Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-878/2024 12.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştiraklarə ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********96 qeydiyyat nömrəsi ********** və daşınmaz əmlakın reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan çıxarışlar üzrə ümumi birgə paylı torpaq sahələrinin hər birindən onun payının ölçülərinin müəyyən edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən həmkəndlisi Cavabdeh3 ilə rəsmi qaydada nikahları bağlanaraq ər-arvad olmuşlar, 2001-ci ildə isə nikahları pozulmuşdur, uşaqları olmamışdır. Cavabdehlə birgə nikah dövründə torpaq islahatı olmuş və ona də cavabdehin digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə Ağsu rayonunun Yenikənd kəndinin 3 ərazisindən Dövlət Aktları əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Birgə paylı mülkiyyətlərində olan həmin torpaq sahələrinin hamısını o vaxtdan hazırkı vaxtadək cavabdehlərdən Cavabdeh1 istifadə edir. Dövlət aktları əsasında Çıxarışları keçmiş əri Cavabdeh3 almışdır. Çıxarışların əsli cavabdehlərdədir, yəni istifadəçi olan Cavabdeh1dır, lakin yaxın vaxtlarda elektron surətlərini əldə edə bilmişdir. Həmin Çıxarışlar aşağıdakılardır, hamısında hüquq rəsmiləşdirilən şəxs keçmiş əri Cavabdeh3 olması göstərilmişdir. Həmçinin həmin 3 çıxarışda ümumi birgə mülkiyyətçilərin adları-yəni hüquq sahiblərinin adları, soyadları, ata adları, torpaq sahəsinin miqdarı, daşınmaz əmlakın reyestr nömrələri, qeydiyyat nömrələri və s. qeydiyyatlar öz əksini tapmışdır. Hamısında hüquq sahibləri eynidir. Hüquq sahibləri aşağıdakılardır: o, Cavabdeh3 (keçmiş əri-nikah dövründə Dönməz olub, sonradan dəyişib Əli olub), X6 (keçmiş qayınatası) ölmüşdür, X2 (keçmiş qayınanası) ölmüşdür, Cavabdeh1 (keçmiş qayını), Cavabdeh2 (keçmiş qayını). Ölmüş Azad və Sahibənin əlavə olaraq X4 adında bir uşaqları da olmuşdur ki, islahat dövründə o, artıq Ağsu şəhərində yaşadığından onun bu torpaq sahələrinə aidiyyəti olmamışdır. Hazırda onun Ağsu şəhərindəki ünvanını dəqiq öyrənə bilməmişdir, məhkəmədən xahiş edir ki, məhkəməyə çağrılmalı olarsa qardaşları vasitəsi ilə çağrılar. daşınmaz əmlakın reyestr nömrəsi **********95 olan çıxarışda torpaq sahəsinin ölçüsü (hektarla) 1, 7640 ha, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023, daşınmaz əmlakın reyestr nömrəsi **********96 olan Çıxarışda torpaq sahəsinin ölçüsü (hektarla) 6,4501 ha, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023, daşınmaz əmlakın reyestr nömrəsi **********97 olan çıxarışda torpaq sahəsinin ölçüsü (hektarla) 0,6594 ha, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2023. Cavabdeh3 2001-ci ildə nikahları pozulub ayrılandan bəri bir daha göstərir ki, həmin torpaqlardan öz payına düşən hissəsini ala bilmir, orada Cavabdeh1 əkib becərir və subsidiyasını da o alır, bu günə kimi subsidiyadan da tələb etməyinə baxmayaraq, bir manat da olsun ona verməyib. Ona görə də ümumi birgə mülkiyyətdə olan hər bir torpaq sahələrindən öz payının müəyyən edilməsini tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında çıxış edərək iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Digər cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Yenikənd kəndində kənd təsərrüfatı təyinatlı 1.7640 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydə alınmaqla, torpaq sahəsi İddiaçı, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Yenikənd kəndində kənd təsərrüfatı təyinatlı 6.4501 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydə alınmaqla, torpaq sahəsi İddiaçı, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Yenikənd kəndində kənd təsərrüfatı təyinatlı 0.6594 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydə alınmaqla, torpaq sahəsi İddiaçı, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AZ-İ seriyalı 045647 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 arasında olan nikaha 21 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. MM-in 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. MM-in 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. MM-in 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-nin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. MM-in 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırda iddiaçı birgə mülkiyyətdə olan torpaq sahələrindən payının müəyyən edilməsini tələb edir. Odur ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********96 qeydiyyat nömrəsi ********** və daşınmaz əmlakın reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış torpaq sahələrinin hər birinə ayrı-ayrılıqda İddiaçı 1/6 hissədə pay hüququ tanınmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********96 qeydiyyat nömrəsi ********** və daşınmaz əmlakın reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən birgə mülkiyyət hüququ ilə ayrılmış torpaq sahələrinin hər birinə ayrı-ayrılıqda İddiaçı 1/6 hissədə pay hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-878/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-878/2024
12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver