Məhkəmə qərarları › İş №2(014)-859/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-859/2021

27.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-859/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dаir işə Ağdaş rаyоn məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Şəmsabad kənd icra nümayəndəliyi tərəfindən onun, yəni Ərizəçi xx.xx.1958-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmasına dair vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeyd edilmiş 10 dekabr 1958-ci il tarixli 142 saylı doğum haqqında akt qeydinin, valideynlərinin 12 sentyabr 1978-ci ildə nikaha daxil olmasına dair Ağdaş rayon, Xosrov kənd icra nümayəndəliyi tərəfindən 12 sentyabr 1978-ci il tarixli 12 saylı nikahın bağlanması haqqında akt qeydinin və atasının 12 avqust 2020-ci ildə Ağdaş rayonun Aral Bir kəndində ölmasinə dair Maraqlı şəxs Şöbəsi tərəfindən aparılmış 12 avqust 2020-ci il tarixli 417 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə, maraqlı orqan tərəfindən doğum, nikah və ölüm haqqında akrt qeydiyyatları kitablarında onun atasının adının Salih göstərməklə qeydin düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 22 iyun 1994-cu il tarixli 190 nömrəli doğum aktının təsdiq edilmiş surətində göstərilir ki, Ərizəçi atasının adı Salih, atasının atası yəni babasının adı Hüseynov Hümbət qeyd edilmişdir. Göründüyü kimi ərizəçi ilk öncə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Eyni Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisəyə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Belə olan halda ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalı, ərizəçiyə ilk öncə müvafiq icra hakimiyyətinə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 170.1, 261.0.1, 262- 265-ci maddələrini tutaraq, QƏRAR VERDİ: Ərizəçi Maraqlı şəxs Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs şöbəsinə müraciət etsin. Qərardaddan rəsmi qaydada tərəflərə təqdim edildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar