Məhkəmə qərarları › İş №2(014)-62/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-62/2020

25.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-62/2020 25.02.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаs kаtibi X5 İddiaçıiştirakı ilə, İddiaçı cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi və naturadan ayrılması” tələbinə dair işə Ağdaş rayon məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi və naturadan ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon X11 xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:166 saylı (kod 90300038) Dövlət Aktına əsasən Ağdaş rayonunun Yenicə kənd ərazisindən onlar iddiaçı və cavabdehlərin paylı mülkiyyətinə verilmiş 4.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər birilərini paylarını 1/7 hissədə müəyyən edilməsinə, torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla ona çatası 1/7 hissə, yəni 0.6285 hektar torpaq sahəsinin naturada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonunun Yenicə kəndində torpaq islahat aparılması ilə əlaqədar onun və onunla birlikdə bir təsərrüfatda yaşayan ailə üzvləri olan cavabdehlərin mülkiyyətinə Ağdaş rayon X11 xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərar ilə qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:166 saylı (kod 90300038) dövlət aktına əsasən Ağdaş rayonun Yenicə kəndi ərazisində 4.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin akta əsasən ümumi mülkiyyətlərinə verilmiş 4.40 hektar torpaq sahəsi 7 nəfərin ümumi mülkiyyətinə verildiyindən həmin torpaq sahəsində hər birilərini payı 1/7 hissə, yəni 0.6285 hektar təşkil edir. Cavabdeh X9 xx xxxxxxxx 2011-ci ildə X15 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və “Məmmədova” soyadını qəbul etmişdir. Cavabdehlərlə birgə paylı mülkiyyətlərində olan torpaq sahələri üzərində hüquqlarını keçən müddət ərzində hər kəs öz istəyinə uyğun həyata keçirə bilməmişlər. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi ona düşən torpaq sahəsi üzərində hüquqlarını öz istəyinə uyğun həyata keçirmək məqsədilə cavabdehlərə payına düşən torpaq sahəsinin ayrılıb verilməsi təklif etsə də, torpaq sahəsinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onun mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Məhkəmədən kənar cavabdehlərlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Ona görə də cavabdehlərlə ümumi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində qanunla müəyyən edilmiş paylarının müəyyən edilməsinə və naturada ayrılmasına zərurət yaranmışdır. İddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq, iş mаtеriаllаrını tədqiq edərək, təqdim еdilmiş sübutlаrı аrаşdırаrаq hеsаb еdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2013-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli AZ-İ 703036 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, X15 ilə X9 xx xxxxxxxx 2011-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Yenicə kənd iƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx xxxxxx 2018-ci il tarixli 383 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Yenicə kənd sakini İddiaçı aşağıdakı ailə üzvü var. oğlu-X19, qızı-X12r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2016-cı il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X14 xx.xx.1976-cı il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2014-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 xx.xx.1972-ci il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2005-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 xx.xx.1951-ci il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2013-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 xx.xx.1987-ci il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2013-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh6 xx.xx.1988-ci il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2009-cu il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh5 xx.xx.1982-ci il tarixdə Ağdaş rayon, Yenicə kəndində anadan olmuş, Ağdaş rayon, Yenicə kəndində qeydiyyatdadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon X11 xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərar ilə qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:166 saylı (kod 90300038) dövlət aktına əsasən İddiaçı, X1, X4, X10, Cavabdeh5, Cavabdeh6 və X3 Ağdaş rayonun Yenicə kəndi ərazisində 4.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(014)-1696/2019-cu il tarixli işin rəy verilməsi üçün göndərilməsi haqqında qərardaddan məlum olur ki, İddiaçı cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi və naturadan ayrılması” tələbinə dair iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün rəy verilməsi qərara alınmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestr xidməti tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli **********34 saylı mütəxəsis rəyindən məlum olur ki, Ağdaş rayonu Yenicə kənd ərazisində yerləşən iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə JN-166 nömrəli Dövlət aktına əsasən verilmiş 4.40 ha torpaq sahəsi verilmişdir. Paylar naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfatı sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada bölgüsü mümkün deyildir. Məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd eməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr,hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə görə Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının hazırkı iddia tələbi ilə bağlı tətbiq edərək hesab edir ki, İddiaçı cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi və naturadan ayrılması” tələbinə dair məhkəməyə müraciət etmiş və Ağdaş rayon X11 xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:166 saylı (kod 90300038) Dövlət Aktına əsasən Ağdaş rayonunun Yenicə kənd ərazisindən onlar iddiaçı və cavabdehlərin mülkiyyətinə verilmiş 4.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər birilərini paylarını 1/7 hissədə müəyyən edilməsinə, torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla ona çatası 1/7 hissə, yəni 0.6285 hektar torpaq sahəsinin naturada ayrılıb ona verilməsini tələb edir. Lakin iş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən məlum olur ki, payın naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün olmadığı müəyyən olunmuşdur. Rəyə əsaslanaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğundan torpaq sahəsinin iddiaçının payına düşən hissəsi ayrılarsa, bu cavabdehlərin, eləcə də iddiaçının mülkiyyətlərində olan torpaq sahəsindən səmərəli istifadəyə maneə olmayan torpaq sahəsinin yararsız vəziyyətə düşməsinə səbəb olacaqdır. Bütün bunlar da torpaqdan sahələrinin idarə edilməsi qanunvericiliyi ilə yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara obyetktiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi və naturadan ayrılması”tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara аid еdilməlidir. Göstərilənləri nəzərə аlаrаq və Аzərbаycаn Rеspublikаsı MPM-in 216-220, 227 və 233-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddiaçı cavabdehlər X2, X6, X13, Cavabdeh5, Cavabdeh6 və X3 qarşı «ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi və naturadan ayrılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar