Məhkəmə qərarları › İş №2(015)-543/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-543/2023

26.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-543/2023 26.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX X2 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 adına DƏDRX X2 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə barışdığından iddia tələbindən imtina etdiyini, iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 bildirdi ki, iddiaçı ilə barışmışlar ona görə də iddiaçının iddiadan imtinasının qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 bildirdi ki, iddiaçı ilə barışmışlar ona görə də iddiaçının iddiadan imtinasının qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX X2 15 Saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin ödəmə terminalı olan K0100965 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 5858 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən, cavabdehlər etiraz etmədiyindən, mülki prosessesual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməsi mümkün olduğundan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX X2 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iş üzrə icraata xitam verilməli, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0100965 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 5858 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114, 261, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX X2 15 Saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0100965 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 5858 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar