Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-67/2024 27.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı1 (həmçinin İddiaçı2 qanuni nümayəndəsi), onun vəkilləri və nümayəndələri Vəkil1, Vəkil3, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara və cavabdehə məxsus olan 0,1221 ha torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olması faktı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat, **********599-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə təsdiqlənir.Cavabdehlə ümumi mülkiyyətlərində olan torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına aldırdıqdan sonra ondan öz istəklərinə uyğun olaraq istifadə edə bilmədiyiklərindən onun naturada ayrılmasına zərurət yarandı və iddiacılar cavabdehə müraciət edərək torpaq sahəsini mülkiyyətçilərin sayına görə könüllülük əsasında öz aralarında bölməyi təklif etdilər.Cavabdeh öncədən buna razılıq verdiyindən onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 nömrəli Yevlax Ərazi idarəsinə müraciət etdi və xidmət haqqı ödəyərək bölgü planı tərtib etdirdi. Lakin bundan sonra cavabdeh vədindən dönərək bu sənədi imzalamaqdan imtina etdi.Bundan sonra dəfələrlə yeni bölgü planı tərtib etdirərək Notariat qaydada onu təsdiqlədib hər birinin adına Çıxarış almağı ona təklif etsə də, məsələ ilə bağlı cavabdehlə ümumi razılığa gələ bilməmişlər.Göstərilənlərə əsasən ərizə qəbul edilərək baxılmasını və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022 - ci il tarixli ********** qeydiyyat nömrəli **********599-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçılar və Cavabdeh ümumi paylı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,1221 ha torpaq sahəsinin mülkiyyətçilərin paylarına mütənasib olaraq bölüşdürülməsi və iddiaçılara düşən payın naturada ayrılması haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1, onun vəkilləri və nümayəndələri Vəkil1, Vəkil3 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində qeyd edilənlərin əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,1031 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 65,8 kv.m olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinin 3/6 hissəsində Cavabdeh, yaşayış evinin ümumi sahəsinin 1/3 hissəsi və torpaq sahəsinin 2/6 hissəsi İddiaçı2, yaşayış evinin ümumi sahəsinin 2/3 hissəsi, torpaq sahəsinin 1/6 hissəsi İddiaçı1 payları vardır. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9682 nömrəli ekpsert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1221 hektar torpaq sahəsinin iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 1/6 və 2/6 paylar nəzərə alınmaqla, cəmi 3/6 hissəsinin və fərdi yaşayış evinin iddiaçıların hər birinə çatası ayrıayrılıqda 2/3 və 1/3 payların olduğu nnəzərə alınmaqla, cəmi birlikdə tam olaraq təcrid şəkildə tərəflər üçün ayrı-ayrılıqda giriş-çıxış qapısı açılmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin paylı mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 3/6 hissəsində Cavabdeh, yaşayış evinin ümumi sahəsinin 1/3 hissəsi və torpaq sahəsinin 2/6 hissəsi İddiaçı2, yaşayış evinin ümumi sahəsinin 2/3 hissəsi, torpaq sahəsinin 1/6 hissəsi İddiaçı1 payları vardır. Hazırda iddiaçılar onların payların naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekpsert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1221 hektar torpaq sahəsinin iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 1/6 və 2/6 paylar nəzərə alınmaqla, cəmi 3/6 hissəsinin və fərdi yaşayış evinin iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 2/3 və 1/3 payların olduğu nəzərə alınmaqla, cəmi birlikdə tam olaraq təcrid şəkildə tərəflər üçün ayrı-ayrılıqda giriş-çıxış qapısı açılmaqla naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Həmçinin, cavabdeh tərəfin ekspert rəyinin 2 il əvvəl başqa mütəxəssis tərəfindən verilmiş ölçü işləri əsasında aparılması ilə bağlı etirazına dair məhkəmə qeyd edir ki, ekspert həmin əraziyə baxış keçirmiş, ölçü işləri aparmış və başqa mütəxəssis tərəfindən aparılmış ölçü işləri ilə razılaşaraq öz rəyində həmin ölçüləri əsas götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,1221 hektar torpaq sahəsi iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 1/6 və 2/6 paylar nəzərə alınmaqla, cəmi 3/6 hissəsi iddiaçılara aid edilməklə, qalan 3/6 hissədə torpaq sahəsi üzərində Cavabdeh payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/9682 nömrəli ekspert rəyində qeyd olunan qaydada və həmin rəydə istinad olunan sxemə uyğun olaraq naturada bölünməli, ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE**********00********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,1221 hektar torpaq sahəsi iddiaçıların hər birinə çatası ayrı-ayrılıqda 1/6 və 2/6 paylar nəzərə alınmaqla, cəmi 3/6 hissəsi iddiaçılara aid edilməklə, qalan 3/6 hissədə torpaq sahəsi üzərində Cavabdeh payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9682 nömrəli ekspert rəyində qeyd olunan qaydada və həmin rəydə istinad olunan sxemə uyğun olaraq naturada bölünsün. Ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-67/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-67/2024
27.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver