Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-69/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babazadə Qurban ilqar oğlunun katibliyi, İddiaçı, İddiaçı cаvаbdеh Cavabdeh və X2 qаrşı “vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağsu rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh və X2 qаrşı “vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yalan məlumat verdiklərinə görə, bunun nəticəsində ailələrinə vurulan maddi mənəvi ziyana görə, sağlamlığına ciddi zərbə vuran stress və həyəcan yaşamağının səbəbkarları olaraq cavabdehlərdən 30000 manat həcmində ona təzminat ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Piriyev Elxana gələcək ailə qurmağını fikirləşərək el adəti ilə Cavabdeh adlı şəxsin qızına Nizaınəddinli Pərinaza elçi getmişdirlər. Həmin elçilikdə ona Cavid qızını Pərinazı necə bir nöqsansız ağıllı, namuslu kimi təqdim etmişdir. Sonradan o oğluna toy edərək Pəhrinaz onların ailəsinə gəlin gəlmiş və xx.xx.2021 -ci il tarixində onlar rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Toyda bir necə gün sonra məlum oldu ki, Pərinaz ağır eşidir. Buna baxmayaraq onlar onu qəbul eləmişlər. 3 ay nişanlı qaldıdan sonra xx.xx.2021 tarixində Tural şadlıq sarayında oğluna toy şənliyi keçirmişdir. Toyda 3-4 gün sonra gəlində söhbət əsasında bilmişdir ki o kardı. Nişanlı qaldığı 3 ay müddətində onun karlığı barədə nə də başqa bir qohumu onlara bildirməmiş və üstəlik onlar tərəfdən olan kəslərə də bunu hiss etdirməmişlər. Onların tərəfdən olan qız gəlinlərlə söhbət zamanı yalnız baş (təsdiq) hərəkətləri ilə cavab verərək, onların başa diişməməsi üçün əlindən gələn etmişdir-bir növ aktyorluq. Toydan 2-3 sonrakı söhbət əsasında karlığın etiraf etdikdən sonra qəlbimin sınmasına baxmayaraq, bu barədə ona qarşı heçnə hiss etdirməmişlər və ’‘insanlığı” olsun deyə həyatlarına davam etmişlər. Onlarda olduğu 4 aya yaxın müddətdə hər səhər saat 11-12 arası yuxudan oynamış, ərinə qarşı biganə, qaynata və qaqaynanasına qarşı etinaslığı ilə fərqlənmişdir. Nahar və şam yeməkləri zamanı süfrəni yığışdırıb, qabları yuyandan sonra öz otağına çəkilib telefonla türk seriallarin izləyirdi. .100 gün ona bu ya digər hərəkətləri barədə heç bir söz və irad biİdirilməmişdir.Gəlinlə qaynata arasındakı münaqişələr 6-23 fevral aralığında baş verib, davam etmişdir. Gördüyü işin qənaətbəxş olmadığını ona bildirənlər cavab olaraq belə demişdir “mənim gördüyüm iş budur, bayənmirsiz özünüz görün!”. Ona xəbədarlıq edəndə ki atanıza zəng edib deyərik, o isə cavabına “get elə !” kimi cavablar vermişdir. Atasına gəlinin bu və buna bənzər hərəkətləri barədə dəfələrlə zəng edilib məlumat verilməsinə baxmayaraq atası da etinaslıq göstərərək gəlməmişdir. Münaqişənin pik nöqtəsi xx.xx.2022-ci il tarixində baş vermişdir. Saat 11 radələrində atasına zəng edərək, onun bizə gəlməməsi səbəbini öyrənərək istədikdə “mən sizə niyə gəlim?” cavab vermişdir. O da demişdir ki, Gəlsin çay içsinlər, çğrək yesinlər, söhbət etsinlər” o isə onun çayı, çörəyi ona lazım deyil” deyə cavab vermişdir. O soruşduqda “bəs qızının taleyi sənə maraqlı deyil?” o da “qızım neynəyibki?” deyərək cavabvermişdir. O da bildirmişdir ki, “onları saymır, hegemonluq vo icazəsiz öz bildiyin edir”. O isə telefonu söndürərək qızına zəng etmiş, qızı da əsəbləşərək öz otağında bizi üstümüzə şığıyıb, nalaiq ifadələrlə bizi təhqir edib qarğışlar söylərək oğlunun 400 manata aldığı Samsung A32 markalı telefonu yerə çırpmışdır, Onlar şok vəziyyətinə düşərək ona tamaşa etmişlər. Həmin bu hal həmin gün ərzində bir neçə dəfə təkrarlanmışdır. Aradan keçən 3 gün sakitlikdə sonra şam yeməyi zamanı oğlu yoldaşının iştirakı ilə ondan öz keçmiş barədə bizə məlumat verməsini xahiş etmişdir. Söhbət əsasında məlum olmuşdur ki, o Sarvan kəndində 9-cu sinif bitirmiş, heç bir yerdə işləməmişdir. Ondan soruşduqdaki “bəs ayın 20-dəki o tamaşa nə idi?” o isə cavab olaraq "mən əsəbləşəndə özümdə olmuram” deyə bildirmişdir. Özünün dediyinə görə, rəhmətlik anası psixoloji durumu yerində olmamış, gözünün qarşısında hər zaman nəsələr görsənmiş, “gəldilər, getdilər” söyləyərək bu kimi halları yaşayaraq, nəhayətində xx.xx.2017-ci ii tarixində özünü asaraq intihar etmişdir. Həmin hadisə baş verdiyi zaman, evdə tək olan Pərinaz xanım həmin mənzərəni görərək dərin şok keçirilmiş və 3 həfdə şok vəziyyətdə qalmışdır. Yəni, karlıq və psixoloji durumun dəyişməsi də həmin hadisə ilə bağlı. İllər müalicə almasına baxmayaraq vəziyyət dəyişməmişdir. Öz dediyinə görə həkim söyləmişdir ki, Əgər qulaq əməliyyat olmasa gələcəkdə uşaq olmama ehtimalı yüksək ola bilər. xx.xx.2022-il tarixində atası nəhayət onlara gəlmiş qızını elədikləri barədə bütün məlumatlar ona bildirilmişdir. O bütün onları təfsilatlı ilə dinlədikdən sonra söyləmişdir ki, onda o qızını tanımamışdır. O insan Aqropark MMC-də qaynaqçı işləyir, zəhmətkeş bir adamdı, axşamlar də oğlunun yerində Göldə qarovulçuluq edir. Ola bilər ki, həqiqətən də qızını tanımayıb. Bildirir ki. Cavid onu aldaraq qızında olan, qeyd olunan problemləri ona demədən gələcək bir ata kimi oğluna qurmaq istədiyi ailəni dağılmasına səbəb olmuşdur. Bu hadisələr zamanı o stress və həyacan yaşdığına görə ürəyində 120-125 ürəyin işemik xəstəlikləri əməllə gəlmişdir. Bunu mərkəzi klinikanın xx.xx.2022-ci il tarixli 811606-nömrəli iddia ərizəyə əlavə etdiyi aktda görünür və bununla bağlı o ömürlük ağır preparatları qəbul etməlidir. Əlavə olaraq bildirirəm ki, X5 Rayon Məhkəməəsinə iddia ərizəsi ilə qızıl-zinət, cehiz əşyaları tələbi ilə mııraciyət edərək hec bir subutu olmadan onun ailəsinə böhtan ataraq bildirmişdir ki, nikahın pozulmasının səbəbi biz olmuşuq, əlavə olaraq tələb etmişdir ki, guya onlar onun şərəf və ləyaqətin alçatmışlar ona görə də 15000 min manat mənəvi ziyan tələb etmişdir. Həmin tələblər hamısı böhtan və yalandı.O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsin xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona hədə-qorxu gəlirlər bununla bağlı vatsap sosial şəbəkəsinin fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 811606 nömrəli tibbi arayışın surətindən görünür ki, İddiaçı ürəyində 120-125 ürəyin işemik xəstəlikləri əməllə gəlmişdir - 10.11.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu olaraq 180,40 manat pul ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı oğlu Piriyev Elxana gələcək ailə qurmağını fikirləşərək el adəti ilə Cavabdeh adlı şəxsin qızına Nizaınəddinli Pərinaza elçi getmişdirlər. Həmin elçilikdə ona Cavid qızını Pərinazı necə bir nöqsansız ağıllı, namuslu kimi təqdim etmişdir. Sonradan o oğluna toy edərək Pərinaz onların ailəsinə gəlin gəlmiş və xx.xx.2021-ci il tarixində onlar rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Toydan bir necə gün sonra məlum olmuşdur ki, Pərinaz ağır eşidir. Buna baxmayaraq onlar onu qəbul etmişlər. 3 ay nişanlı qaldıqdan sonra xx.xx.2021-ci il tarixində Tural şadlıq sarayında oğluna toy şənliyi keçirmişdir. Toydan 3-4 gün sonra gəlinlə söhbət əsasında bilmişdir ki, o kardı. Nişanlı qaldığı 3 ay müddətində onun karlığı bilməmiş, nə də başqa bir qohumu onlara bildirməmiş və üstəlik onlar tərəfdən olan kəslərə də bunu hiss etdirməmişlər. Bu hadisələr zamanı o, stress və həyacan yaşdığına görə ürəyində 120-125 ürəyin işemik xəstəlikləri əməllə gəlmişdir. Bunu mərkəzi klinikanın xx.xx.2022-ci il tarixli 811606-nömrəli iddia ərizəyə əlavə etdiyi aktda görünür və bununla bağlı o, ömürlük ağır preparatları qəbul etməlidir. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, ondakı xəstəliyin yaranmasında Cavabdeh və X1 rolu olmuşdur, bu halı təsdiq edən heç bir sübutu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçıya cavabdehlər Cavabdeh və X3 tərəfindən yalan məlumat verdiklərinə görə, bunun nəticəsində ailələrinə vurulan maddi mənəvi ziyana görə, sağlamlığına ciddi zərbə vuran stress və həyəcan yaşamağının səbəbkarları halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Cavabdeh və X2 qаrşı “vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh və X2 qаrşı “vətəndaşın sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-69/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-69/2023
23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver