Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-448/2025 17.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10000 manat məbləğində pulu və iddia qaldırmaq üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğul olur, qızıl-zinət satılan mağazası var. Cavabdeh Ağsu rayon sakini kimi tanımış, münasibətləri daimi yaxşı olmuş, ondan borca bir necə dəfə qızıl-zinət əşyaları alıb qaytarmışdır. Cavabdeh xx.xx.2022-ci ildə 3000 manat və xx.xx.2023-cü ildə isə 7000 manat dəyərində qızıl-zinət əşyaları borca almışdır. Cavabdeh ona olan borcu söz verdiyi vaxtda qaytarmamışdır. xx.xx.2024-cü ildə Cavabdeh ilə görüşəndə ona öz əlyazması ilə yazıb imzaladaraq 10000 manat borcu olmasını etiraf edib və video çəkiliş etməklə ona olan 10000 manat borcu Almaniyada olan oğlunun ona pul göndərəcəyini bildirərək borcunu qaytaracağına söz versə də ona olan borcunu qaytarmamışdır. Odur ki, Cavabdeh 10000 manat məbləğində pulu və iddia qaldırmaq üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini, qızılı özü üçün götürmədiyini, Şahid ondan xahiş etdiyi üçün götürdüyünü demişdir. İş materiallarına əlavə edilmiş ərizəni özü yazaraq imzaladığını və video çəkilişdə də özünün sərbəst danışdığını, ona hər iki halda hər hansı təsir və ya təzyiq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, qızılı o, Əzikə xanımla birgə götürmüşdür. Ödəniş etməməyinin səbəbi hüzrləri düşdüyü üçün maddi problemlərinin yaranması, maddi cəhətdən çətinliyi olduğu üçün həmin qızılları lombarda qoyub. Əzikə xanımın yazdığı ərizədən xəbəri var. İddiaçı və onun oğlu pullarını istədiklərinə və iddiaçının oğlu onun iş yerinə gəldiyi üçün belə bir ərizə yazmağa razı olmuşdurlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən yazılıb və imzalanmış xx.xx.2024-cü il tarixli qeyddən görünür ki, Cavabdeh Ağsu rayonunda yaşadığını, 2022-ci ilin dekabr ayında Kürdəmir rayon sakini Mahirə xanımla gəlib Sariya xanımdan 10000 manatlıq qızıl-zinət əşyaları götürdüyünü, götürdükləri vaxtdan ödənişlər etmədiyini, xx.xx.2024-cü il tarixdən yanvar ayının sonuna kimi pulu ödəyəcəyini, ödəməyəcəyi halda məsuliyyət daşımağa hazır olduğunu qeyd etmişdir. - İş materialına əlavə edilmiş CD diskdən görünür ki, Cavabdeh borcunu etiraf etmişdir. - Mədaxil qəbzindən görünür ki, 120 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh X1 ümumilikdə 10000 manat dəyərində qızıl-zinət əşyaları götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyərək həmin məbləği qaytarmamışdır. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdehin iddiaçıya borcu olması iş materiallarına əlavə edilmiş əlyazma ilə yazıb imzalanmış sənədlə də müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdehdə həmin iddianı təsdiq etdiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası təyin edilibsə, kreditor təşkilatın çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verilməsinə icazə verildikdən sonra icazə verilməsi (əşyaların nisyə satışının) şərti ilə tutulduğu alıcı ödənişi müqavilədə saxlanılan, müqavilədə belə şərti saxlanılmamalıdır ki, bu nəzarətin 427-ci maddəsinə uyğun olaraq saxlanılması təmin edilməlidir Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında şifahi qaydada nisyə-alqı satqı müqaviləsi bağlanmış və sonradan cavabdeh öhədiyin icrasına dair yazılı sənəd təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh X1 ümumilikdə 10000 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh həmin qızl-zinət əşyalarını özü üçün deyil, Şahid xahişi ilə onun üçün götürmüş və iddiaçının da bundan xəbəri olmuşdur. Şahid məhkəmə iclasında şahid qismində dindirilərkən iddiaçı X4 ilə birlikdə qızıl-zinət əşyaları götürdüyünü qeyd etmişdir. Cavabdeh həqiqətən iddiaçı Sariyə İsrəfilovadan qızıl-zinət əşyaları götürməklə hazırda iddiaçıya 10000 manat borclu olduğunu etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 10000 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı X2 xeyrinə 10000 manat və dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat məbləğində pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-448/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-448/2025
17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver