Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-606/2025 17.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh məxsus əşyaların ünvan 1 ünvanında yerləşən, ona məxsus yaşayış evindən çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən məmnzil onun mülkiyyətindədir. X1 Cavabdeh ilə xx.xx.2010-cu il tarixində ailə qurmuş və həmin vaxtdan cavabdeh cehiz əşyalarını ona məxsus olan evə yerləşdirib oğlu ilə birgə yaşamışlar. Cavabdeh 2024-cü ilin avqust ayında iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulması və aliment tələbi qaldırmışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-987/2024 saylı qətnaməsi ilə X1 Cavabdeh ilə nikahlarına xitam verilmişdir. Cavabdeh hazırda valideynlərinə məxsus olan evdə yaşayır, lakin onun qeydiyyatı ona məxsus olan mənzildədir və əşyaları da həmin mənzildədir. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını ona məxsus olan evdən çıxartmayıb. Odur ki, mətbəx mebeli 1 dəst, tok peçi (sac) 1 ədəd, ətçəkən maşın 1 ədəd, qəfədan 2 ədəd, çaynik 2 ədəd, qazan 4 ədəd, podnus 3 ədəd, stəkan 24 ədəd, bulud (boşqab) 4 ədəd, Böyük Boşqab 30 ədəd, xırda boşqab 30 ədəd, qaşıq 20 ədəd, vilka 20 ədəd, tava 4 ədəd, çay dəsti 3-lü 1 ədəd, şfaner 1 ədəd, servant 1 ədəd, güzgülü termo 1 ədəd, yataq taxtı 1 ədəd, yataq taxtının tumbaları 2 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, döş stolu 1 ədəd, stul 6 ədəd, tək çarpayı 1ədəd, yazı stolu 1 ədəd, meyvə qabı 4 ədəd, nahar servisi 1 ədəd, konfet qabı 6 ədəd, güldan 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yastıq 6 ədəd, nimdər 6 ədəd, dəmir stul 4 ədəd, xalça 3 ədəd, ütü altlığı 1 ədəd olan cehiz əşyalarının ona məxsus evdən çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-987/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə X5 “nikahın pozulması və aliment” tələbi qismən təmin edilərərk, X6 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 397 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla X3 hər ay 180 manat sabit pul şəklində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. - 05.05.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, T.Əliyarbəyov küçəsi, ev 16 ünvanında yerləşən, ümumi sahəsi 0,0445 ha olan torpaq sahəsini və ümumi sahəsi 124,4 kv/m olan fərdi yaşayış evini İddiaçı bağışlamışdır. Göründüyü kimi, cavabdehin cehizinin hazırda olduğu ev iddiaçının evidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı göstərilən yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin cehiz əmlaklarını qeyd edilən evdən könüllü olaraq çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı cehiz əşyalarının hazırda olduğu evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh evdə olan cehiz əşyalarını çıxarmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlamışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları - mətbəx mebeli 1 dəst, tok peçi (sac) 1 ədəd, ətçəkən maşın 1 ədəd, qəfədan 2 ədəd, çaynik 2 ədəd, qazan 4 ədəd, podnus 3 ədəd, stəkan 24 ədəd, bulud (boşqab) 4 ədəd, Böyük Boşqab 30 ədəd, xırda boşqab 30 ədəd, qaşıq 20 ədəd, vilka 20 ədəd, tava 4 ədəd, çay dəsti 3-lü 1 ədəd, şfaner 1 ədəd, servant 1 ədəd, güzgülü termo 1 ədəd, yataq taxtı 1 ədəd, yataq taxtının tumbaları 2 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, döş stolu 1 ədəd, stul 6 ədəd, tək çarpayı 1ədəd, yazı stolu 1 ədəd, meyvə qabı 4 ədəd, nahar servisi 1 ədəd, konfet qabı 6 ədəd, güldan 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yastıq 6 ədəd, nimdər 6 ədəd, dəmir stul 4 ədəd, xalça 3 ədəd, ütü altlığı 1 ədəd əşyaları İddiaçı evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları - mətbəx mebeli 1 dəst, tok peçi (sac) 1 ədəd, ətçəkən maşın 1 ədəd, qəfədan 2 ədəd, çaynik 2 ədəd, qazan 4 ədəd, podnus 3 ədəd, stəkan 24 ədəd, bulud (boşqab) 4 ədəd, Böyük Boşqab 30 ədəd, xırda boşqab 30 ədəd, qaşıq 20 ədəd, vilka 20 ədəd, tava 4 ədəd, çay dəsti 3-lü 1 ədəd, şfaner 1 ədəd, servant 1 ədəd, güzgülü termo 1 ədəd, yataq taxtı 1 ədəd, yataq taxtının tumbaları 2 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, döş stolu 1 ədəd, stul 6 ədəd, tək çarpayı 1ədəd, yazı stolu 1 ədəd, meyvə qabı 4 ədəd, nahar servisi 1 ədəd, konfet qabı 6 ədəd, güldan 3 ədəd, döşək 3 ədəd, yorğan 3 ədəd, yastıq 6 ədəd, nimdər 6 ədəd, dəmir stul 4 ədəd, xalça 3 ədəd, ütü altlığı 1 ədəd əşyaları İddiaçı evindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-606/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-606/2025
17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver