Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-581/2021 31.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi nümayəndəsi Q.Qasımovanın iştirakı ilə Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqınd ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasını müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Xosrov kənd icr nümayəndəliyi tərəfindən mərhum anası X1 10 noyabr 2002-ci ildə Ağdaş rayonunun Aral B kəndində ölməsinə dair vətəndaşlıq vəziyyəti aktlarının ölüm kitabında qeyd edilmiş 18 noyab 2002-ci il tarixli 04 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməs maraqlı orqan tərəfindən həmin ölüm haqqında akt qeydiyyatı kitabında anasının adının “Firuzə soyadının isə “Məhərrəmova” göstərməklə qeydin düzəldilməsi barədə qətnamə çıxarılmasını xahi etmişdir. Ərizəçi iddiasını onunla əsaslandırmışdır ki, mərhum anası X5 10 noyabr 2002-ci ildə Ağda rayonunun Aral Bir kəndində vəfat etmişdir. Anasının adı Firuzə, soyadı Məhərrəmova olmasın baxmayaraq onun adına tərtib olunmuş ölüm haqqında şəhadətnaməsində səhvə yol verilərək ad “Fürüdə”, soyadı isə “Əliyeva” kimi göstərilmişdir. Halbuki, onun adına tərtib olunmuş 20 dekab 1961-ci il tarixli 198 saylı vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında və adına verilmiş 2 dekabr 1961-ci ildə verilmiş AZ 116673 saylı doğum haqqında şəhadətnamədə anasının ad “Firuzə”, soyadı isə “Məhərrəmova” yazılmışdır. Hazırda mərhum anasının ölümündən sonra onda miras qalmış daşınmaz əmlaka vərəsəlik işinin açılması ilə əlaqədar tələb olunan sənədləri Ağda notariat ofisinə təqdim edəndə ona məlum olmuşdur ki, mərhum anasının adına tərtib olunmuş ölüm haqqında şəhadətnamədə adı “Fürüdə”, soyadı isə “Əliyeva” yazılmışdır. Anasının adının Firuzə soyadının Məhərrəmova olması ərizəyə əlavə olunmuş sənədlərlə və tərəfindən məhkəməyə dəvə olunacaq şahidlərin ifadələri ilə də təsdiq oluna bilər. O, Maraqlı şəxsnə müraciət edərə vətəndaşlıq vəziyyəti aktlarının ölüm kitabında qeydiyyatın düzgün olmamasını, həmin qeydiyyatı düzəldilməsini maraqlı şəxsdən xahiş edəndə Maraqlı şəxs 07 yanvar 2021-ci il tarixli, 05/Q-02/6 saylı məktubu ilə düzəliş edilməsinə kifayət qədər əsas olmadığından (ziddiyyətli məqamla aşkarlanarsa) məhkəməyə müraciət etməli olduğunu bildirməklə aidiyyati üzrə məhkəməyə müraciə etmək tövsiyyə olunmuşdur. Qeyd edilən hüquq haqqında mübahisə Maraqlı şəxs tərəfindən arada qaldırılmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edir. Vətəndaşlıq vəziyyəti aktla qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi və akt qeydiyyatında düzəlişin edilməsi on miras əmlaka dair vərəsəlik işinin açılması ilə əlaqədar lazımdır. Ərizəçi nümayəndəsi X8 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayara məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəx nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesa edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X12 məhkəmə iclasında bildirdi ki, ərizəçinin qonşusudur,50 ildir ki,ərizəçi il qonşudur. Qeyd edir ki, ərizəçinin anasının adı Firuzə olmuşdur.Yəni qonşuluqda yaşayan hər kə ərizçinin anasını Firuzə kimi tanıyır. Odur ki, ərizəçinin anasının adının Firuzə Məhərrəmov olmasını,ölüm akt qeydində yanlışlığa yol verildiyini təsdiq etdi. İş üzrə şahid X11 məhkəmə iclasında bildirdi ki, ərizəçinin həmkəndlisidir. Qeyd edir k ərizəçini və onun ailəsini uşaqlıqdan tanıyır,ərizəçinin anasının adı Firuzə olmuşdur.Yəni kəndd yaşayan hər kəs ərizçinin anasını Firuzə kimi tanıyır. Odur ki, ərizəçinin anasının adının Firuz Məhərrəmova olmasını,ölüm akt qeydində yanlışlığa yol verildiyini təsdiq etdi. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1961-ci ildə Ağdaş rayonunu Aral bir kəndində anadan olmuşdur. X2, anası isə X3r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 10 noyabr 2002-ci ildə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 07 yanvar 2021-ci il tarixli məktubunda görünür ki, ərizəçinin vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsi il bağlı etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrin əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgü olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüqu haqqında mübahisə omadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgü olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyya kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmi qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməs üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı il təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaların müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarını qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda v aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerind qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasınd mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizəçini anasının adı X5 olmuşdur, X5 18 noyabr 2002-ci ildə vəfat etməsinə baxmayaraq onun adına tərti edilmiş ölüm haqqında akt qeydində yanlışlığa yol verilərək adı səhvən X4 göstərilmişdir. Bu ha məhkəmə iclasında dindirilmiş şahid ifadələri və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapı Ərizənin təmin edilməsi ərizəçiyə miras əmlakın qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab ed ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Xosrov kənd icra nümayəndəliyi tərəfindən X6 10 noyabr 2002-ci ildə Ağda rayonunun Aral Bir kəndində ölməsinə dair vətəndaşlıq vəziyyəti aktlarının ölüm kitabında qey edilmiş 18 noyabr 2002-ci il tarixli 04 saylı ölüm haqqında akt qeydinin düzgün olmaması müəyyə edilsin, 18 noyabr 2002-ci il tarixli 04 saylı ölüm haqqında akt qeydində düzəliş aparılaraq “X9” ad “X5” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsin Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdə sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(014)-581/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-581/2021
31.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver