Məhkəmə qərarları › İş №2(016)-18/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-18/2023

05.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-18/2023 05.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X16 oğlunun katibliyi, İddiaçı Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızının iştirakı ilə, İddiaçı Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızının cavabdeh X9 qarşı "nikahın pozulması və aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızı cavabdeh X9 qarşı "nikahın pozulması və aliment" tələbinə dair iddiа ərizəsi ilə Ağsu Rаyоn Məhkəməsinə mürаciət еdərək iddiаçı Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızı ilə cavabdeh X13 arasında Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 26 fevral 2016-cı il tarixdə 67 saylı nikah akt qeydi üzrə qeydə alınmış nikahın pozulmasına və azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmaqla yetkinlik yaşa çatana kimi saxlanmaları üçün cavabdeh X5 hər ay 1 uşağa görə 193 manat, üç uşağa görə 579 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdeh X13 ilə el adətinə uyğun ailə qurmuşlar və nikahları Ağsu rayon Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 67 saylı akt qeydi üzrə qeydə alınmışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Hazırda həmin uşaqlar onunla birlikdə və onun himayəsində yaşayırlar. O, cavabdehlə ailə qurarkən onu yaxşı tanımamış və xasiyyətinə yaxşı bələd olmamışdır. Cavabdeh onunla və uşaqları ilə maraqlanmır. Dəfələrlə ondan ayrılmaq məcburiyyətində qalmışdır, lakin ağsaqqalların məsləhəti ilə uşaqlarının xətrinə ailəsini yenidən bərpa etmişdir. Artıq uzun müddətdir ki uşaqları onun himayəsində qoyub gedib qohumlarının evində yaşayır. Belə olan halda o da ondan ayrılmaq məcburiyyətində qalmışdır. Cavabdehlə nikahları formal xarakter daşıyır və ər-arvadlıq münasibətlərinin bərpa edilməsinə heç bir ümid qalmamışdır. Bu səbəbdən də cavabdeh ilə aralarında olan nikahın pozulması üçün qəti qərara gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbində göstərdiyi alimentin miqdarın azaldılaraq hər uşağa görə 80 manat, cəmi 240 manata sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etdi və bu barədə yazılı şəkildə ərizə təqdim etdi. Əlavə olaraq bildirdi ki, ödədiyi dövlət rüsumunu tələb etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 26 fevral 2016-cı il tаriхdə vеrilmiş АZ-İİ № 064103 saylı nikah haqqında şəhаdətnаmədən görünür ki, həmin tаriхdə X13 ilə X2 аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 fevral 2016-cı il tarixdə 67 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Arayışdan görünür ki, X14 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 557 № ilə qеydiyyat aparılmışdır. X3, anası X1r. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Arayışdan görünür ki, X12 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 494 № ilə qеydiyyat aparılmışdır. X3, anası X1r. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Arayışdan görünür ki, X10 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 160 № ilə qеydiyyat aparılmışdır. X3, anası X1r. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişdir. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar və uşaqlar analarının yanında qalır. Məhkəmənin barışıq üçün verdiyi 3 ay müddət ərzində tərəflər barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Barışıq üçün verilmiş 3 ay müddət başa çatdıqdan sonra iddiaçı tərəf nikahın pozulmasında təkidli olduğundan, iddia təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərin arasında 26 fevral 2016-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 67 № ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulduğu üçün Ailə Məcəlləsinin 22-ci maddəsi nəzərə alınmaqla, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6,xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları valideynlərdən hansının yanında qalması məsələsi həll edilməlidir. Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6,xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqların kimin yanında qalması məsələsini müzakirə edib, qərar qəbul edərkən, belə nəticəyə gəlir ki, həmin uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olması, azyaşlıların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğu, uşaqların hazırda analarının yanında qalmaları nəzərə alınmalı və uşaqlar yetkinlik yaşına çatanadək ananın yanında qalmalıdır. Uşaqlar ananın yanında saxlanıldığı üçün X5 Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızının xeyrinə aliment tutulmalıdır. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 1 uşağa görə 80 manat, üç uşağa görə isə cəmi 240 manat məbləğində aliment tələb etmişdir. Bu da 2023-cü il üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan aşağıdır. Belə olan halda, məhkəmə qeyd edilənləri, həm 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli və hər ay bir uşağa görə 80 manat, üç uşağa görə isə cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 08 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızı ilə X13 аrаsındа 26 fevral 2016-cı il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа həmin tarixdə 67 № ilə qеyd edilmiş nikah pozulmalı, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqları yеtkinlik yаşınа çаtаnаdək anaları Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızının himayəsində saxlanılmalı, xx.xx.2016-cı il təvəllüdlü X6,xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X11 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 08 avuqst 2022-cu il tarixdən hesablanmaqla X5 hər uşaq üçün hər ay 80 manat olmaqla, cəmi 240 manat manat sabit pul məbləğində aliment tutularaq Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızına verilməli, alimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızı ilə X13 аrаsındа 26 fevral 2016-cı il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа həmin tarixdə 67 № ilə qеyd edilmiş nikah pozulsun. xx.xx.2016-cı il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşaqlar yеtkinlik yаşınа çаtаnаdək anaları Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızının himayəsində saxlanılsın. xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 08 avuqst 2022-cu il tarixdən hesablanmaqla X5 hər uşaq üçün hər ay 80 manat olmaqla, cəmi 240 manat manat sabit pul məbləğində aliment tutularaq Feyzullayeva (Dadaşova) Elnurə Aydın qızına verilsin. Аlimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar