Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-75/2024 18.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı2 mülkiyyətinə Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında ümumi sahəsi 143.6 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi torpaq sahəsini ilə İddiaçı2, İddiaçı1, İddiaçı3, X1 və Cavabdeh1 ümumi birgə mülkiyyətində 0.0303 ha torpaq sahəsi vardır. Belə ki, torpağa dair mülkiyyətçilərdən xx.xx.1991-ci il tarixdə anadan olmuş X3 atası İddiaçı2, anası isə İddiaçı1dır. Rufan xx.xx.2007-ci il tarixdə Orqanizmin intoksikasiyası xəstəliyindən ölmüşdür. Bundan başqa digər mülkiyyətçi Cavabdeh1dır. Leyli həmdə İddiaçı2 ana babasının ikincı arvadı olmuşdur. Leyli xx.xx.1968-ci il tarixdə X2 ilə nikah bağlayaraq evlənmişlər. Onların birgə nikahından uşaqları olmamışdır. Hazırda həmin torpaq sahəsindən iddiaçılara çatası payın ayrılaraq müəyyən edilməsi və naturada ayrılması zərurəti yaranmışdır. Buna görə də məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı2 mülkiyyətinə Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında ümumi sahəsi 143.6 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi torpaq sahəsini ilə İddiaçı2, İddiaçı1, İddiaçı3, X1 və Cavabdeh1 ümumi birgə mülkiyyətində 0,0303 ha torpaq sahəsi vardır. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydə alınmışdır. İşin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə anadan olmuş, atası İddiaçı2, anası isə İddiaçı1dır. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X3 xx.xx.2007-ci il tarixdə Orqanizmin intoksikasiyası xəstəliyindən ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2820 nömrəli ekpsert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı2 və qeyrilərinə məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən ********** nömrəli çıxarışa əsasən birgə mülkiyyətə verilmiş 0,0303 ha torpaq sahəsinin birgə mülkiyyətçilərin payları bərabər nəzərə alınmaqla onların arasında naturada bölünməsi mümkündür. qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı2 və qeyrilərinə məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən ********** nömrəli çıxarışa əsasən birgə mülkiyyətə verilmiş 0,0303 ha torpaq sahəsinin birgə mülkiyyətçilərin payları bərabər şəkildə və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payları birlikdə nəzərə alınmaqla naturada bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı2 mülkiyyətinə Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında ümumi sahəsi 143.6 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi torpaq sahəsini ilə İddiaçı2, İddiaçı1, İddiaçı3, X1 və Cavabdeh1 ümumi birgə mülkiyyətində 0.0303 ha torpaq sahəsi vardır. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydə alınmışdır. Hazırda iddiaçılar onların payların müəyyən edilməsi və naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2820 nömrəli ekpsert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı2 və qeyrilərinə məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən ********** nömrəli çıxarışa əsasən birgə mülkiyyətə verilmiş 0,0303 ha torpaq sahəsinin birgə mülkiyyətçilərin payları bərabər nəzərə alınmaqla onların arasında naturada bölünməsi mümkündür. qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı2 və qeyrilərinə məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən ********** nömrəli çıxarışa əsasən birgə mülkiyyətə verilmiş 0,0303 ha torpaq sahəsinin birgə mülkiyyətçilərin payları bərabər şəkildə və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payları birlikdə nəzərə alınmaqla naturada bölünməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və Cavabdeh1 paylı mülkiyyətlərində olan Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən 0,0303 ha torpaq sahəsindən mülkiyyətçilərin hər birinin 1/5 hissədə payı müəyyən edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və Cavabdeh1 paylı mülkiyyətlərində olan Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən 0,0303 ha torpaq sahəsi mülkiyyətçilərin payları bərabər şəkildə və İddiaçı1, İddiaçı2, X3 və İddiaçı3 payları birlikdə nəzərə alınmaqla və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 383/2024 saylı məktuba əlavə edilmiş rəyində qeyd olunan qaydada və həmin rəydə istinad olunan sxemə uyğun olaraq naturada bölünməli, Cavabdeh1 aid hissədə iş üzrə icraata xitam verilməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və Cavabdeh1 paylı mülkiyyətlərində olan Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən 0,0303 ha torpaq sahəsindən mülkiyyətçilərin hər birinin 1/5 hissədə payı müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və Cavabdeh1 paylı mülkiyyətlərində olan Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8-ci dalan, ev 12a, yeni qaydalara əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən 0,0303 ha torpaq sahəsi mülkiyyətçilərin payları bərabər şəkildə və İddiaçı1, İddiaçı2, X3 və İddiaçı3 payları birlikdə nəzərə alınmaqla və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-383/2024 saylı məktuba əlavə edilmiş rəyində qeyd olunan qaydada və həmin rəydə istinad olunan sxemə uyğun olaraq naturada bölünsün. İddia tələbinin Cavabdeh1 aid hissədə Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(014)-75/2024 saylı qərardadı ilə iş üzə icraata xitam verilməsi nəzərə alınsın. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-75/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-75/2024
18.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver