Məhkəmə qərarları › İş №2(016)-44/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-44/2023

23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-44/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şamaxı Regional X3 Cavabdeh qarşı “meşə fondu torpağından icarə müqaviləsi olmadan istifadənin dayandırılması və istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu rayonunda anadan olmuş, Şamaxı şəhəri, A.Ş.Məmmədağa küçəsi, ev 51-də yaşayan Cavabdeh Ağsu rayonu ərzisində yerləşən qanunsuz istifadə etdiyi Meşə fondu torpağının vətəndaşın öz hesabına boşaldılması və əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonu Qırlar kəndində anadan olmuş, Şamaxı şəhəri, A.Ş.Məmmədağa küçəsi, ev 51-də yaşayan Cavabdeh X5 Təsərrüfatı Mərkəzi ilə Meşə Fonduna aid torpağın istifadəsi barədə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin Ağsu rayonunda yerləşən Şamaxı meşəbəyliyinin 03 saylı meşə dolayının 6A saylı kvartalının 4-cü bölməsində yerləşən 0,22 hektar sahədən istirahət rekrasiya məqsədi ilə istifadə edir. Müəssisənin əməkdaşları tərəfindən icarə müqaviləsi olmadan Meşə Fondu torpağından istifadənin qanunsuz olması, təcili olaraq icarə müqaviləsinin bağlanması və yaxud ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə Cavabdeh dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixli, 27/10/99/007 saylı xəbərdarlıq məktubu ilə rəsmi olaraq xəbərdarlıqlar edilmişdir. Lakin cavabdeh indiyə qədər həmin ərazini qanunsuz olaraq istifadə etməkdə davam edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Şamaxı RMTM-nin Şamaxı meşəbəyliyinin 3 saylı meşə dolayının xx.xx.2022-ci il tarixli aktından görünür ki, Meşələrin İnkişafı Xidməti tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 015 nömrəli telefonoqram və Şamaxı RMTM-nin direktorunun xx.xx.2022-ci il tarixli, 103/K nömrəli əmrinə əsasən Meşə fondu torpaqlarının qanunsuz zəbt edilməsi ilə əlaqədar Şamaxı meşəbəyliyinin 3 saylı meşə dolayına baxış keçirilmişdir. Baxış zamanı dolayın 6A saylı kvartalının 4-cü bölməsində Şamaxı rayon sakini Cavabdeh heç bir sənəd olmadan 0,22 ha ərazini qanunsuz zəbt etdiyi və həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri apardığı müəyyən olunmuşdur. Həmin ərazidə ağac dirəklər üzərində 3 ədəd 2,20x3x2 m ölçüdə söhbətgahlar (besedkalar), 1 ədəd taxtadan 3x5x2,50 m ölçüdə söhbətgah, 10x7x3 m ölçüdə aşağısı çay daşından tikilmiş taxtadan yeməkxana, 5x4 m ölçüdə inşaat daşından tikilmiş sanitar qovşağın mövcud olması müəyyən edilmişdir. Araşdırma zamanı GPS aləti vasitəsi ilə əldə olunmuş kordinatlar 2021-ci ildə Şamaxı RMTM-də aparılmış meşəquruluşu materiallarına istinad edilərək uzlaşdırılmış və istifadə olunan ərazinin sahəsi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X3 04 avqust 2022-ci il tarixli, 27/10/99-007 nömrəli məktubundan görünür ki, Cavabdeh 10 gün müddətinə ərazidə olan yüngül konstruksiyalı tikililəri sökərək ərazini əvvəlki vəziyyətinə gətirməsi tələb olunmuşdur. Əks təqdirdə barəsində qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. 22-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. 36-cı maddəsinə əsasən, meşələrin vəziyyətinə və bərpasına təsir edən, habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. 37-ci maddəsinə əsasən, meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh dövlət meşə fonduna aid olan Şamaxı meşəbəyliyinin 3 saylı dolayının 6A kvartalının 4-cü bölməsinin bir hissəsində 0,22 hektar ərazini qanunsuz zəbt etmiş və həmin ərazidə iaşə fəaliyyəti göstərmək üçün tikinti quraşdırma işləri aparmışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin Şamaxı meşəbəyliyinin 3 saylı dolayının 6A kvartalının 4-cü bölməsinin bir hissəsində qanunsuz istifadə etdiyi Meşə fondu torpağı onun öz hesabına boşaldılmalı və əvvəlki vəziyyətə gətirilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağsu rayonunda anadan olmuş, Şamaxı şəhəri, A.Ş.Məmmədağa küçəsi, ev 51-də yaşayan Cavabdeh Ağsu rayonu ərzisində yerləşən qanunsuz istifadə etdiyi Meşə fondu torpağının onun öz hesabına boşaldılsın və əvvəlki vəziyyətə gətirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar