Məhkəmə qərarları › İş №2(015)-194/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-194/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-194/2023 05.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi iştirakı ilə, İddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 Əbdüləli oğluna və Cavabdeh2 qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 atası Cavabdeh1 Əbdüləli oğlu və nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 5000 manat məbləğində vəsaitin, 70 manat dövlət rüsumunun 0,40 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, ** EF *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "PAŞA Sığorta ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X6 vəfat etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Tərtər Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmış və təqsirkar yetkinlik yaşına çatmayan X2 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunmuşdur. "xxxx" ASC-nin "Sığorta akt əlarına əsasən yol-nəqliyyat nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsini idarə edən oğlu yetkinlik yaşına çatmayan X4 təqsirli bilindiyi üçün 5000 manat sığorta ödənişi etibarnamə əsasında X3 şəxsi hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Tərəflər məhkəmə baxış iclasında iştirak etməmişlər. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 ərizə göndərərək işə onların iştrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş matriallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materaillarında olan xx.xx.2019-cu il tarixdə PPA********** nömrəli icbari siğorta müqaviləsinə ** EF *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində xx.xx.2021-ci il tarixənədək "PAŞA Sığorta ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli siğorta aktına əsasən 5000 manat sığorta ödənişi etibarnamə əsasında X3 şəxsi hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X1 hadisəsi olduğu üçün siğorta kompensasiya ödənişnə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 133-12894-1221 saylı arayışdan görünür ki, 11 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Ağstafa rayon ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli cinayət işinin icraata xitam verilməsi haqqında qərardan görünür ki, Ağstafa RPŞ-nin İstintaq Bölməsi tərəfindən Azərbayacan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən X2 barəsində (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etmətyə imkan verən yaş həddinə çatmadıqda) Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, ** EF *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin sahibi PPA********** nömrəli icbari siğorta müqaviləsi üzrə həmin avtomobili 11 ay 24 gün müddətinə Cavabdeh1 Əbdüləli oğluna etibar etmişdir. Göründüyü kimi, ** EF *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "PAŞA Sığorta ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X7 vəfat etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Ağstafa RPŞ-nin İstintaq Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmış və təqsirkar yetkinlik yaşına atmayan X2 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunmuşdur. Paşa Sığorta ASC-nin "Sığorta akt əlarına əsasən yol-nəqliyyat nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsini idarə edən oğlu yetkinlik yaşına çatmayan X4 təqsirli bilindiyi üçün 5000 manat sığorta ödənişi etibarnamə əsasında X3 şəxsi hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 29.3-cü maddəsinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Göründüyü kimi sığorta hadisəsi xx.xx.2020-ci il tarixində törədilmiş, həmin hadisə isə xx.xx.2009-cu il təvəllüdlü 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan X4 tərəfindən törədilmişdir. Bu səbəbdən onun valideyni olan iş üzrə Cavabdeh1 Əbdüləli oğlu uşağının vurduğu ziyana görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymişzərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi ** EF *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 PPA********** nömrəli icbari siğorta müqaviləsi üzrə həmin avtomobili 11 ay 24 gün müddətinə Cavabdeh1 Əbdüləli oğluna etibar etmiş, həmin avtomobil onun sahibliyindən hüquqa zidd olmadan çıxmışdır. Bu səbəbdən Cavabdeh2 həmin avtomobilin vurduğu zərər üçün məsuliyyət daşımır. Ona görə də iddia ona aid hissədə təmin oluna bilməz. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3- cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddiatəmin edilməli, Cavabdeh1 Əbdüləli oğlundan 5.000 (beş min) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh1 Əbdüləli oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MM-nin 216-220, 227,maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən tələbi təmin edilsin. Cavabdeh1 Əbdüləli oğlundan 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh1 Əbdüləli oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar