Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-554/2021 19.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X9 İddiaç İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Muxtarova (İbrahimova) Xəyalə İsmayıl qızı və Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsinə qarşı «ümumi əmlakda payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair işə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Muxtarova (İbrahimova) Xəyalə İsmayıl qızı və Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsinə qarşı «ümumi əmlakda payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998ci il tarixli 15 nömrəli qərarı ilə 3145 nömrə ilə 22 mart 1999-cu ildə tarixdə qeydiyyat kitabında qeydiyyata alınmış torpaq mülkiyyət hüququna dair JN:0039 seriyalı (kod********) Dövlət aktına əsasən onun həmçinin X3, Muxtarova (İbrahimova)Xəyalə İsmayıl qızı və Cavabdeh2 ümumi paylı mülkiyyətinə verilmiş və Ağdaş rayonunun Qoşaqovaq kənd ərazisində yerləşən 3.39 hektar torpaq sahəsinə dair payının müəyyən edilərək naturada ayrılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 3.39 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun və qardaşı X3, onun həyat yoldaşı Muxtarova (İbrahimova) Xəyalə İsmayıl qızı və onların oğlulları Cavabdeh2 ümumi mülkiyyətinə verilmişdir. Torpağın ümumi mülkiyyətə verilməsi faktı kod nömrəsi 90310018 olan JN-0039 nömrəli Azərbaycan Respublikasının Ağdaş rayon torpaq şöbəsində 3145 nömrə ilə 22 mart 1999cu ildə qeydiyyat kitabında qeydiyyata alınmış Dövlət aktı ilə təsdiqlənib. Qeyd edir ki, qardaşı X3 21 iyul 2014-cu ildə vəfat etmişdir. Cavabdehlərlə birgə paylı mülkiyyətlərində olan torpaq sahəsi üzərində hüquqları keçən müddət ərzində hər biri öz istəyinə uyğun həyata keçirə bilməmişdir. Belə ki, ümumi torpaq sahəsi üzərində qanunu hüquqlarını həyata keçirmək məqsədi ilə o cavabdehlər torpaq sahəsini mülkiyyətçilərin sayına görə öz aralarında bölərək istifadə etməklərini təklif etsə də, bu məsələ ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Bir mülkiyyətçi kimi bu hal onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur və ona görə də cavabdehlərə ümumi mülkiyyətini bir növü olan paylı mülkiyyətdə olan torpaq sahəsində qanunla müəyyən edilmiş paylarını müəyyən edilməsinə və onun payının naturada ayrılmasına zərurət yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Muxtarova (İbrahimova) Xəyalə İsmayıl qızı, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və 3-cü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli 2504 saylı doğum haqqında arayışdan məlum olur ki, İddiaçı Muxtar qızı xx.xx.1961-ci il tarixdə Ağdaş rayonu, Qoşaqovaq kəndində doğulmuşdur. X2, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli 2505 saylı doğum haqqında arayışdan məlum olur ki, X5 30.03.1966-ci il tarixdə Ağdaş rayonu, Qoşaqovaq kəndində doğulmuşdur. X2, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli 2507 saylı nikah haqqında arayışdan məlum olur ki, X3 ilə X6 arasında 25.11.1994-cü il tarixdə 20 saylı nikah qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 1884 saylı arayışdan məlum olur ki, X3 021.07.2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə Ağdaş rayon Qoşaqovaq İ/N tərəfindən 08.08.2014-cü il tarixli 10 saylı akt qeydi saxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 1882 saylı arayışdan məlum olur ki, Cavabdeh2 xx.xx.1995-ci il tarixdə Ağdaş rayon, Qoşaqovaq kəndində anadan olmuşdur. X1, anası Cavabdeh1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 1883 saylı arayışdan məlum olur ki, X7 07.04.2000-ci il tarixdə Ağdaş rayon, Qoşaqovaq kəndində anadan olmuşdur. X1, anası Cavabdeh1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 1881 saylı arayışdan məlum olur ki, X8 17.02.1997-ci il tarixdə Ağdaş rayon, Qoşaqovaq kəndində anadan olmuşdur. X1, anası Cavabdeh1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-0039, (kod ********) saylı dövlət akına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 3.39 hektar torpaq sahəsi X3, X10, X6, Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq İ.N tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli AZ-İ 934140 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 21.01.1989-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq İ.N tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli AZ-İ ******* saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 13.06.1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ÜRX tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli **********56 saylı mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində yerləşən iddiaçının və ailə üzvlərinin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Həmin koordinatları Ağdaş rayon Qoşaqovaq kəndi “Sirvan” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirdikdə, İddiaçı Muxtar qızına və ailə üzvlərinin “Torpağa Mülkiyyət hüququna dair” JN-0039 nömrəli Dövlət aktı ilə mülkiyyətində olan 3.39 ha torpaq sahəsinin həndəsi ölçüləri və məkan göstəriciləri ilə onların faktiki istifadə etdiyi torpaq sahəsinin həndəsi ölçüləri və məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğundan ümumi istifadədə olan 3.39 ha torpaq sahəsinin naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin 2-ci hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə qeyd edir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 nömrəli qərarı ilə 3145 nömrə ilə 22 mart 1999-cu ildə tarixdə qeydiyyat kitabında qeydiyyata alınmış torpaq mülkiyyət hüququna dair JN:0039 seriyalı (kod********) Dövlət aktına əsasən onun həmçinin X3, Muxtarova (İbrahimova)Xəyalə İsmayıl qızı və Cavabdeh2 Ağdaş rayonunun Qoşaqovaq kənd ərazisində yerləşən 3.39 hektar ümumi birgə mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsi hissəsində əsaslı, payın naturada ayrılması hissəsində isə əsassızdır. Belə ki, iş materiallarında olan mütəxəssis rəyindən məlum olur ki torpaq sahəsinin naturada ayrılması mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, 14 avqust 1998-ci il tarixli 15 nömrəli qərarı ilə 3145 nömrə ilə 22 mart 1999-cu ildə tarixdə qeydiyyat kitabında qeydiyyata alınmış torpaq mülkiyyət hüququna dair JN:0039 seriyalı (kod********) Dövlət aktına əsasən İddiaçı, X3, Muxtarova (İbrahimova)Xəyalə İsmayıl qızı və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/4 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 nömrəli qərarı ilə 3145 nömrə ilə 22 mart 1999-cu ildə tarixdə qeydiyyat kitabında qeydiyyata alınmış torpaq mülkiyyət hüququna dair JN:0039 seriyalı (kod********) Dövlət aktına əsasən İddiaçı, X3, Muxtarova (İbrahimova)Xəyalə İsmayıl qızı və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş, Ağdaş rayonunun Qoşaqovaq kənd ərazisində yerləşən 3.39 hektar torpaq sahəsində İddiaçı payı 1/4 hissədə müəyyən edilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 nömrəli qərarı ilə 3145 nömrə ilə 22 mart 1999-cu il tarixdə qeydiyyat kitabında qeydiyyata alınmış torpaq mülkiyyət hüququna dair JN:0039 seriyalı (kod********) Dövlət aktına əsasən İddiaçı, X3, Muxtarova (İbrahimova)Xəyalə İsmayıl qızı və Cavabdeh2 ümumi paylı mülkiyyətinə verilmiş, Ağdaş rayonunun Qoşaqovaq kənd ərazisində yerləşən 3.39 hektar torpaq sahəsində İddiaçı payı 1/4 hissədə müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-554/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-554/2021
19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver