Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-478/2023 03.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X* Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "icra sənədi üzrə tələbin borcludan tutulmalı məbləğin hüquqi şəxsin təqsiri üzündən vaxtında icra edilməməsi və müvafiq hüquqi şəxsdən tutulması " tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı 2(0*5)-*782/20*6 saylı 23.06.20*6-ci il tarixli icra sənədinin iş materiallarına əsaslanaraq 2(0*5)-*782/20*6- saylı 23.06.20*6-ci il tarixli icra sənədi üzrə tələbin (hüquqi şəxs) Cavabdeh təqsiri üzündən vaxtında icra edilmədiyiüçün 3*.030 manat məbləğini (hüquqi şəxs) A\ğstafa Rayon İcra və Probasiya şöbəsindən tutulması və tələbkar İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə ərizə göndərərk bildirdi ki, Cavabdehnə ona görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə göndərdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini onun hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin **9.*-ci, 259-260-cı, 263-264cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı "icra sənədi üzrə tələbin borcludan tutulmalı məbləğin hüquqi şəxsin təqsiri üzündən vaxtında icra edilməməsi və müvafiq hüquqi şəxsdən tutulması" tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-478/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-478/2023
03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver