Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-301/2023 08.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1.800 manat məbləğində maddi zərərin, mənəvi zərərə görə 200 manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 40 mant dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “Great wall” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Bakı-Quba yolunun 8-ci kilometrində qəza törədərək ona məxsus “Mersedes Benz 200” markalı ** XP *** dövlət nömrə nişanlı avtomobilə xeyli maddi ziyan dəymişdir. Ekologiya Yol patrul xidmətinin inspektorunun xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qəza zamanı “Mersedes Benz 200” markalı ** XP *** dövlət nömrə nişanlı avtomobilin bir sıra hissəsinə 1.800 manat məbləğində maddi zərər dəymişdir. Dəfələrlə cavabdehdən maddi ziyanı ödəməsini tələb etsə də cavabdeh maddi ziyanı ödəməkədən imtina etmişdir. Cavabdehin təqsiri üzündən o, cox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən mənəvi zərərə məruz qalmışdır. İdarə etdiyi nəqliyyat vasitəsinin vurulması ilə bağlı maddi zərərə düşməsi onun şüuruna mənfi psixoloji təsir etmiş və sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 200 manat məbləğində dəyərləndirir. Ona görə də Cavabdeh 1.800 manat məbləğində maddi zərərin, mənəvi zərərə görə 200 manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 40 mant dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (MPM-nin) 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AC645303 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətindən görünür ki, “Mersedes Benz 200” markalı 10XP120 dövlət nömrə nişanlı avtomobil X1 məxsus olmaqla sonuncu həmin avtomobilin barəsində bütün hüquqları 01 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Ekologiya Yol patrul xidmətinin inspektorunun xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və izahatların surətindən görünür ki, Cavabdeh “Great wall” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Bakı-Quba yolunun 8-ci kilometrində qəza törədərək faktiki olaraq İddiaçı məxsus “Mersedes Benz 200” markalı ** XP *** dövlət nömrə nişanlı avtomobilə xeyli maddi ziyan dəymişdir. Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, Mersedes Benz 200” markalı ** XP *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobilə 2.110 manat maddi ziyan dəyməsi müəyyən olunmuşdur. İddiaçı maşınına 2.110 manat maddi ziyanın dəyməsinə baxmayaraq bu ziyanın 1.800 (bir min səkkiz yüz) manatlıq hissəsini tələb etdiyindən və iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət etmədiyindən məhkəmə iddianı bu hissədə təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 21.1-ci və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək uçun çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa duşulur. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakilar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi Cavabdeh “Great wall” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətməsi, həmin yol nəqliyyat hadisəsi cavabdehin təqsiri ucbatından baş verməsi və bunun nəticəsində iddiaçıya 2.110 manat ziyan dəyməsi, həmin ziyanlıqdan 1.800 manat tələb edilməsi, cavabdehin iddiaçıya dəymiş ziyanı ödəməməsi, iddiaçının izahatı və iş materialları ilə öz təsdiqini tapdığından iddia həmin hissədə əsaslıdır təmin edilməli, Cavabdeh oğlundan 1.800 (min səkkiz yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə almması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 2-ci bəndinin 3-cü hissəsində nəzərdə tutulur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının normal ictimai həyat tərzindən məhrum olması, bir müddət öz şəxsi avtomobilindən istifadə etməməsi nəticəsində həmin hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması öz təsdiqini tapdığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də təmin olunmalı, mənəvi zərərə görə Cavabdeh 200 (iki yüz) manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsi əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu da Cavabdeh alınaraq İddiaçı verilməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Maddi zərərin əvəzi olaraq 1.800 (bir min səkkiz yüz) manat və mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 40 (qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-301/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-301/2023
08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver