Məhkəmə qərarları › İş №2(015)-331/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-331/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-331/2023 11.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2123 manat vurulmuş zərərin və 41,23 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh1 tərəfindən idarə olunan ** MC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı avtonəqliyyat vasitəsi Bakı-Qazax yolunun 462-ci kmdə "xxxx" ASC tərəfindən sığorta olunmuş ** PK *** dövlət qeydiyyat nişanlı “Jeep Chreokee” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Ağstafa RPŞ-nin DYPB-nə göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Jeep Cherokee” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 7373 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 7123 manat olmuşdur. İddiaçı 7123 manat məbləği, “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-nə ödəmişdir. Cavabdeh1 idarə etdiyi “Mercedes Benz E270” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nə 5000 manat sığorta ödənişi edilmişdir. Həmçinin “Mercedes Benz E270” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam vermək hüququ Cavabdeh2 verildiyindən, iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı yaranır. Beləliklə, sürücü Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2123 manat məbləğində vurulmuş zərər subroqasiya hüququ qaydasında tutulmalıdır. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 2019-cu il oktyabrın 18-də Cavabdeh2 məxsus “MERSEDES BENZ E270” markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman Bakı-Qazax yolunun 462-ci km-də Ağstafa rayonu ərazisində "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamış “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “JEEP CHEROKEE” markalı, **-PK- *** dövlət nömrə nişanlı avtomobilə 7123 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 7123 manat olmuşdur. İddiaçı 7123 manat məbləği “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödəmişdir. "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən xx.xx.22020-ci il tarixdə İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. O, AVTOLUX AZƏRBAYCAN MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktı ilə razı deyil. O, sığortalamış “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərəri görmüş və həmin zərər "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına uyğun gəlmir. Eyni zamanda hadisə zamanı həmin avtomobili idarə edərkən avtomobilin sahibi Cavabdeh2 da avtomobildə olmuş və o, avtomobili sahibinin yanında idarə etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 2019-cu il oktyabrın 18-də Cavabdeh1 idarə etdiyi “MERSEDES BENZ E270” markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 462-ci km-də Ağstafa rayonu ərazisində "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamış “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilə 7123 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 7123 manat olmuşdur. İddiaçı 7123 manat məbləği “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödəmişdir. "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən xx.xx.22020-ci il tarixdə İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. O, sığortalamış “JEEP CHEROKEE” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərəri görmüş və həmin zərər "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına uyğun gəlmir. Eyni zamanda hadisə zamanı Cavabdeh1 həmin avtomobili idarə edərkən o da avtomobildə olmuş və avtomobil sahibinin yanında idarə edilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı "xxxx" ASC-nə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində Cavabdeh1 tərəfindən idarə olunan ** MC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı avtonəqliyyat vasitəsi Bakı-Qazax yolunun 462-ci km-də "xxxx" ASC tərəfindən sığorta olunmuş ** PK *** dövlət qeydiyyat nişanlı “Jeep Chreokee” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Ağstafa RPŞ-nin DYPB-nə göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Jeep Cherokee” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 7373 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 7123 manat olmuşdur. İddiaçı 7123 manat məbləği, “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-nə ödəmişdir. Cavabdeh1 idarə etdiyi “Mercedes Benz E270” markalı, **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nə 5000 manat sığorta ödənişi edilmişdir. Eyni zamanda hadisə zamanı Cavabdeh1 həmin avtomobili idarə edərkən Cavabdeh2 avtomobildə olmuş və avtomobil sahibinin yanında idarə edilmişdir. Qeyd olunur ki, qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni zamanda yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5- ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Göründüyü kimi xx.xx.2019-cu il tarixində Cavabdeh1 tərəfindən idarə olunan ** MC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC tərəfindən sığorta olunmuş ** PK *** dövlət qeydiyyat nişanlı “Jeep Chreokee” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Jeep Cherokee” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 7373 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 7123 manat olmuşdur. İddiaçı 7123 manat məbləği, “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-nə ödəmişdir. Cavabdeh1 idarə etdiyi “Mercedes Benz E270” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nə 5000 manat sığorta ödənişi etmişdir. İddiaçının məhkəmə qaydasında 2123 manat məbləğində vurulmuş zərərin subroqasiya ödənilməsi hüququ yaranmışdır. Məhkəmə həmin zərərin hansı şəxsdən tutulmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hadisə zamanı Cavabdeh1 həmin avtomobili idarə edərkən Cavabdeh2 avtomobildə olmuş və avtomobil sahibinin yanında idarə edilmişdir. Avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən idarə edilmişdir. Hadisəni törədən sürücü Cavabdeh1 barəsində də nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə DYP əməkdaşları tərəfindən inzibati protokol tərtib edilməmişdir. Cavabdeh2 məxsus avtomobil onun sahibliyindən hüquqa zidd olmadan çıxmışdır. Bu səbəbdən Cavabdeh2 həmin avtomobilin vurduğu zərər üçün məsuliyyət daşımır. Ona görə də iddia ona aid hissədə təmin oluna bilməz. Cavabdeh1 idarə etdiyi “Mercedes Benz E270” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nə 5000 manat sığorta ödənişi edilmişdir. Beləliklə, sürücü Cavabdeh1 iddiaçı qarşısında maddi məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 2123 manat məbləğində vurulmuş zərər subroqasiya hüququ qaydasında tutulmalıdır. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı təşkilatın çəkdiyi məhkəmə xərcinin əvəzi olan 41,23 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 2123 manat vurulmuş zərər və 41,23 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2164,23 manat "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 2123 manat vurulmuş zərər və 41,23 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2164,23 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar