Məhkəmə qərarları › İş №2(015)-774/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-774/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-774/2023 04.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qonşusudur. Uzaqdan qohumluğu da çatır. Cavabdeh 191 saylı Hərbi Hissənin müddətdən artıq xidmət (MAXE) hərbi qulluqçusudur. Qonşusu olan Cavabdeh 2022-ci ilin noyabr ayında onların evin gələrək ondan 700 manat borc pul istədi. Bildirdi ki, krediti var və həmin krediti bağlayıb yeni kredit götürmək istəyir. Həmin krediti bağlamaq üçün isə 700 manat pul çatmır və yenidən krediti götürüb onun pulunu qaytaracaq”. Borc pulu alarkən də pulu ona uzağı 2022-ci ilin dekabrın ayının sonunda qaytaracağına söz verdi. İddiaçı da qonşu kimi, həm də hərbidə işlədiyini və onu aldatmayacağını güman edib 700 manat pulu ona verdi. Dekabr ayının sonunda Elmirdən pulu tələb etdi. Cavabdehə məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edib pulu qaytarmasını istəmişdir. Evlərinə gedib ailəsinə demiş, lakin bütün bunlara rəğmən o, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Gah telefona cavab vermir, gah da başqa bəhanələr gətirir. Dəfələrlə tələb edəndən sonra cavabdehin əmisi X2 özünə məxsus çayxananın qarşısında iddiaçıya 50 manat vermişdir ki, bu 50 manatı Elmir verib. İddiaçı razı olmamış və 50 manatı cavabdehin əmisi İmandan götürməmişdir. Bildirmişdir ki, Elmirə desin pulun hamısını bir dəfəyə ödəsin. Lakin, 8 ay keçməsinə baxmayaraq cavabdeh onun pulunu qaytarmır. Artıq cavabdehin bəhanələrini eşitməkdən də yorulmuşdur. Hiss edir ki, Elmir onu aldadır. Çünki, aldatmasaydı 8 aydır aldığı pulu qaytarardı. Cavabdeh iddiaçını aldadaraq iddiaçıdan borc adı ilə aldığı pulu mənimsəmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan dəymişdir. İddiaçı təqaüdçüdür və dolanışığı yalnız pensiya məbləğidir. Artıq bu işin məhkəmə qaydası olmadan həlli mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş ərizədə qeyd edilmişdir ki, iddia tələbini qismən qəbul edir. O, İddiaçı 500 AZN miqdarında pul almış və hissə-hissə olaraq qaytarmışdır. Yanvar ayında 200 manat vermişdir. Fevral ayında 100 manat və mart ayında 100 manat vermişdir ki, ondan sonra cavabdeh Siyavuşa 100 manat borcu qalmışdır. Onun da 50 manatını əmisi X1 vermişdir ki, bunu Siyavuş dayı səndən gəlib götürəcək götürəndə deyərsən ki, 50 manat borcu qalır onuda gələn ayın 10- na kimi verəcək. Siyavuş kişi İmrandan 50 manatı götürməyib ki, o cavabdehdən 700 manatının hamsını alacaq və onun vətəndaş İddiaçı 700 manat borcu yoxdur və yalan ifadə verir. İddiaçı sübut etməlidir ki 700 manat verib cavabdehə. Hal-hazırda onun iddiaçıya 100 manat borcu qalıb və məhkəmədən onu xahiş edir ki, o pulu 3 hissəyə bölsün aya 33 manat iddiaçıya pulunu qaytarsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçı tərəfindən ona 500 manat məbləğində pulun verilməsini və həmin pulu qaytarmalı olmasını inkar etmir, lakin həmin puldan 400 manat məbləğində pulun tərəfindən qaytarılmasını və iddiaçıya cəmi 100 manat borclu olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıya 100 manat məbləğində pulun ödənilməli olmasını qəbul edir, lakin iddia edir ki, ödənilməli olan pulun 400 manatını iddiaçıya ödəmiş, 100 manat borcu qalmışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 100 (bir yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar