Məhkəmə qərarları › İş №2(015)-384/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-384/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-384/2024 29.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətdə olan pay torpaq sahəsinin naturada ayrılması və faktiki istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan pay torpaq sahəsinin naturada ayrılması və faktiki istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə verərərək cavabdehlə mübahisələrini həll etdiklərindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün hər biri 100 manat olmaqla, cəmi 200 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçılar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan pay torpaq sahəsinin naturada ayrılması və faktiki istifadəyə verilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılmalı, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun 100 manatı İddiaçı1, 100 manatı isə İddiaçı2 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan pay torpaq sahəsinin naturada ayrılması və faktiki istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun 100 manatı İddiaçı1, 100 manatı isə İddiaçı2 qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar