Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-569/2023 13.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə üzrə xüsusi icraat qaydasında mülki işə 13 mart 2023-cü il il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət büdcəsinə olan ümumilikdə 3321.5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 21450.51 manat, işsizlikdən sığorta fonduna olan 0 manat İcbari Tibbi Sığorta Fonduna olan 6.97 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxxxxxx 1965-ci il, Doğulduğu yer- AZərbaycan, Ağdaş, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Ağdaş rayon Mənzil Təsərrüfat İstismar Təmir Müəsisəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 6.97 manat, Dövlət büdcəsinə 3321.5 manat məbləğində (o cümlədən, vergilər üzrə 2913.24 manat, faizlər üzrə 408.26 manat) Dövlət Sosial Müdafiə Fonduna 21450.51 manat, olmaqla ümumilikdə 24778.98 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********047400, xx.xx.2022-ci il tarixli **********810000, xx.xx.2022-ci il tarixli **********040600, xx.xx.2022-ci il tarixli **********933200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin böyük dövlət vergi müfəttişi Heydərov İlqar ilyas oğlu məhkəmə iclasına ərizə ünvanlayaraq ərizəyə iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə, maraqlı şəxsin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, Ağdaş rayon Mənzil Təsərrüfat İstismar Təmir Müəsisəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 6.97 manat, Dövlət büdcəsinə 3321.5 manat məbləğində (o cümlədən, vergilər üzrə 2913.24 manat, faizlər üzrə 408.26 manat) Dövlət Sosial Müdafiə Fonduna 21450.51 manat, olmaqla ümumilikdə 24778.98 manat borcu vardır. Qeyd olunan borc 5 gün müddətində ödənilmədiyi halda sizin (Maraqlı şəxs) ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağdaş Rayonunun Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********047400, xx.xx.2022-ci il tarixli **********810000, xx.xx.2022-ci il tarixli **********040600, xx.xx.2022ci il tarixli **********933200 nömrəli bildirişlərə əsasən Maraqlı şəxs yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi bildirilmişdir. Məhkəmə ərizəçinin dəlillərini və iş materiallarını tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəcəyi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək ərizənin təmin edilməsi, Maraqlı şəxs dövlətə olan xeyli miqdarda vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 305.12, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinin xahişi təmin edilsin. Vergi ödəyicisi xx xxxxxxxx 1965-ci ildə Ağdaş şəhərində anadan olmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******, xx.xx.2015-ci il tarixdə Səyyar-ASAN1 tərəfindən verilmişdir) dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-569/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-569/2023
13.03.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver