Məhkəmə qərarları › İş №2(015)-305/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-305/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-305/2023 08.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh onların xeyrinə 1200 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, tanışı digər İddiaçı2 2022-ci ilin aprel ayında ona yaxınlaşaraq onun tanışı olan Ağstafa Rayon Köçəsgər kənd sakini hazırda cavabdeh olan Cavabdeh heyvan al-veri etmək məqsədi 1.200 (min iki yüz) manat borc pul istəmişdir. Bundan sonra Tehranla əlaqə saxlamış, Tehran isə qonşusunda iri buynuzlu mal-qara (dana) olmasın, onu alıb satacağını və gəlir əldə etdikdən sonra onların pulunu qaytaracağını bidirmişdir. Bu zaman onlar Tehrana pulun 400 manatını tanışı Pərvizin Tovuz şəhərində yerləşən mağazasında götürməsini, qalan 800 manatı isə səhərisi gün özləri verəcıklərini bildirmişlər. Bundan sonra Tehran 400 manatı tanışları Pərvizin mağazasında götürmüş, 800 manatı isə özləri vermişlər. Sonradan Pərvizin 400 manatını qaytarmışlar. Tehrana umumilikdə 1.200 manat pul versələr də cavabdeh həmin pulu qaytarmamışdır. Bundan sonra onlar dəfələrlə cavabdehdən pulullarını tələb etsələrdə caavabdeh müxtəlif bəhanələr gətirərək, borcu qaytarmaqdan imtina etmişdir. Bunula bağlı polis şöbəsinə də müraciət etsələr də onlara məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 da digər İddiaçı1 qeyd etdiklərini təsdiq edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, o, iri buynuzlu heyvan almaq üçün İddiaçı2 1.200 manat borc pul istəmişdir. Nazim pulu olmadığını və 10 fazilə sələm götürə biləcəyini bildirdi. O, Nazimdən 1.200 manat pul almışdır. Sonradan həmin 1.200 manat pulu və əlavə olaraq 70 manat pulu Nazimə qaytarmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh qəssablıqla məşğuldur. O, İddiaçı2 tanışdır. 2022-ci ilin aprel ayında cavabdeh İddiaçı2 iri buynuzlu mal-qara alıb kəsib satmaq üçün 1.200 manat pul istəmiş, İddiaçı2 tanış olan digər iddiaçı ilə birlikdə 1.200 manat pul əldə edərək iddiaçıya vermişlər. Bu hal mübahisəsidir, məhkəmə iclasında iştirak etmiş cavabdeh də həmin halları təsdiq edir. Lakin cavabdeh iddiaçılardan aldığı pulu qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçılar məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh iddiaçılardan aldığı pulu qaytarmasını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş üzrə Cavabdeh da məhkəmə iclasında iddiaçılardan aldığı pulları qaytarmasına dair heç bir sübutunun olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə görə isə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 1.200 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 1200 manat pul tutularaq İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən olunmuş 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar