Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-738/2025 02.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X2 İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mövsüm qızına, Cavabdeh2, Aşurova (Kərimli) Xəyalə İlqar qızına qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələr” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində “Torpağa mülkiyyət hüququna dair J№ 269, KOD 40914018 olan Şəhadətnamə üzrə Ağsu rayonunun Padar kəndinin ərazisində ümumi-birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 2,44 hektar paylı sahəsində paylarının müəyyən edilməsinə dair və mərhumə anaları X1 miras qalmış Ağsu rayonunun Padar kəndində 0,25 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,01 ha tikili altında torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən, iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar məhkəməyə müraciət edərkən bir-biri ilə əlaqəsi olmayan tələbləri bir iddia ərizəsində qeyd etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından müəyyən olunur ki, iddiaçılar dövlət rüsumu ödəmişdir. MPM-in: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixdə, 14824 saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mövsüm qızına, Cavabdeh2, Aşurova (Kərimli) Xəyalə İlqar qızına qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisələr” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Nümayəndə tərəfindən hökumət ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə, 7224 saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-738/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-738/2025
02.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver