Məhkəmə qərarları › İş №2(016)-310/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-310/2024

19.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-310/2024 19.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı «hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırkı iddia tələbinə ümumi məhkəmə də yox, inzibati məhkəmədə baxılmalıdır. Buna görə də, iddiaçı iddia ərizəsi ilə məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 152.1.3-cü maddəsinə əsasən, əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı «hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar