Məhkəmə qərarları › İş №2(015)-518/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-518/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-518/2023 20.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Toyota Prado" markalı, 90HF929 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli, PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Cəmiyyətdə sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2020-ci il tarixdə, saat 13:20 radələrində həmin avtomobili Bakı-Qazax yolunun 416-cı km-də idarə edərkən “VAZ 2107” markalı, 10VB837 dövlət qeydiyyat nişanlı, "Renault Megane" markalı, 99RF971 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, zəncirvari yol-nəqliyyat hadisəsi törətməklə onlara maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon Polis Şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından, İX Tağım YPX inspektoru, polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli, TP ******* saylı Qərarından görünür ki, 2020-ci ilin 14 iyul tarixində, saat 13:20 dəqiqədə Bakı-Qazax yolunun 416-cı km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC-nin verdiyi xx.xx.2020ci il tarixli Qüsur aktına əsasən, “Vaz 2107” markalı, 10VB837 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.790 manat, “Renault Megane” markalı, 99RF971 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.930 manat, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.460 manat, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 960 manat, “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 390 manat qiymətləndirilmişdir. Hadisə nəticəsində bütün zərərçəkmiş şəxslərə dəymiş zərər məbləği cəmi 6.350 manat təşkil etdiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə əsasən zərər məbləği zərərçəkənlər arasında mütənasib bölünməklə cəmi 5.000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən onlara ödənilmişdir. Cavabdehə bu barədə xx.xx.2021-ci il tarixli, 21/739 saylı Pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərarından görünür ki, Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2020-ci il tarixdə, saat 13:20 radələrində həmin avtomobili Bakı-Qazax yolunun 416-cı km-də idarə edərkən “VAZ 2107” markalı, 10VB837 dövlət qeydiyyat nişanlı, "Renault Megane" markalı, 99RF971 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, zəncirvari yol-nəqliyyat hadisəsi törətməklə onlara maddi zərər vurmuşdur.və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli Qüsur aktlarına əsasən, “Vaz 2107” markalı, 10 VB837 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1790 manat, “Renault Megane” markalı, 99RF971 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1930 manat, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1460 manat, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 960 manat, “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 390 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş , İ-462/20 №-li sığorta ödənişinə dair aktından görünür ki, 5000 manat məbləğində sığorta ödənişi xx.xx.2020-ci il tarixli, İ-461/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********5 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-462/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********6 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-463/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********7 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-464/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********1 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-465/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********8 saylı ödəniş tapşırıqlarında öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 5.000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar