Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-319/2023 08.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Ağsu Rayon Mərkəzi X7 Şəxsi və Cavabdeh2 qarşı «sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sağlamlığını pozmaqla ona vurulmuş zərərə görə sağlamlığının bərpası istiqamətində ümumi xərcləri (bura daxildir: xəstəxanalarda ambulator və stasionar müalicəyə gedib gəlmək üçün nəqliyyat xərci, dərman vasitələrinin alınması, tibbi xərclər, qalmaq və yemək) yəni 6.400 manat, şəxsi təsərrüfatından malik ola biləcəyi gəlirin toplam miqdarına görə 1.800 manat, itirdiyi qazanc olaraq baxım pulu 3.000 manat, mənəvi ziyana görə 8.000 manat, iddia tələbi üçün 150 manat məhkəmə rüsumu da daxil olmaqla, toplam 19.350 manat pul tələbi və əlavə olaraq sağ qolunun itirilmiş funksiyasının bərpasına görə müayinə və müalicə, əməliyyat, ümumilikdə tibbi və digər xərclər məhkəmə tərəfindən müəyyən olunmaqla cavabdehlər Ağsu Rayon Mərkəzi X7 Şəxsi və həmin xəstəxananın həkim-cərrahı Cavabdeh2 alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2022-ci il tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə üşütmə və qusma əlaməti ilə yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi xəstəxanasına gətirilmiş, həmin vaxt xəstəxanada cərrah Cavabdeh2 tərəfindən müayinə edilib resept yazılaraq qəbul şöbəsindəki palatada yerləşdirilmişdir. Həkimin yazdığı resept üzrə aptekdən dərmanlar alınıb gətirilmiş, tibb bacısı Ramilə adlı xanım tərəfindən həkim Cavabdeh2 göstərişi ilə ona səhv dərmanlar inyeksiya yolu ilə yeridilmişdir. Respetdə yazılan iynələr vurulan zaman o şok vəziyyətinə düşmüş, lakin vəziyyəti düzəldikdən sonra evə buraxılmışdır. Ertəsi gün sağ qolunda şişkinliklər olduğunu müəyyən etmiş və yenidən Fazil həkimin qəbuluna gəldikdə sonuncu ona araqla duz qarışdırıb qoluna sürtməsini, şişkinliyin keçib gedəcəyini bildirmişdir. O, bir neçə gün Fazil həkimin dediyi qaydada etsə də, qolundakı şişkinliklər daha da artmış və ağrılara dözə bilmədiyindən 08 yanvar 2022-ci il tarixdə yaxınları tərəfindən Bakı şəhərində yerləşən Respublika Kliniki xəstəxanaya aparılmış, elə həmin gün qolundan əməliyyat olunmuşdur. Belə ki, həkim Cavabdeh2 onun qoluna maqnezium sulfat əvəzinə, yanlış olaraq kalsi xlor iynəsi inyeksiya etmişdir. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 39C-22 saylı material üzrə xx.xx.2022-ci il tarixli qərarda həkim-cərrah Cavabdeh2 öz izahatında göstərmişdir ki, resept üzrə yazdığı dərmanları şəxsən özü alıb tibb bacısına təqdim etmişdir. Material üzrə məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, KEŞ-320 saylı rəyində göstərilib ki, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası ilə əlaqədar sağ yuxarı ətrafı iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir. Bundan başqa araşdırma ilə əlaqədar izahatı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ-nin komisyon ekspertizalar şöbəsinin rəisi vəzifəsində işləyən X5 izahatında bildirmişdir ki, 39C-22 saylı material üzrə xx.xx.2022-ci il tarixli, 320/KEŞ saylı rəy onun rəhbərlik etdiyi məhkəmə tibb ekspert komissiyası tərəfindən tərtib olunub. Həmin rəydə sağlamlığa zərərvurmanın dərəcəsi təyin olunmayıb. Ekspert səbəb kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 09 saylı əmrinin 1 nömrəli əlavəsinə uyğun hərəkət etdiyini göstərib. Ekspert davam edərək bildirib ki, “MTE-nin təşkili və keçirilməsi haqqında əsasnamənin İİİ bölməsinin 30-cu bəndində” müxtəlif müayinə və müalicə tədbiri icra olunarkən yol verilmiş qüsurlar və bununla bağlı baş vermiş fəsadlar tibbi fəaliyyətlə əlaqədar olduğundan və tibb işçiləri tərəfindən qəsdən deyil, təsadüfən törədildiyinə görə sağlamlığa zərər vurma kimi qiymətləndirilmir. Tibbi müdaxilə və manipuliyasiyalar zamanı yol verilmiş qüsurlar həkim səhvi kimi qiymətləndirilə bilər və bu da aidiyyəti yüksək ixtisaslı klinisist mütəxəssislərin iştirakı ilə komisiyon MTE-nin keçirilməsi yolu ilə müəyyən edilə bilər”. 21 may 2022-ci il tarixli şikayəti əsasında ilkin araşdırma materialı Ağsu rayon Prokurorunun böyük köməkçisi X11 tərəfindən araşdırılmış, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 39C-22 saylı material üzrə xx.xx.2022-ci il tarixdə Ağsu rayon Prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X11 tərəfindən müəyyən edilib: “Aparılmış araşdırma zamanı müəyyən edilib ki, Ağsu rayonu Ağabəyli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahı Cavabdeh2 tərəfindən İddiaçı “Şəkərli diabet ağır forma. Diabetik koma Hipertenziya” diaqnozu təyin edilərək sonuncunun göstərişi əsasında tibb bacısı Ramilə Mustafayeva tərəfindən İddiaçı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində sağ yuxarı ətraf iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf edib. Araşdırma zamanı dərman preparatlarının qüsurlu inyeksiyası nəticəsində İddiaçı sağ yuxarı ətrafının iltihablaşması müəyyən edilsə də, bununla bağlı sonuncunun sağlamlığına vurulmuş zərərin dərəcəsi ekspert tərəfindən müəyyən edilməyib. İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında yanlış müalicə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunub”. Müalicə xərcləri: iddiaçı buna qədər öz şəxsi təsərrüfatında 6 baş inək, 3 baş buzov, 10 qoyun, 20 qaz və 80-dək toyuq saxlamış, 5 qutu arısı olmuşdur. O səhhətində yaradılmış bu çatışmazlığa görə şəxsi təsərrüfatında olan bu heyvanları sataraq özünün müalicəsinə xərcləmişdir. Göstərilən bu heyvanlar vasitəsilə o, özünün dolanışığını təmin edir, həm də sataraq gəlir əldə edirdi. Hal-hazırda o, şəxsi təsərrüfatından əldə etdiyi gəlirlərdən də məhrumdur. Şəxsin aylıq olaraq 150 manat şəxsi təsərrüfatdan gəliri olduğu nəzərə alınsa, qolu əməliyyat olunduğu tarixdən indiyədək 1 ildən yuxarı müddətdə 1.800 manat gəlirdən məhrumdur. İddiaçı 08-xx.xx.2022-ci il tarixlərdə Respublika Kliniki xəstəxanada qalmış və müalicə almışdır. Belə ki, xəstəxanada müalicə pulsuz da olsa da, orada tibb bacılarına “şirinlik” verməsən sənə gözünün ucu ilə də baxan yoxdur. Xəstənin özünün Gündəlik dərman və tibbi baxım xərcləri minumum 40 AZN təşkil etmişdir. Toplam 500 manat edir. xx.xx.2022xx.xx.2022-ci il tarixdə xəstə stasionar müalicə üçün Ağsu RMX PHŞ-yə köçürülmüşdür. Burada onun dərman vasitələrinə, tibb bacılarına və digər xərcləri ümumilikdə hər gün üçün 21 AZN təşkil etmişdir. Toplam 800 manat edir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər gün Ambulator müalicə üçün yaşayış yeri olan Ağsu rayonu Ağabəyli kəndindən Ağsu RMX PHŞ-yə gedib gəlmişdir. Onun nəqliyyat, müalicə və yemək xərcləri hər gün üçün minimum 35 AZN təşkil etmişdir. İş günləri nəzərə alınarsa toplam 2.100 manat məbləğ edir. Daha sonra qolundakı xəstəlik səbəbindən həmin tarixdən indiyə qədər ən azı 20 dəfə müayinə üçün Bakı şəhərinə gedib gəlmişdir ki, bunun da hər dəfəsi 150 AZN-ə başa gəlmişdir. Bura aiddir: yol pulu, qalmaq pulu, həkim qəbuluna çəkilən xərclər, həkimin tövsiyəsi ilə alınan dərman xərcləri. Toplam 3.000 manat edir. İddiaçının sağ qolu yanlış inyeksiya səbəbindən tam fəaliyyətsizdir və hal-hazırda özünün gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona gündəlik ehtiyaclarını qarşılamaqda köməklik göstərmək üçün başqa bir insan lazımdır ki, kənd yerində bu cür qulluq minimum aylıq olaraq 250 AZN-ə başa gəlir. Həmin dövrdən indiyədək ona başqa bir şəxs tərəfindən ödənişli qulluq edilmişdir. Həmin tarixdən indiyədək, yəni bir il müddətində 3.000 manatdan yuxarı məbləğ sərf edilib. Ona müalicə dövrü müddətində 2 dəfə qan köçüb. Hər dəfəsi 160 AZN xərclə nəticələnib. Toplam olaraq 320 manat edir. Belə ki, o, araşdırmanın yekunundan da bəlli olduğu kimi yanlış müalicə nəticəsində qolunun tam fəaliyyətsiz vəziyyətinə düşməsi səbəbindən dərin sarsıntı keçirmiş, ciddi mənəvi iztiraba düçar olmuşdur. Belə ki, iddiaçı keçirdiyi mənəvi sarsıntı səbəbindən Bakı şəhərində yerləşən Psixoloji Mərkəzə maddi imkanı olmadığına görə müraciət edə bilməyib. Çünki bütün pulunu bioloji sağalması üçün xərcləmişdir. Onun qolunu əvvəlki kimi tam sağlam formaya gətirmək üçün tibbi xərcləri qarşılamağa nə maddi gücü qalıb, nə də mənəvi. Bundan başqa, iddiaçının qardaşı oğlu Rahib Məmmədov ona dəymiş maddi və mənəvi zərbəyə görə həkim-cərrah Cavabdeh2 etiraz etsə də müəyyən olunmayan səbəbdən iddiaçının qardaşı oğlu inzibati xəta törətməkdə günahlandırılmış və barəsində 15 gün inzibati həbs tənbeh qərarı seçilmişdir. Bundan sarsılan İddiaçı səhhəti həmin ərəfədə yenidən pisləşmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, onun tərəfindən heç bir səhlənkarlıq olmayıb. Xəstə 500-dən yuxarı şəkər göstəricisi ilə xəstəxanaya gətirilmiş və yüksək təzyiq olduğundan koma vəziyyətində olmuşdur. Ağzından köpük gəlirmiş və huşu özündə deyilmiş. İlkin yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşmışdır. Damar daxili iynə vurulduqdan sonra ona şəkər həkiminə müraciət etməsi tövsiyə olunmuşdur. Sonra gəlmiş və demişdir ki, qolunda vəziyyət yaxşı deyil və xəstəxanadan ona Bakı şəhərinə göndəriş verilmiş, amma onlar demişlər ki, özlərinin tanış həkimləri var onun yanına aparacaqlar. Əslində onu həyata qaytarmışlar, iynələr vurulmasaydı xəstə ölə bilərdi. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan X9, X2, X3 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağsu rayonu Ağabəyli kəndində yaşayan və qonşuları olan İddiaçı şəxsi təsərrüfatında 2022-ci ilin fevral ayınadək 6 baş inək, 3 baş buzov, 5 qutu arı, 10 qoyun, təqribi olaraq 20 qaz və 80-dək toyuq olmuşdur. Səhhətində yaranmış problemlərdən xəbərdardırlar. İş materiallarından olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Cavabdeh2 və həmin xəstəxananın qəbul şöbəsinin tibb bacısı X1 əməlində cinayət tərkibi omadığından barələrində cinayət işinin başanması rədd edilmişdir. İş materiallarından olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(016)- 03/2022 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Ağsu rayon Prokurorluğunun 25 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmiş, toplanmış materiallar əlavə araşdırma aparılması üçün Ağsu Rayon Prokurorluğuna göndərilmiş və şikayət qalan hissədə təmin edilməmişdir. İş materiallarından olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Cavabdeh2 və həmin xəstəxananın qəbul şöbəsinin tibb bacısı X1 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başanması rədd edilmişdir. İşə əlavə edilmiş Ağsu Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilən arayışda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ambulator müalicə olunmuşdur. DZ: sağ yuxarı ətrafın kəskin tromboflebiti sağ yuxarı ətrafın diabetik qanqrenası. Sağ yuxarı ətrafın qanqrenası. Sağ yuxarı ətrafın diabetik angiopatiyası. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra Xəstəxananın cərrahı Cavabdeh2 tərəfindən İddiaçı “Şəkərli diabet ağır forma. Diabetik koma Hipertenziya” diaqnozu təyin edilərək xəstəyə təcili olaraq tibbi yardım göstərilmiş və yaxşılaşmadan sonra evə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə sağ qolunda şişkinliklər yarandığından, yenidən xəstəxnaya gəlmiş, cərrahın müayinəsi aparılmış və ona “Sağ yuxarı ətrafın başlanan qanqrenası. Venaların tromboflebiti” təyin edilmişdir. Xəstəyə müvafiq təyinat verilərək ixtisaslı müalicə üçün ECM-yə göndərilməsi məsləhət görülmüşdür. Qolundakı şişkinliklər daha da artmış və ağrılara dözə bilmədiyindən, 08 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Respublika Kliniki” Xəstəxanasına gedərək qolundan əməliyyat olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində sağ yuxarı ətrafı iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir. Lakin iddiaçının sağalamlığına vurulmuş zərərin dərəcəsi ekspert tərəfindən müəyyən edilməmişdir. Qərarda iddiaçıya zərər vurulduğu göstərilsə də, ona mühüm zərər vurulmadığı və vurulmuş zərərin dərəcəsini təyin etmək mümükün olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və ona yanlış müalicə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iddia tələbinin “sağlamlığını pozmaqla ona vurulmuş zərərə görə sağlamlığının bərpası istiqamətində çəkdiyi ümumi xərclərin ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı qolunun sağalması üçün nə qədər xərc çəkməsini və çəkdiyi təqdirdə, həmin xərclərin çəkilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “şəxsi təsərrüfatından malik ola biləcəyi gəliri itirdiyinə görə 1.800 manat məbləğində pulun ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Normanın tələbindən göründüyü kimi, zərərçəkənə əvəzi ödənilməli qazancın miqdarı onun əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq gəlirindən faizlər şəklində müəyyənləşdirilməlidir. Hazırki halda, iddiaçı ona dəymiş zərərdən əvvəl orta aylıq gəlirləri barədə məhkəməyə hər hansl bir sənəd təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “itirdiyi qazanc olaraq baxım pulunun ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı qolunun funksiyasının itirilməsinə görə ona kömək göstərilməsi ilə bağlı hər hansı bir şəxslə razılaşmasını və ona bunun müqabilində xidmət haqqı ödəməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, MM-in 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Ağsu Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar zamanı dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində sağ yuxarı ətraf iltihablaşmış, yanaşı infeksiya qoşulmuş və bu fonda anaerob fleqmona inkişaf etmişdir. İddiaçının sağlamlığına ziyan dəyməsi onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İddiaçının sağlamlığına ziyan dəyməsi nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 mənəvi zərərə görə pulun tutulması hissəsində qismən təmin edilməli və ondan 1.500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “sağ qolunun itirilmiş funksiyasının bərpasına görə müayinə və müalicə, əməliyyat, ümumilikdə tibbi və digər xərclərin məhkəmə tərəfindən müəyyən olunmaqla ona ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, tələbdən göründüyü kimi, iddiaçı qolunun sağalması üçün gələcəkdə çəkəcəyi xərclərin tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd ki, iddiaçı nə qədər ki, qolunun sağalması üçün tibb müəssisəsinə müraciət edərək əməliyyat olunmamışdır, belə olan halda, həmin əməliyyat üçün çəkiləcək xərclərin dəqiq məbləğinin müəyyən etmək mümkün olmadığından, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəməm iddia tələbinin “cavabdehlər Ağsu Rayon Mərkəzi X7 Şəxsi və Cavabdeh2 tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmaqla, iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçının sağlamlığına vurulmuş zərər məhz Cavabdeh2n tərəfindən həyata keçirilmiş dərman preparatlarının qüsurlu texniki inyeksiyası nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 149 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 149 manat dövlət rüsumunun 137 manatı iddiaçıya, 12 manatı Cavabdeh2 aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 mənəvi zərərə görə 1.500 manat və dövlət rüsumu olaraq ödənilmiş 12 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 137 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-319/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-319/2023
08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver