Məhkəmə qərarları › İş №2(015)-1038/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1038/2023

22.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1038/2023 22.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə 0.2 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9003.2 manat, işsizlikdən sığorta fonduna olan 18.33 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Ağstafa rayon Xətai Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli ərizəsində göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi olan Ağstafa rayon Kolxəlfəli Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 0.2 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9003.2 manat, işsizlikdən sığorta fonduna olan 18.33 manat olmaqla, ümumilikdə 9021.37 manat borcu vardır. Yaranmış borc məbləğini 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixli **********460700, xx.xx.2021ci il tarixli **********583800, xx.xx.2020-ci il tarixli **********324800 nömrəli bildirişlər göndərilimiş lakin vergi ödəyicisi yaranmış borc məbləğöini ödəməmişdir. Hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 9021.37 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanın rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx xxxx 1976-cı il, doğulduğu yer Qazax rayonu, Kolxələfli kəndi, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə qeyd edilən normaların tələbindən çıxış edərək hazırkı ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olumalıdır. Qeyd olunur ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Ağstafa rayon Kolxəlfəli Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 0.2 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9003.2 manat, işsizlikdən sığorta fonduna olan 18.33 manat olmaqla, ümumilikdə 9021.37 manat borcu vardır.Yaranmış vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2014-cü il tarixli **********460700, xx.xx.2021-ci il tarixli **********583800, xx.xx.2020ci il tarixli **********324800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin hazırkı ərizə ilə məhkəmə qarşısında çıxış etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.. Həmin Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi olan Ağstafa rayon Kolxəlfəli Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 0.2 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9003.2 manat, işsizlikdən sığorta fonduna olan 18.33 manat olmaqla, ümumilikdə 9021.37 manat məbləğində vergi borcunun yaranması, yaranmış vergi borcunun dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilməsi, lakin vergi ödəyəcisinin yaranmış borc məbləğini ödəməməsi, alınmış reyestr məlumatlarına əsasən, bələdiyyə sədrinin Maraqlı şəxs olması sübuta yetirildiyindən, ərizə təmin olunmalı, Ağstafa rayon Kolxəlfəli Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 0.2 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9003.2 manat, işsizlikdən sığorta fonduna olan 18.33 manat olmaqla, ümumilikdə 9.021,37 manat manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Ağstafa rayonu Kolxəlfəli kəndində yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə mindiyindən və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmadığından hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 355-5-355- 7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ağstafa rayon Kolxəlfəli Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 0.2 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9003.2 manat, işsizlikdən sığorta fonduna olan 18.33 manat olmaqla, ümumilikdə 9021.37 (doqquz min iyirmi bir manat otuz yeddi qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Ağstafa rayonu Kolxəlfəli kəndində yaşayan, xx xxxx 1976-cı il təvəllüdlü, Fin nömrəsi-xxxxxxx olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar