Məhkəmə qərarları › İş №2(014)-732/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-732/2023

15.05.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-732/2023 15.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx *964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hindistan vətəndaşı X3 ilə evlənmişdir. 25 avqust 2003-cü ildə X4 Dubay şəhərində X*0 adlı bir övladı doğulmuşdur. Dubay şəhərində yerləşən Azərbaycan Respublikası Konsulluğuna müraciət olunaraq X6 doğumu doğum haqqında akt qeydləri kitabında BƏ-309/*0 nömrə ilə qeyd edilmişdir və bu barədə AZ-İİ seriyalı 463929 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, yəni vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı aparılmışdır. Həmin doğum haqqında şəhadətnamə əsasında övladı X7 xarici pasport verilmişdir. Hal-hazırda X7 məxsus xarici pasportun qüvvədə olma müddəti bitmək üzrədir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı və vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı aparılmış Dubay şəhərində yerləşən Azərbaycan Respublikası Konsulluğunun arxivi yandığı üçün X6 doğumunun qeydiyyatı haqqında akt qeydi aşkar edilə bilmir. Bu səbəbdən də X7 məxsus xarici pasportu yenidən əldə etmək qeyri-mümkündür. Bununla bağlı həm Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etməyinə baxmayaraq, doğumunun qeydiyyatı haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədlərin olmadığı göstərilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunan doğumun qeyd edilmə faktının müəyyən edilməsi vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, X6 25 avqust 2003-cü ildə X5 Dubay Əmirliyində doğulması, doğum qeydi kitabında uşağın soyadı, adı, atasının adı “X*0”, valideynləri – “atası X3”, “anası Ərizəçi”, doğulduğu gün, ay, il və yer “25 avqust 2003-cü ildə X5 Dubay Əmirliyi” məzmununda qeyd aparılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X*4 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin qızı X*0 25 avqust 2003-cü il tarixdə X5 Dubay şəhərində anadan olmuşdur. X7 məxsus ümumvətəndaş pasportunun vaxtı bitir və hazırda ona verilmiş doğum haqqında şəhadətnamənin kötüyü aşkar edilmədiyinən, o, şəxsiyyət vəsiqəsi ala bilmir və müvafiq olaraq da ərizəçi qızının ümumvətəndaş pasportunu yenidən əldə edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 da özündən əvvəl ifadə vermiş şahid X*4 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Dubay şəhərində yerləşən Konsulluğu tərəfindən verilmiş 02 noyabr 20*0-cu il tarixli, AZ-İİ № 463929 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X*0 25 avqust 2003-cü il tarixdə X8 Dubay şəhərində anadan olmuş, atası X*6 Salam, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən X7 ünvanlanmış 7/*5-5*8/*5/22 №-li, 02.**.2022-ci il tarixli məktubdan görünür ki, səfirlikdən, eləcə də, Baş konsulluqdan daxil olmuş məlumatda arxiv sənədlərinə baxış keçirilən zaman X6 doğumunun qeydiyyatı haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq seçdikləri yer üzrə qeydiyyat şöbəsinə müraciət etməkləri tövsiyə olunmuşdur. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən X7 ünvanlanmış 3-*6-5/7-*64/2022 №-li, 2*.02.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında aktın itirilmiş qeydlərinin əvvəllər olduğunu təsdiq edən sənədlər olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızı X*0 25 avqust 2003-cü il tarixdə X5 Dubay şəhərində anadan olmuş, bu barədə doğum haqqında şəhadətnamə verilmiş, səfirlik, eləcə də, Baş konsulluq arxiv sənədlərinə X6 doğumunun qeydiyyatı haqqında akt qeydi aşkar edilməmiş, Maraqlı şəxsnə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, doğum haqqında aktın itirilmiş qeydlərinin əvvəllər olduğunu təsdiq edən sənədlər olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda həmin doğum haqqında şəhadətnamə əsasında X7 şəxsiyyət vəsiqəsi verilmir və müvafiq olaraq da o, ümumvətəndaş pasportu əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsində göstərilir ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçinin qızının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, X6 25 avqust 2003-cü il tarixdə doğulması faktı müəyyən edilməli, X6 doğulduğu yer qrafasında “X9, Dubay Əmirliyi”, ata qrafasında “X*”, ana qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. X6 25 avqust 2003-cü il tarixdə doğulması faktı müəyyən edilsin. X6 doğulduğu yer qrafasında “X9, Dubay Əmirliyi”, ata qrafasında “X*”, ana qrafasında “Ərizəçi” qeyd olunsun. Hazırkı qətnamə doğumun müvafiq qeydiyyat orqanında rəsmiləşdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar