Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-64/2024 29.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı3 (eyni zamanda digər iddiaçıların nümayəndəsi), Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və X1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və X1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar islahat Komissiyasının qərarı ilə İddiaçı3, İddiaçı1 və X2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon Pirəyir kəndində kənd təsərrüfatı təyinatlı ümumilikdə 1.69 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Bununla bağlı DƏDKR PHŞ-dən onlara **********45 reyestr nömrəli çıxarış verilmişdir. Həmin vaxt onlara ailə üzvləri ilə birgə yaşayırlar. Hazırda ailə həyatı qurmuşlar və cavabdehlərdən ayrı öz şəxsi ailəsi ilə yaşayır. Həmçinin ailəsi ilə birgə öz şəxsi ləsərrüfatın ilə məşğul olmaq üçün torpaq sahəsinə ehtiyacını var. Ona görədə onların ümumi paylı mülkiyyətdə torpaqdan onlara məxsus torpaq payının müəyyən edilib ayrılmasına ehtiyac var. İddiaçı3, İddiaçı1 və X2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kənd təsərrüfatı təyinatlı **********45 reyestr nömrəli olan torpağın mülkiyyətə verilməsinə dair çıxarış ilə verilmiş 1,19 hektar olan ümumi paylı torpaq mülkiyyətindən onlara məxsus torpaq payın müəyyən edilməsinə və naturadan ayrılmasına haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəməyə iddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə barədə ərizə ilə müraciət edərək, məhkəmədə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbi ilə müraciət etdiklərini, Onların paylarının müəyyən edildiyini, lakin naturada ayrılmadığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbin həcmini azaldılaraq, xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,69 hektar olan torpaq sahəsində iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 4/9, 1/9 və 1/9 paylar birlikdə nəzərə alınmaqla naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı3 (eyni zamanda digər iddiaçıların nümayəndəsi) izahatında iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, onlara JN-34 nönrəli topağa yaxın hissədən paylarının müəyyən edilməklə verilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında ona JN-32 nönrəli topağa yaxın hissədən payının müəyyən edilməklə verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 1,69 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 1/9 hissəsində Cavabdeh3, 4/9 hissəsində İddiaçı3, 1/9 hissəsində İddiaçı1, 1/9 hissəsində X1, 1/9 hissəsində Cavabdeh1 və 1/9 hissəsində Cavabdeh2 payları olmaqla xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 14 may 2024-cü il tarixdə verilmiş 3-21-3-35/2-1967/2024 nömrəli mütəxəsis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** saylı Çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.69 hektar torpaq sahəsini paylı mülkiyyətçilərin paylarına mütənasib onların arasında naturada bölünməsi mümkündür. xx.xx.2023-cü il tarixli, ********** saylı Çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.69 hektar torpaq sahəsini paylı mülkiyyətçilərin paylarına mütənasib iddiaçılar İddiaçı3, İddiaçı1, X1 payları birlikdə nəzərə alınmaqla tərəflərin razılığı əsasında naturada bölünməsi mümkündür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 10/6039 nömrəli ekpsert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X3, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,69 hektar torpaq sahəsini paylı mülkiyyətçilərin paylarına mütənasib onların arasında naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərindəolan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,69 hektar torpaq sahəsini paylı mülkiyyətçilərin paylarına mütənasib iddiaçılar İddiaçı3, İddiaçı1 və X1 payları birlikdə nəzərə alınmaqla naturada bölünməsi mümkündür. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-35/2-4401/2024 nömrəli məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, ********** saylı Çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.69 hektar torpaq sahəsini paylı mülkiyyətçilərin paylarına mütənasib olan arasında naturada bölünməsi sxemini, eyni zamanda həmin torpaq sahəsinin paylı mülkiyyətçilərin paylarına mütənasib iddiaçılar İddiaçı3, X4 və X1 payları birlikdə nəzərə alınmaqla naturada bölünməsi mümkündür. Həmin məlumata əlavə edilmiş sxemdə Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,69 hektar olan torpaq sahəsində iddiaçılara bölünəcək hissə 1,126 ha (iddiaçılara aid olan hissə qonşuluqdakı JN-34 saylı torpağa yaxın olan sxem əsas götürülərək) hissə, cavabdehlərə bölünəcək hissə 0,564 ha (cavabdehlərə aid olan hissə isə qonşuluqdakı JN-32 saylı torpaqlara yaxın olan sxem əsas götürülərək) hissədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 1,69 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 1/9 hissəsində Cavabdeh3, 4/9 hissəsində İddiaçı3, 1/9 hissəsində İddiaçı1, 1/9 hissəsində X1, 1/9 hissəsində Cavabdeh1 və 1/9 hissəsində Cavabdeh2 payları olmaqla xüsusi mülkiyyətindədir. Hazırda iddiaçılar onların payların naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsisləri və eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 10/6039 nömrəli ekpsert rəyinə əsasən paylı mülkiyyətçilərin paylarına mütənasib, həmçinin 1,69 hektar torpaq sahəsini paylı mülkiyyətçilərin paylarına mütənasib iddiaçılar İddiaçı3, İddiaçı1 və X1 payları birlikdə nəzərə alınmaqla naturada bölünməsi mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,69 hektar olan torpaq sahəsində iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 4/9, 1/9 və 1/9 paylar birlikdə nəzərə alınmaqla, cəmi 6/9 hissə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş sxemdə qeyd olunan qaydada (iddiaçılara aid olan hissə qonşuluqdakı JN-34, cavabdehlərə aid olan hissə isə qonşuluqdakı JN-32 saylı torpaqlara yaxın olan sxem əsas götürülərək) naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən Cavabdeh3, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,69 hektar olan torpaq sahəsində iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 4/9, 1/9 və 1/9 paylar birlikdə nəzərə alınmaqla, cəmi 6/9 hissə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş sxemdə qeyd olunan qaydada (iddiaçılara aid olan hissə qonşuluqdakı JN-34, cavabdehlərə aid olan hissə isə qonşuluqdakı JN-32 saylı torpaqlara yaxın olan sxem əsas götürülərək) naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-64/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-64/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver