Məhkəmə qərarları › İş №2(016)-1787/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1787/2025

17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1787/2025 17.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3150,25 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilə üzrə mağazadan İphone 16 Promax 256 Desert markalı telefona ilkin ödəniş 950 manat ödəyərək, 2650 manat məbləği hissəsini kreditlə əldə etmişdir. Cavabdeh əlavə olaraq 680 manat dəmiş və qarşılıqlı razılıq əssında bağlanılmış müqavilənin şərtlərini pozaraq bu günə qədər aylıq ödənişlərini etməmişdir. Cavabdeh müqavilənin şərtlərində göstərilmiş 1970 manatı və həmin müqavilənin şərtlərində göstərilən hər ödənilməyən günə görə yaranan faiz borcunu bu günə kimi ödəməmişdir. Cavabdeh bu günə olan borcu 1970 manat qalıq borcu gecikən günlərə görə 1034,25 manat faiz borcu, 95 manat çəkilmiş xərc və ödənilmiş dövlər rüsumu 51 manat, cəmi 3150,25 manat təşkil edir. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq, işləri ilə əlaqədar iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin 950 manat ödəniş etməklə, 3600 manat məbləğində tam qüsursuz nisyə aldığı malın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdeh dəyəri 3600 manat olan İphone 16 Promax 256 Desert markalı malı təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli ******* saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh “Mobideal”dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş İphone 16 Promax 256 Desert markalı, İmei kodu: **********55769 olan mobil cihazı borcu yarandığı təqdirdə “Mobideal” tərəfindən bu mobil cihazın İmei nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağına etiraz etməmişdir. - 21.01.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1970 manat qalıq borcu, gecikən günlərə görə 1034,25 manat faiz borcu vardır. - Mədaxil qəbzindən görünür ki, 51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin 950 manat ödəniş etməklə, 3600 manat məbləğində tam qüsursuz nisyə aldığı malın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Hazırda iddiaçı 1970 manat məbləğində borcun və borcu gecikdirməsinə görə 1034,25 manat faiz borcu, 95 manat çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu 51 manat, cəmi 3150,25 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi ilə cavabdehə qarşı iddia qaldırmışdır. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445, 448.1 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə hesab edir ki, gecikdirilmiş 1970 manat borca görə 1034,25 manat cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri, həmçinin müqavilənin bağlanma tarixi və cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi nəzərə alınmaqla, cavabdehdən tutulmalı cərimə məbləğinin 20 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə iddianın tələbinin “95 manat çəkilmiş xərc” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissəsi əsassızdır. Belə ki, iddiaçı həmin məbləğin nə üçün xərclənməsi barədə iş materiallarına hər hansı sübut əlavə etməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumunun 39,9 manatı cavabdehə, 11,1 manatı iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1970 manat əsas borc, gecikən günlərə görə 20 manat cərimə borcu olmaqla, cəmi 1990 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun 39,9 manatı İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 11,1 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1970 manat əsas borc, gecikən günlərə görə 20 manat cərimə borcu olmaqla, cəmi 1990 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 39,9 manatı İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 11,1 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar