Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-568/2023 19.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə 79,76 manat məbləğində, Dövlət Sosial Fonduna olan 16225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Ağstafa rayon Xətai Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli ərizəsində göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi olan Ağstafa rayon Xətai Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 79,76 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 79,76 manat), Dövlət Sosial Müdafiə Fonduna olan 16225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat olmaqla, ümumilikdə 16817,2 manat borcu vardır. Yaranmış borc məbləğini 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********101800, xx.xx.2023-cü il tarixli **********470000, xx.xx.2023-cü il tarixli **********145200, xx.xx.2023-cü il tarixli **********375400 nömrəli bildirişlər göndərilimiş lakin vergi ödəyicisi yaranmış borc məbləğöini ödəməmişdir. Hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 79,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 16225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanın rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx xxxxxxx 1979-cu il, doğulduğu yer Qazax rayonu dağ kəsəmən kəndi, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə qeyd edilən normaların tələbindən çıxış edərək hazırkı ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olumalıdır. Qeyd olunur ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Ağstafa rayon Xətai Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 79,76 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 79,76 manat), Dövlət Sosial Müdafiə Fonduna olan 16225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat olmaqla, ümumilikdə 16817,2 manat borcu vardır.Yaranmış vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli **********101800, xx.xx.2023-cü il tarixli **********470000, xx.xx.2023-cü il tarixli **********145200, xx.xx.2023-cü il tarixli **********375400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Ağstafa şəhəri H.Arif küçəsi ev 1, mənzil 3 üvanında yaşayır. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin hazırkı ərizə ilə məhkəmə qarşısında çıxış etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.. Həmin Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi olan Ağstafa rayon Xətai Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 79,76 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 79,76 manat), Dövlət Sosial Müdafiə Fonduna olan 16.225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat olmaqla, ümumilikdə 16.817,2 manat məbləğində vergi borcunun yaranması, yaranmış vergi borcunun dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilməsi, lakin vergi ödəyəcisinin yaranmış borc məbləğini ödəməməsi, alınmış reyestr məlumatlarına əsasən, bələdiyyə sədrinin Ağstafa şəhəri H.Arif küçəsi ev 1, mənzil 3 üvanında yaşayan Maraqlı şəxs olması sübuta yetirildiyindən, ərizə təmin olunmalı, Ağstafa rayon Xətai Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə 79,76 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 79,76 manat), Dövlət Sosial Müdafiə Fonduna olan 16225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat olmaqla, ümumilikdə 16817,2 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Ağstafa şəhəri H.Arif küçəsi ev 1, mənzil 3 üvanında yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə mindiyindən və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmadığından hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ağstafa rayon Xətai Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan 79,76 manat, Dövlət Sosial Fonduna olan 16225,62 manat, işsizlikdən sığorta fonduna olan 211,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,32 manat olmaqla, ümumilikdə 16.817,2 (onaltı min səkkiz yüz on yeddi manat iki qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Ağstafa şəhəri H.Arif küçəsi ev 1, mənzil 3 üvanında yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-568/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-568/2023
19.06.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver