Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-84/2025 30.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, reyestr nömrəsi **********53 və qeydiyyat nömrəsi **********2 olan çıxarış əsasında birgə paylı mülkiyyətdə ona tanınan pay hissəsinin naturada bölünməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 nömrəli qərarı ilə mərhum anası və ailə üzvlərinin istifadəsinə 6,80 ha birgə paylı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən ona düşən pay torpağında hal-hazırda nar bağı salmışdır. Onun yeganə gəlir mənbəyi həmin nar bağıdır. Hal-hazırda həmin sahəni çəpərləmiş və mütəmadi qulluq edir. Odur ki, orada olan öz payının dəqiqliklə müəyyən edilməsi və payının naturada bölünərək rəsmiləşdirilməsi qərarına gəlmişdir. Odur ki, bununla əlaqədar Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin Məhkəmənin 2(016)- 4/2024 saylı işi üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə “torpağın mülkiyyətə verilməsinə dair JN 0040, Kod 40910048 olan torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış 6,80 hektar torpaq sahəsinə onun 1/8 hissədə (0,85 hektar) pay hüququ tanınmışdır. Pay hüququ tanınandan sonra həmin torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Daşınmaz əmlakın reyestr nömrəsi **********53 olan və qeydiyyat nömrəsi **********2 olan çıxarış almışdır. Həmin çıxarışda payı olan anası X2 və X5 ölmüşlər. Şüşənin ailəsi olmamışdır. Hal-hazırda qeyd olunan torpaq sahəsindən ona düşən pay hissəsinin naturada ayrılmasını istəyir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Digər cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağsu rayonu, Cəlayır kəndində kənd təsərrüfatı təyinatlı 6.8002 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmaqla, torpaq sahəsi X2, İddiaçı, Cavabdeh4, X5, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AZ-İİ seriyalı 294508 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə Ağsu rayonu Cəlayır kəndində vəfat etmişdir. - AZ-İİ seriyalı 336107 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Ağsu rayonu Cəlayır kəndində vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2321 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı və cavabdehlərin iştirakı ilə Ağsu rayonu, Cəlayır kəndi ərazisində onların faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. Faktiki isifadələrində olan torpaq sahəsi 6.50 ha təşkil edir. Faktiki isifadələrində olan torpaq sahələrinin 0.58 ha hissəsi İddiaçı tərəfindən çəpərə alınaraq fərdi yaşayış evi tikilmişdir. Naturada ölçülmüş torpaq sahəsinin şimal və cənub tərəflərində gediş-gəliş yolu mövcuddur. Hər bir payçının gediş-gəliş yoluna çıxışı olmaqla torpaq sahəsinin naturada bölünməsi mümkündür. - Ağsu Rayon Məhkəməsinin 2(016)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsndən görünür ki, İddiaçı cavabdehlər X1, Cavabdeh4 Musabbir qızı, X5, Cavabdeh3 Ağaşir qızı və Cavabdeh1 Kəraməddin oğluna qarşı “pay torpağın bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN 0040, Kod 40910048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış 6,80 hektar torpaq sahəsinə İddiaçı 1/8 hissədə (0.85 hektar) pay hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. MM-in 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. MM-in 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. MM-in 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-nin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. MM-in 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırda iddiaçı birgə mülkiyyətdə olan torpaq sahələrindən payının müəyyən edilməsini tələb edir. Odur ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********53 olan çıxarışa əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış torpaq sahələrinin hər birinə ayrı-ayrılıqda İddiaçı 1/8 hissədə pay hüququ tanınmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağsu rayonunun Cəlayır kəndində yerləşən **********53 reyestr nömrəli, **********2 qeydiyyat nömrəli çıxarışa əsasən 6.8002 ha torpaq sahəsi üzrə İddiaçı 1/8 hissədə payı naturada ayrılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-84/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-84/2025
30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver