Məhkəmə qərarları › İş №2(015)-424/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-424/2023

10.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-424/2023 10.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən iddia tələbindən imtina etdiyini, iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən, cavabdeh etiraz etmədiyindən, mülki prosossesual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməsi mümkün olduğundan İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASCnin Ağstafa filialı vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 36 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla xitam verildiyindən qaytarıldığından İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 36 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 36 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar