Məhkəmə qərarları › İş №2(014)-716/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-716/2021

30.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-716/2021 30.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X8 ilə X14 xx xxxxxx 1952ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Nikah bağlandıqdan sonra anası Cəlilova soyadını qəbul etmişdir. X1 xx xxxx 1989-cu ildə, anası X15 isə xx xxxxxx 2016-cı ildə Ağdaş rayonunun Qülbəndə kəndində vəfat etmişlər. Anasının soyadı Cəlilova, atasının adı Srac olmasına baxmayaraq, onun adına tərtib olunmuş nikah haqqında şəhadətnamədə səhvə yol verilərək soyadı, adı və ata adı “X11” kimi, ölüm haqqında şəhadətnaməsində isə soyadı, adı və atasının adı “X12” kimi göstərilmişdir. Halbuki, onun adına tərtib olunmuş xx xxxx 1964-cü il tarixli, 85 saylı vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında və adına verilmiş xx xxxx 1964-cü il tarixli AZ 686478 saylı doğum haqqında şəhadətnamədə anasının soyadı, adı və atasının adı “X15” yazılmışdır. Hazırda mərhum anasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlaka vərəsəlik işinin açılması ilə əlaqədar tələb olunan sənədləri Ağdaş Notariat ofisinə təqdim edəndə ona məlum olmuşdur ki, mərhum anasının adına tərtib olunmuş nikah haqqında şəhadətnamədə soyadı, adı və ata adı “X11”, ölüm haqqında şəhadətnaməsində isə soyadı, adı və atasının adı “X12” yazılmışdır. Anasının atası ilə evləndikdən sonra Cəlilova soyadını qəbul etməsi və atasının adının “Srac” olması ərizəyə əlavə olunmuş sənədlərlə və tərəfindən məhkəməyə dəvət olunacaq şahidlərin ifadələri ilə də təsdiq oluna bilər. O, Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının nikah və ölüm kitablarında qeydiyyatın düzgün olmamasını, həmin qeydiyyatın düzəldilməsini maraqlı şəxsdən xahiş edəndə Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli, 05/Q-24/62 saylı məktubu ilə düzəliş edilməsinə kifayət qədər əsas olmadığından (ziddiyyətli məqamlar aşkarlanarsa) məhkəməyə müraciət edilməli olduğunu bildirməklə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən Ağdaş rayonu, Qəsil kənd icra nümayəndəliyi tərəfindən mərhum X4nın xx xxxxxx 1952-ci ildə X1 ilə rəsmi nikah qeyd etdirməklə Cəlilova soyadını qəbul etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının nikah haqqında kitabında qeyd edilmiş xx xxxxxx 1952-ci il tarixli 10 saylı nikah haqqında akt qeydinin və onun xx xxxxxx 2016-cı ildə Ağdaş rayonunun Qülbəndə kəndində ölməsi haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə, maraqlı orqan tərəfindən həmin nikah və ölüm haqqında akt qeydiyyatı kitabında anasının soyadının, adının və atasının adının X15 göstərməklə qeydin düzəldilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısının oğludur. Bacısı xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. Atalarının adı Srac olmuşdur. X3 ailə qurduqdan sonra Cəlilova soyadını qəbul etmişdir. Nikah haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnaməsində səhvə yol verilərək ata adı Suran kimi yazılsa da, əslində onların atalarının adı Srac olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, o, ərizəçinin bacısıdır. Anası xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. Babasının adı Srac olmuşdur. X4 ailə qurduqdan sonra Cəlilova soyadını qəbul etmişdir. Nikah haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnaməsində səhvə yol verilərək onun ata adı Suran kimi göstərilmişdir. İş materiallarındakı Ağdaş rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş AZ № 686478 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası X10r. İş materiallarındakı Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-24/62 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, düzəliş edilməsinə kifayət qədər əsas olmadığından qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydində düzəliş edilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X7 nikah haqqında şəhadətnaməsində səhvə yol verilərək ata adı Suran kimi, ölüm haqqında şəhadətnaməsində isə soyadı Qocayeva və ata adı Suran kimi göstərilsə də, ərizəçi anasının nikah və ölüm kitablarında qeydiyyatın düzgün olmamasını, həmin qeydiyyatların düzəldilməsini məhkəmədən kənar qaydada həll edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsində göstərilir ki, məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının nikah və ölüm kitablarında qeydiyyatın düzgün olmamasını, həmin qeydiyyatların düzəldilməsini başqa qaydada təmin edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ağdaş rayonu, Qəsil kənd icra nümayəndəliyi tərəfindən X6 xx xxxxxx 1952-ci ildə X8 ilə rəsmi nikah qeyd etdirməklə Cəlilova soyadını qəbul etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının nikah haqqında kitabında qeyd edilmiş xx xxxxxx 1952-ci il tarixli 10 saylı nikah haqqında akt qeydinin və onun xx xxxxxx 2016-cı ildə Ağdaş rayonunun Qülbəndə kəndində ölməsi haqqında akt qeydində X7 adının düzgün olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayonu, Qəsil kənd icra nümayəndəliyi tərəfindən X6 xx xxxxxx 1952-ci ildə X8 ilə rəsmi nikah qeyd etdirməklə Cəlilova soyadını qəbul etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının nikah haqqında kitabında qeyd edilmiş xx xxxxxx 1952-ci il tarixli 10 saylı nikah haqqında akt qeydinin və onun xx xxxxxx 2016-cı ildə Ağdaş rayonunun Qülbəndə kəndində ölməsi haqqında akt qeydində X7 adının düzgün olmaması müəyyən edilsin. Hazırkı qətnamə qeyd olunan nikah və ölüm haqqında akt qeydiyyatları kitabında maraqlı orqan tərəfindən müvafiq olaraq nikaha daxil olan şəxsin və ölən şəxsin soyadının, adının və atasının adının X5 göstərməklə qeydlərin düzəldilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar