Məhkəmə qərarları › İş №2(014)-55/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-55/2025

06.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-55/2025 06.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon, Şordəhnə kəndində kənd təsərrüfatı təyinatlı **********42 reyestr nömrəli çıxarış ilə verilmiş 2.74 hektar olan ümumi paylı torpaq mülkiyyətindən ona məxsus torpaq payının müəyyən edilməsinə və naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon Şordəhnə kəndində kənd təsərrüfatı təyinatlı ümumilikdə 2.74 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Bununla bağlı DƏDKR PHŞ-dən onlara **********42 reyestr nömrəli çıxarış verilmişdir. Həmin vaxt onlar bir təsərrüfatda birgə yaşamışlar. Hazırda ailə həyatı qurmuş və cavabdehlərdən ayrı öz şəxsi ailəsi ilə yaşayır. Həmçinin ailəsi ilə birgə öz şəxsi təsərrüfatı ilə məşğuldur və torpaq sahəsinə ehtiyacı vardır. Ona görə də onun ümumi paylı mülkiyyətdən torpaqdan ona məxsus torpaq payının müəyyən edilib ayrılmasına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlərdən Cavabdeh1 bacısı, Cavabdeh2 isə bacısının qızıdır. Torpaq sahəsi bacısının adınadır. Həmin torpaq sahəsindən öz payını istəyir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul edir, payların bölünməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-212 kod 90305048 saylı dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Ağdaş rayon Şordəhnə kəndində 2.74 hektar torpaq sahəsi X5, X1, Cavabdeh1 və X7 mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 15 sentyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.74 kv/m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Hüquq sahibləri Cavabdeh1 oğlu, Cavabdeh2, İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X5 17 fevral 1998-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli 3-21-3-35/2-5277/2024 saylı mütəxəssis rəyinin surətindən görünür ki, 1-ci sual: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli **********42 reyestr nömrəli çıxarışla iddiaçı və cavabdehlərə məxsus Ağdaş rayonu Şordəhnə kəndi ərazisində yerləşən 2.74 hektar torpaq sahəsi naturada paylara uyğun bölünməsi mümkündür. 2-ci sual: tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 3-16-16/2-10/210/2025 saylı ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin məktubunda rəyində qeyd edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli **********42 reyestr nömrəli çıxarışla iddiaçı və cavabdehlərə məxsus Ağdaş rayonu Şordəhnə kəndi ərazisində yerləşən 2.74 hektar torpaq sahəsi naturada paylara uyğun bölünməsi mümkündür. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin məktubunda qeyd edilir ki, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 3-16-16/2-10/210/2025 saylı ekspert rəyindən və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldəniz Hacıyevin mütəxəssis rəyindən də məlum olur ki, Ağdaş rayonu Şordəhnə kəndi ərazisində **********42 qeydiyyat nömrəli çıxarışla iddiaçı və cavabdehlərə məxsus 2.74 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi və tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün hesab edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Eyni Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Eyni Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunan Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu Şordəhnə kəndi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla verilmiş kənd təsərrüfatı təyinatlı ümumilikdə 2.74 hektar ölçüdə torpaq sahəsi İddiaçı, Cavabdeh1 oğlu və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən **********42 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışna əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı və X2 ümumi birgə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 2.74 ha torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/4 hissədə payları müəyyən edilsin və həmin torpaq sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 3-21-3-35/2-5277/2024 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE**********00********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən **********42 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışna əsasən Cavabdeh1, Cavabdeh2, İddiaçı və X2 ümumi birgə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 2.74 ha torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/4 hissədə payları müəyyən edilsin və həmin torpaq sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 3- 21-3-35/2-5277/2024 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar