Məhkəmə qərarları › İş №2(014)-876/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-876/2024

01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-876/2024 01.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinə 1/4 hissədə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinə 1/4 hissədə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətində olan ümumi birgə mülkiyyətində Ağdaş rayonu Qolqəti kəndində yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinə dair mülkiyyətçilər olan atası X3 və anası X4 ölmüşlər. Həmin hal hazırda cavabdehlə araların narazıçılıq olduğundan həmin torpaq sahəsindən onun payına düşən hissəsini istifadə edə bilmir. Cavabdehin əməlindən onun mülkiyyət hüququ pozulmuşdur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Hesab edir ki, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətində olan ümumi birgə mülkiyyətində Ağdaş rayonu Qolqəti kəndində yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/4 hissədə payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu Qolqəti kəndində yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinın mülkiyyətçilərə münasibətdə 1/4 hissədə payı müəyyən edilməsi xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, mülkiyyətçilərin paylarının müəyyən edilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxsin nümyəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümyəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan JN 0028 seriya nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətində olan ümumi birgə mülkiyyətində Ağdaş rayonu Qolqəti kəndində yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16- 5/8-69-A-803/2024 saylı arayişdən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Beynə qan sızma nəticəsində ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16- 5/8-69-A-803/2024 saylı arayişdən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Beynə qan sızma nəticəsində ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə JN 0028 seriya nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı tərəfindən paylarına düşən hissənin müəyyən edilməsini tələb edir, cavabdeh isə payların müəyyən edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə JN 0028 seriya nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/4 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh, İbrahimova (Abdullayeva) Könül Nuru qızının, X2, X1 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu Aqrar İslahat komitəsinin xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə JN 0028 seriya nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən 3.52 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/4 hissədə payları müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar