Məhkəmə qərarları › İş №2(016)-316/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-316/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-316/2024 02.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması» tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixdə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 455 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə JN-0013 KOD 40905028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X3 və onun ailə üzvləri X4 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 4,03 ha, Ağsu şəhərində yerləşən torpaq sahəsindən cavabdeh X1 payının ayrılaraq naturada müəyyən edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən borc tam şəkildə ödənilmişdir. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması» tələbinə dair 2(016)-316/2024 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar