Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-777/2024 14.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh X2, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X4 məxsus əşyaların ünvan 1 ünvanında yerləşən, ona məxsus fərdi yaşayış evindən çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında evi vardır. Oğlu Anarı evləndirdikdə gəlini bir başa həmin evə gətirmişdir. 2023-cü ilin sentyabr ayında ailə qurmuşdur. Gülmira əvvəllər başqasında ərdə olub. Onun əşyalarını 2023-cü ilin dekabr ayının birində Ağsu rayonunun Kəndoba kəndindən keçmiş həyat yoldaşı Cavidin evindən götürərək bir başa onun evimə gətirmişlər. Cəmisi 4 aya yaxın onun evində yaşamışlar. Bu ilin yanvar ayının 10-da anası qızının yanına gəlmiş, gedərkən qızını da özü ilə aparmışdır, hazırda da orada yaşayır. Oğlu cavabdehin araları pisdir, boşanacaqlar. Onun əşyaları onun evindədir. Qalan əşyalar aktda göstərilən əşyalardır. Yalnız aktda göstərilən qızıl-zinət əşyalarını və ətçəkən maşını özü ilə aparmışdır. Qalan əşyalar onun evindədir. Dəfələrlə xəbərdarlıq edilsə də, gəlib əşyalarını aparmamışdır. Onun evində olan əşyalar: Lexus yataq mebel dəsti, Lexus qonaq mebel dəsti, mebel dşək (taxt döşəyi)-1 ədəd, stul 6 ədəd, künc divanı, çay qaşığı bir ədəd, boşqab dəsti-1 ədəd, armudu stəkan 6 ədəd, külqabı 2 ədəd, su naboru 12 ədəd, karniz, aboy, paltaryuyan, samovar-1 ədəd, ütü-1 ədəd, mikser, ütü stolu, güldan, meyvə qabı-1 ədəd, gecə lampası-1 ədəd, saat-1 ədəd, obedni dəst, qazan dəsti, Çuğun qazan dəsti (üç qazan ilə birlikdə), ədviyyat qabı, lampa, qəfədan-2 ədəd, çılçıraq-8 şamdanlı-1 ədəd, pakrıval-1 ədəd, soba çörəkbişirən) 2 ədəd, dəsmal, 2 ədəd çay dəsmalı, süfrə 1 ədəd, postel dəsti-1 ədəd, adyal-1 ədəd, çömçə dəsti-1 dəst, bıçaq dəsti, paltar asılqanı-6 ədəd, çörək qabı-1 ədəd, çamadan qaşıq dəsti, bagema su naboru, ayı oyuncağı, pərdə tül İran istehsalı, pərdə dekor, kant 14 metr, suvenir bir ədəd gətirmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdilər. Əlavə olaraq bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 məxsusdur. Həmin ev Şamaxı rayonu, Şamaxı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə 500 kv.m fərdi yaşayış evi tikmək üçün İddiaçı adına alınmış torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsi də X10 kitabında xx.xx.2011-ci il tarixdə 118 nömrə ilə uçota alınmışdır. Eyni zamanda bildirdilər ki, iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhf olaraq “ünvan 1 ünvanının” əvəzinə “ünvan 2əzərə alınmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddianı qəbul etmir rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişlər ki, cehiz əşyaların yığıldığı ev iddiaçının deyil başqa şəxsindi. Cavabdeh hazırda atası evində yaşasa da rəsmi olaraq boşanmamışdır, həmin evə qayıtmaq istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. - Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-75-12-2/- 607/2024 saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda yaşayır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №-352171 olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin planı və ölçüsü İddiaçı ünvan 4 ünvanda Şamaxı rayonu, Şamaxı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı ilə 500 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X10 kitabında xx.xx.2011-ci il tarixdə 118 nömrə ilə uçota alınmışdır. - Şamaxı rayonu Şamaxı Bələdiyyəsinin məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 177 saylı sorğuya cavabından görünür ki, İddiaçı Şamaxı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı qərarı əsasında satılmış Şamaxı şəhərinin "01 B" saylı məhəlləsində yerləşən torpaq sahəsinin ünvan 7 ünvanı ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 3-21-3-41/2-2242/2024 saylı sorğuya cavabdan görünür ki, Şamaxı şəhəri, İstiqlal küçəsi ev 15 D ünvanında yerləşən yaşayış sahəsinin kimə məxsus olması barədə 14 saylı Şamaxı Ərazi İdarəsinin arxiv materiallarında məlumat aşkar edilməmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 58143/2024-49-9-120/2024 saylı sorğuya cavabdan görünür ki, tələbkar X5 dəqiq sayı və çəkisi icra sənədində göstərilən əmlakların və qızıl-ziynət əşyalarının alınıb X3 verilməsi barədə Ağsu Rayon Məhkəməsinin 2(016)-830/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkara dəfələrlə qalıq əmlakların götürülməsi təklif edilsədə tələbkar əmlakları götürməkdən imtina etmişdir. Odur ki, icra sənədi “İcra haqqında” AR qanununun 23.1.5-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, cavabdehin cehizinin hazırda olduğu ev iddiaçı tərəfin evidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı göstərilən yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin cehiz əmlaklarını qeyd edilən evdən könüllü olaraq çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı cehiz əşyalarının hazırda olduğu evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh evdə olan cehiz əşyalarını çıxarmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlamışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 məxsus cehiz əşyaları - Lexus yataq mebel dəsti, Lexus qonaq mebel dəsti, mebel dşək (taxt döşəyi)-1 ədəd, stul 6 ədəd, künc divanı, çay qaşığı bir ədəd, boşqab dəsti-1 ədəd, armudu stəkan 6 ədəd, külqabı 2 ədəd, su naboru 12 ədəd, karniz, aboy, paltaryuyan, samovar-1 ədəd, ütü- 1 ədəd, mikser, ütü stolu, güldan, meyvə qabı-1 ədəd, gecə lampası-1 ədəd, saat-1 ədəd, obedni dəst, qazan dəsti, Çuğun qazan dəsti (üç qazan ilə birlikdə), ədviyyat qabı, lampa, qəfədan-2 ədəd, çılçıraq-8 şamdanlı-1 ədəd, pakrıval-1 ədəd, soba çörəkbişirən) 2 ədəd, dəsmal, 2 ədəd çay dəsmalı, süfrə 1 ədəd, postel dəsti-1 ədəd, adyal-1 ədəd, çömçə dəsti-1 dəst, bıçaq dəsti, paltar asılqanı-6 ədəd, çörək qabı-1 ədəd, çamadan qaşıq dəsti, bagema su naboru, ayı oyuncağı, pərdə tül İran istehsalı, pərdə dekor, kant 14 metr, suvenir bir ədəd əşyaları İddiaçı evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 məxsus cehiz əşyaları - Lexus yataq mebel dəsti, Lexus qonaq mebel dəsti, mebel döşək (taxt döşəyi)-1 ədəd, stul 6 ədəd, künc divanı, çay qaşığı bir ədəd, boşqab dəsti-1 ədəd, armudu stəkan 6 ədəd, külqabı 2 ədəd, su naboru 12 ədəd, karniz, aboy, paltaryuyan, samovar-1 ədəd, ütü-1 ədəd, mikser, ütü stolu, güldan, meyvə qabı-1 ədəd, gecə lampası-1 ədəd, saat-1 ədəd, obedni dəst, qazan dəsti, Çuğun qazan dəsti (üç qazan ilə birlikdə), ədviyyat qabı, lampa, qəfədan-2 ədəd, çılçıraq-8 şamdanlı-1 ədəd, pakrıval-1 ədəd, soba çörəkbişirən) 2 ədəd, dəsmal, 2 ədəd çay dəsmalı, süfrə 1 ədəd, postel dəsti-1 ədəd, adyal-1 ədəd, çömçə dəsti-1 dəst, bıçaq dəsti, paltar asılqanı-6 ədəd, çörək qabı-1 ədəd, çamadan qaşıq dəsti, bagema su naboru, ayı oyuncağı, pərdə tül İran istehsalı, pərdə dekor, kant 14 metr, suvenir bir ədəd əşyaları İddiaçı evindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-777/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-777/2024
14.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver