Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-661/2024 06.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 450 manat məbləğində pulun və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin oktyabr ayında evində ehtiyat saxladığı xeyli miqdarda pulunun bir hissəsinin oğurlandığını bildikdən sonra bir neçə gün özü axtarış etmiş, lakin heç bir nəticə əldə edilmədikdə bu barədə 17 oktyabr 2023-cü ildə tanışı Rəşad adlı şəxsə başına gələnləri danışmış, Rəşad da ona Ağsu rayon Aratkənd kənd sakini Cavabdeh mobil telefon nömrəsini verərək onun yaxşı baxıcı tanışı olduğunu və həmin baxıcının pulun tapılmasında ona kömək edə biləcəyini demişdir. O, cavabdehlə telefon əlaqəsi saxlayaraq ona da başına gələn əhvalatı danışmış, cavabdeh Bakı şəhərində olduğunu və orada onunla görüşə biləcəyini demişdir. O, cavabdehlə 19 oktyabr 2023-cü ildə Bakı şəhərində “İnşaatçılar” metrosunun yaxınlığında görüşmüş, bir daha başına gələnləri ona danışdıqdan sonra Sabir ona bildirmişdir ki, baxıcı belə işə 500 manata baxır. O, cavabdehdən onu baxıcı ilə görüşdürməsini xahiş etsə də, cavabdeh ona bildirmişdir ki, baxıcı heç kimlə görüşmür. O da 500 manat pulu cavabdehə vermişdir. Cavabdeh bildirmişdir ki, bu məsələ bir neçə günə həll ediləcəkdir. Lakin həftələr ötsə də pulundan bir xəbər çıxmamış və artıq o hiss etmişdir ki, cavabdeh onu aldadaraq pulunu mənimsəmişdir. O, şikayət ərizəsi ilə əvvəl Ağsu rayon Polis şöbəsinə, sonra aidiyyatı üzrə Bakı şəhər Yasamal rayon Polis idarəsinə müraciət etmiş, Ağsu rayon Polis şöbəsi 22 noyabr 2023-cü il tarixli qərarı ilə oğurluq hadisəsinin təsdiqinin tapmaması ilə bağlı cinayət işi başlanmasını rədd etmiş, dələduzluq faktının isə Bakı şəhər Yasamal rayonu ərazisində baş verdiyindən toplanmış material həmin ərazi Polis idarəsinə göndərilmişdir. Bakı şəhər Yasamal rayon Polis idarəsi isə 10 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla cavabdeh haqqında cinayət işinin başlanılmasını rədd etmiş, lakin cavabdeh haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra edilməsi üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Bundan sonra cavabdeh aldığı məbləğdən cəmi 50 manat ödəniş etmiş, qalan 450 manat məbləği bu günədək ödənilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon Polis şöbəsinin “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə İddiaçı evində oğurluq faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında dələduzluq faktı Bakı Şəhəri Yasamal rayonu ərazisində törədildiyindən, toplanmış materialın ərazi aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilməsi qərara alınmışdır. - Bakı Şəhəri Yasamal rayon Polis idarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş İddiaçı aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh iddiaçının ona falçı tapması üçün 500 manat pul verməsini, həmin pulu metronun çıxışında gördüyü baxıçıya verməsini etiraf etmişdir. - Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-6502/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 200 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh özünü təqsirli bilərək izahatında göstərmişdir ki, İddiaçı onun mobil telefonuna zəng edərək, yaşadığı evindən pulunun oğurlandığını, köhnə əməliyyatçı kimi ona zəng etdiyini bildirmişdir. O, Asifə pulunun hara qoyduğunu, nə qədər pulu olduğunu soruşmuşdur. Asif evində ümumilikdə 64.000 manat pulunun olduğunu, pulundan 1 paçka dollarının və qalanı manat olmaqla, yarısının oğurlandığını, qalanının isə yerində qaldığını bildirmişdir. O, Asifə isti-isti polisə məlumat verməsini, kənar şəxslərin pulu oğurlayarsa, pulun hamısını oğurlamalarını, yarısını aparıblarsa, yaxın adamları olduğunu, polisin araşdırma aparmasını, sonra gec olacağını demişdir. Lakin, Asif pulun götürülməsində ailə üzvlərindən, yaxın qohumlarından şübhələndiyini, qorxduğu üçün polisə şikayət etmədiyini bildirmişdir. Daha sonra Asif pulunun yoxa çıxmasında oğlundan şübhələndiyini bildirmişdir. O, Asifə falçılara, baxıcılara inanmadığını, lakin elə bir tanıdığı olduğunu demişdir. Bundan sonra Asif tələsdiyini, vaxtı olmadığını deyərək, 500 manat pulu ona verərək, onsuzda 34.000 pulunun getdiyini, gedib falçıya baxdırıb, pulunu geri qaytarılmasında köməklik etməsini xahiş etmişdir. O, Asifə bir daha falçılara inanmadığını, pulunu götürməsini desə də, Asif məcbur pulu verdiyi üçün o da pulu götürmüşdür. Həmin gündən bir iki gün sonra əvvəllər metronun çıxışında gördüyü, baxıcılıqla məşğul olan qadınla görüşmüş, məsələni həmin qadına danışıb, 500 manat pulu qadına vermişdir. Qadın baxıcılıq edərək, pulu Asifin öz oğlunun götürdüyünü, başqa yerlərdə axtarmamasını bildirmişdir. ... - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının evindən oğurluq etmiş şəxsin falçı vasitəsi ilə kimliyini müyyən etmək üçün ondan 500 manat pul almışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək, 450 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissəsdə əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 450 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-661/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-661/2024
06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver