdarəsinin 18 oktyabr 2023-cü il tarixli bildirişdən məktubundan görünür ki, Maraqlı şəxs ümumilikdə 329,03 manat işsizlikdən sığorta haqqı üzrə olan borcun barədə xəbərdar olunmuşdur. İşin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İcra Edilməsi Baş İdarəsinin 18 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 1266,12 manat icbari tibbi sığorta haqları üzrə olan borcun barədə xəbərdar olunmuşdur. İşin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İcra Edilməsi Baş İdarəsinin 18 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 17221,25 manat muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dovlət sosial sığorta haqqı üzrə olan borcun barədə xəbərdar olunmuşdur. İşin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İcra Edilməsi Baş İdarəsinin 18 oktyabr 2023-cü il tarixli bildirişdən məktubundan görünür ki, Maraqlı şəxs ümumilikdə 7651,60 manat vergi borcu üzrə olan borcun barədə xəbərdar olunmuşdur. İşin materiallarına olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İcra Edilməsi Baş İdarəsinin 31 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 25011,04 manat borcu 5 gün müddətində ödənilməsi tələb edilmiş, borcun ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Maraqlı şəxs Mənzil Təsərrüfat İstismar Təmir Müəssisəsinin rəisi seçilmişdir. Mənzil Təsərrüfat İstismar Təmir Müəssisəsinin (VÖEN: **********) büdcəyə ümumilikdə 19002,64 (on doqquz min iki manat altmış dörd qəpik) manat yaranmışdır. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisi olan Ağdaş rayon X1 sədri Maraqlı şəxs (AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edir Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 23.1.15-4-cü maddəsinə əsasən bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 65.2-ci maddəsinə bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 77.3-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Mənzil Təsərrüfat İstismar Təmir Müəssisəsinin dövlət büdcəsinə olan ümumilikdə 5590,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 13374,22 manat, işsizlikdən sığorta fonduna olan 2,9 manat, icbari Tibbi Sığorta Fonduna olan 35,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün müəssəsisənin rəisi olan Maraqlı şəxs barəsində (FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Mənzil Təsərrüfat İstismar Təmir Müəssisəsinin dövlət büdcəsinə olan ümumilikdə 5590,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 13374,22 manat, işsizlikdən sığorta fonduna olan 2,9 manat, icbari Tibbi Sığorta Fonduna olan 35,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün müəssəsisənin rəisi olan Maraqlı şəxs barəsində (FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar