Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-4/2024 05.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı “pay torpağın bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu rayon X5 26 noyabr 1997ci il tarixli, 09 nömrəli qərarı ilə atasına və ailə üzvlərinə 6.80 hektar torpaq sahəsindən onun payının bölünməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayon X5 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı ilə atasına və ailə üzvlərinə 6.80 hektar torpaq sahəsi kənd təsərrfatı məsulları istehsalı məqsədi ilə verilmişdir. Həmin torpaq sahəsindən ona düşən pay torpağında hal-hazırda nar bağı salmışdır. Yeganə gəlir mənbəyi həmin nar bağıdır. Halhazırda o, həm sahəni çəpərləmiş və mütəmadi qulluq edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN - 0040, Kod 40910048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktından görünür ki, X4, X1, İddiaçı, Cavabdeh2, X9, X2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə Ağsu rayon Aqrar islahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 6.80 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2321 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı və cavabdehlərin iştirakı ilə Ağsu rayonu, Cəlayır kəndi ərazisində onların faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. Faktiki isifadələrində olan torpaq sahəsi 6.50 ha təşkil edir. Faktiki isifadələrində olan torpaq sahələrinin 0.58 ha hissəsi İddiaçı tərəfindən çəpərə alınaraq fərdi yaşayış evi tikilmişdir. Naturada ölçülmüş torpaq sahəsinin şimal və cənub tərəflərində gediş-gəliş yolu mövcuddur. Hər bir payçının gediş-gəliş yoluna çıxışı olmaqla torpaq sahəsinin naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. MM-in 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. MM-in 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. MM-in 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-nin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. MM-in 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ağsu rayon Aqrar islahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli, 09 nömrəli qərarına əsasən X4, X1, İddiaçı, Cavabdeh2, X9, X2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə 6,80 ha torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsindən payının bölünməsini tələb edir. Odur ki, iddia tələbi təmin edilməli, Ağsu rayonu, Cəlayir kəndi ərazisində birgə mülkiyyət hüququ ilə ayrılmış 6,80 ha torpaq sahəsi üzrə İddiaçı 1/8 hissədə (0.85 hektar) pay hüququ tanınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 0040, Kod 40910048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış 6,80 hektar torpaq sahəsinə İddiaçı 1/8 hissədə (0.85 hektar) pay hüququ tanınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi - VÖEN-**********, hesab-AZ34CTRE********************01. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-4/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-4/2024
05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver