Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-12/2024 08.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “payların naturada real bölgüsünün aparılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.19 ha torpaq sahəsi, **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0.1999 ha torpaq sahəsinin Ağsu Rayon Notariat Ofisində 1/6 hissədə vərəsələr arasında müəyyən olan paylarının naturada real bölgüsünün aparılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X7 ilə Ağsu şəhərində **********30 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterində çıxarışa əsasən 1.19 ha torpaq sahəsi, **********31 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterində çıxarışa əsasən isə 0.1999 ha torpaq sahəsi birgə mülkiyyətlərindədir. Anası rəhmətə getdikdən sonra Ağsu rayon notariat ofisində mirası qəbul edib vərəsəlik şəhadətnaməsi açdırmış, bununla yanaşı olaraq Ağsu rayon notariat ofisində paylarının müəyyən olması barədə 1/6 hissədə olması barədə şəhadətnamələr almışdır. Lakin orada 1/6 hissədə müəyyən olunmuş ərazilərin və səmtin qeyri müəyyən olması ayrıca çıxarış almaqları üçün çətinliklər yaradır. O, belə qərara gəlmişdir ki, bu məsələni Ağsu Rayon Məhkəməsinin köməkliyi ilə həll etsin. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişlər ki, iddia tələbinin təmin olunmasına etiraz etmirlər. Cavabdeh3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİİİ-ЖГ seriyalı 411716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 05 avqust 1982-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atasının “Cavabdeh1”, anasının “X7” olması qeyd edilmişdir. - AZ-İİ seriyalı 247364 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu - İddiaçıdur və o miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş seriya nömrəsi JN:0089, KOD: 40901004 olan dövlət aktına əsasən Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.39 ha olan torpaq sahəsindən X5 çatan hissədən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi A/213 və A/214 olan arayışlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Ağsu şəhəri ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu şəhəridə 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsələri əri - Cavabdeh1, qızı – X2 və qızı – X4r və onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in Şamaxı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.1999 ha olan torpaq sahəsindən X5 çatan hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********RR80101 olan arayışlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Ağsu şəhəri ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsələri əri - Cavabdeh1, qızı – X2 və qızı – X4r və onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in Şamaxı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.19 ha olan torpaq sahəsindən X5 çatan hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********İC80101 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Ağsu şəhəri ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu şəhəri ərazisində 1.1999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/12 hissəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/367 nömrəli rəyindən görünür ki, Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.19 ha torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 1/6 hissədə torpaq sahəsinə tanınmış pay hüququnun naturada bölünməsi texniki cəhətdən mümkündür. Belə ki, naturada sözügedən torpaq sahəsinin şimal və cənub tərəflərində yol mövcuddur. Hər bir payçının ayrı-ayrılıqda gediş-gəliş yoluna çıxışı olmaqla naturada bölünməsi mümkündür. Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.1999 ha torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 1/6 hissədə torpaq sahəsinə tanınmış pay hüququnun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, **********30 reyestr nömrəli çıxarışın plan ölçü sənədindən görünür ki, torpaq sahəsinin eni 14 metrdir ki, bunun da 1/6 hissəsi 2.33 metr (0.0333 ha) təşkil edir. Torpaq sahəsinin daha kiçik hissələrə bölünməsi torpaqdan səmərəsiz istifadə halı yaratdığından sözügedən torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilir. Məhkəmə iddia tələbinin “1.19 ha torpaq sahəsi üzrə iddiaçının payının naturada ayrılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə -MM) 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. MM-in 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iddiaçının payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/367 nömrəli rəyində Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.19 ha torpaq sahəsindən 1/6 paya uyğun torpaq sahəsinin bölünməsinin texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.19 ha olan torpaq sahəsinin naturada bölünməsi mümkün olduğundan, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “0.1999 ha torpaq sahəsinə dair iddiaçının payının naturada ayrılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.1999 ha torpaq sahəsinin daha kiçik hissələrə bölünməsi torpaqdan səmərəsiz istifadə halı yaratdığından həmin torpaq sahəsində vərəsələrin mülkiyyətində olan 1/6 hissədə torpaq sahəsinə tanınmış pay hüquqlarının naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, göstərilən torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə hesab edir ki, mübahisəli 0.1999 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, iddia tələbi 0.1999 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağsu şəhərində yerləşən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.19 ha torpaq sahəsi üzrə İddiaçı 1/6 hissədə payı naturada ayrılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-12/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-12/2024
08.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver